Qaynar xəbər portalı

KQBBakıda isə donosçuluq davam etməkdədir

Bolqarıstan parlamentinin Köhnə Siyasi Dosyeləri Araşdırma Komissiyası kommunist hakimiyyəti dönəmində KQB agenti işləyən ölkə yazıçılarının adlarını açıqlayıb. 16 nəfərlik siyahıda ölkənin iki ən məşhur yazıçısı- Vera Mutafçiyeva və Georgi Danailovun da adları var. Ölkə açıqlanan siyahıdan şoka düşüb. Davamı…


Qan TuralıQan Turalı

Absurd sözü deyiləndə Kamyu yada düşür. Amma ekzistensianistlərin arasında da Kamyu xatırlanır. Kamyu isə yazırdı: “Adımın Sartrın yanında yazılması məni təəccübləndirir. Çünki ilk kitablarımı yazanda Sartrı şəxsən tanımırdım. Tanıyandan sonra isə nə qədər fərqli olduğumuzu anladım. Mənim dərc olunan yeganə fikir kitabım olan “Sizifin hekayəsi” ekzistensianizmə və Sartra qarşıdır.” Davamı…


“Çingiz Aytmatovun vəfatı ədəbiyyatımız üçün böyük itkidir. O, türk dünyasının böyük yazıçısı olmaqla yanaşı, Azərbaycan xalqının yaxını, bizim hamımızın dostu idi. Onun vəfatı hamımızı sarsıtdı”.
Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib. Davamı…


KultAz: Krımda keçirilən “Kitabxanalar və informasiya resursları müasir elm, mədəniyyət, təhsil və biznes aləmində” konfransda Azərbaycanın kitabxana müəssisələri də iştirak edir. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, “Krım 2008″ 15-ci beynəlxalq yubiley konfransına Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncə şəhər Kitabxanası və Astara rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin direktorları, Prezident kitabxanasının, Xəzər və Qafqaz universitetlərinin kitabxanalarının mütəxəssisləri qatılıblar. Davamı…


Vaqif ƏlixanlıSirr deyil ki, dublyaj işinin keyfiyyətli alınması üçün səriştəli tərcüməçilər ordusu, istedadlı aktyorlar və Azərbaycan dilinin incəliklərini bilən redaktorlara ehtiyac duyulur. “Bunların hamısı üçün ən əsası maliyyə vəsaiti lazımdır”,- deyən «Space» telekompaniyasının dublyaj redaksiyasının rəhbəri Vaqif Əlixanlı bu və bir sıra məqamlara verdiyi müsahibədə aydınlıq gətirir:

- Dublyaj uzaqdan çox adi, o qədər də istedad və zəhmət istəməyən bir iş təsiri bağışlayır. Halbuki, belə bir təsəvvür ancaq həmin işdən baş çıxarmayan kəslərin nəzər nöqtəsidir. Davamı…


İyunun 10-da səhər saatlarında füzulişünas, şair, qəzəlxan Həkim Qəni dünyasını dəyişib.
Vahid Poeziya Evinin direktoru Şahin Verdiyev deyib ki, Həkim Qəni kimi tanınan Qəni Hüseynov 91 yaşında ürək çatışmazlığından vəfat edib. Həkim Qəni bu gün öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunacaq. Ş. Verdiyevin sözlərinə görə, Həkim Qəni bir neçə il əvvəl həmin qəbiristanlıqda özünə məzar yeri alıbmış. //APA


İsa Hüseynov“Əvvəlki dövrdə yazdıqlarım olduqca bəsit olduğuna görə, yaradıcılığımın birinci dövründən imtina etmişəm”

İyunun 12-də 80 yaşı tamam olan xalq yazıçısı İsa Hüseynovla (Muğanna) müsahibə

- Muğanna üçün 80 yaş nə deməkdir, yazıçını bu yaşda daha çox hansı məsələlər düşündürür?
- Bu yaşdan yekun iyi gəlir. Amma səksən, bir növ yekun yaşı olsa da, bütün insanlar kimi mən də yaşamaq, işləmək istəyirəm. Yaradıcılığımın son dövrünün məhsulu indiyə qədər gördüyüm işlərin içində ən xeyirlisidir. Əvvəlki dövrdə yazdıqlarım olduqca bəsit olduğuna görə, yaradıcılığımın birinci dövründən imtina etmişəm. Ən məhsuldar dövrüm təxminən 60-cı illərdən başlayır, o dövrdə 5-6 povest yazmışam. Bunlar Azərbaycanın kənd-şəhər həyatını əhatə edən bir növ populyar əsərlərdir. Davamı…


Azərbaycan Müəllif Hüquqları Agentliyi nəzdində qeydiyyata alınmış əsərlərin cəmləşdirildiyi məlumat bazası yaradılır. Bu barədə agentliyin sədr müavini Oqtay Səmədov məlumat verib.
O.Səmədovun sözlərinə görə, artıq bu məqsədlə agentlikdə xüsusi qrup yaradılıb. Məlumat bazasına Müəllif Hüquqları Agentliyində qeydiyyata alınmış əsərlər, kompüter proqramları, həmçinin ədəbiyyat və folklor nümunələri, mahnılar və s. toplanılır. Davamı…


AliyəVəziyyət necədir?

ALİYƏ

Oylə bir tərcümə kim, ruhi Şekspir görcək,
Ağladı ruhi Otelloyla bərabər özünə.
«Ax mütərcim!» deyə odlu bir tüpürcək atdı,
Şübhəsiz düşdü o da tərcüməkarın gözünə.

Bu taziyanəni əsrin əvvəllərində Mirzə Ələkbər Sabir Şekspirin «Otello»sunun tərcüməsini bəyənməyərək yazmışdı. Bu illərdə klassik əsərlərin təbdili də yayğın hal almışdı. Təbdil klassik əsərlərin «milliləşdirilmiş» variantı idi. Bu zaman əsərdəki surətlərin adları Zübeydə, Məmmədhəsən kimi adlarla milliləşdirilirdi. Davamı…