Qaynar xəbər portalı

Cavanşir YusifliCavanşir Yusifli

Elin sözüylə, həm də kefli İskəndərin utancaq baxışlarıyla baxanda bir də görürsən ki, lotunun biri birdən-birə cild-cild əsərləri utandıracaq səmimiyyətlə seçilmiş əsərlərini qoydu ortaya və bu qəfil hərəkətiylə hamını çaş-baş saldı.
Budur, baxın, burada milli ədəbiyyatımızın bütün janrları üstə gəzişmələr var: qoşma, gəraylı, sərbəst, sonra: səhnəmizin yaraşığı dram əsərləri, hekayə, roman, povest və nəhayət bunların hamısının əvəzindən çıxış edən esselər… Sırtıq bir ifadəylə deməli olsaq, dərhal bədii ədəbiyyatı təbliğ və təşviq edən yaramazlar çıxdı meydana, başladılar, nə başladılar: ümumi mənzərə özü sənə deyir ki, hər şey əladır və deyəsən, az qalıb… bir azdan sükut pozulacaq. Davamı…


Sima ƏnnağıUlduzlara əlin çatıb?
Ürəyinin dərinliyinə varmısan?
Baxmısan
Uşaqların ayna kimi təmiz gözlərinə?
Qucaqlamısan küləyi?
Balıqların nəğməsini eşitmisən? Davamı…


KultAz: “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin mükafatçılarının müsahibələri dərc olunub. Bir neçə gün öncə Lit.az-da nəsr nominasiyası üzrə ikinci yeri qazanan Sevin Çılğının müsahibəsi oxucuların ixtiyarına verilib. Sevinc xanım müsahibədə özü, müsabiqə və ədəbiyyat haqqında fikirlərini oxucularla paylaşıb. Davamı…


İnna Rüstəmova ixtisasca pedaqoqdur, uzun illər ibtidai siniflərdə dərs deyib. Öyrətdikləri də təkcə metodik vəsaitlərin tələb etdiyi bilgilərlə deyil, qələmə aldığı povest və hekayələrlə də aşılamağa çalışır. Bu yolda ilk addımı balacalara ünvanlanmış «Hər şeydən bir az» kitabıdır.
Kitabın qəhrəmanı Məhəmməddir. Kiçik hekayələr şəklində yazılmış «Hər şeydən bir az» kitabında balaca  Məhəmməd qarşılaşdığı müxtəlif həyati situasiyalardan çıxış yolları axtarır. Davamı…