Qaynar xəbər portalı

Güntay GəncalpHansısa bir səs, gizlin bir istək məni Hüseyn Cavidi oxumağa çağırmışdı sanki. Orta məktəbdə oxuduğum zaman Hüseyn Cavidin bir neçə lirik şeirini və özəlliklə “İblis” dram əsərindən İblisin monoloqlarını əzbərləmişdim. Bir neçə dəfə də Savalanın zirvəsində yüksək səslə, bağıraraq söyləmişdim bu monoloqları. Yayda məktəblər bitirdi və biz kəndə geri dönməli olurduq. Kənddə 3 ay qoyun otarırdım örüşlərdə. Davamı…


KarikaturaTƏLƏDƏ

Axır zamanlar təsadüfən elə adamlarla rastlaşıram ki, bir az da keçsəydi onların surətini beynimin xəzinəsindən çıxaranda kimliklərini dəqiqləşdirmək müşkülləşəcəkdi. Tələbə yoldaşım Məmmədisə görən kimi tanıdım, daha doğrusu, o, birinci gördü məni, maşını saxlayıb xoş-beş elədi. Düzdü, köntöy, ərkyana danışdığından əvvəlcə özümü itirdim. Maşından düşüb belimi qucaqlayandasa- zalımda fil gücü varmış, ayaqlarımı yerdən üzdü - şəraitə uyğunlaşıb çar-naçar sövq-təbii gülümsündüm.
- Tanımadın məni, professor? - Məmməd sakitliyimdən təəccüblənib çəkingənliklə soruşdu.
- Nöş tanımadım. Qəmginsən də… - onu nigarançılıqdan qurtardım… - Səni tanımayana lənət! Davamı…