Aygün Aslanlı, kinoşünas
Bakıda keçirilən ənənəvi Beynəlxalq “Şərq-Qərb” kinofestivalı analoji tədbirlərdən fərqlənir, festivallar festivalıdır. Yəni burda bir neçə festivalda müxtəlif mükafatlara layiq görülmüş filmlər nümayiş olunur. Festivalın prizləri də simvolik xarakterlidir - “bəşəriyyətə ən humanist göndəriş”, “əsl kişilik obrazı”, “əsl qadınlıq obrazı”, “dünya kinosuna xidmətlərinə görə” və s. Mükafatlar MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri, “Şərq-Qərb” festivalının prezidenti, kinodramaturq Rüstəm İbrahimbəyovun bu il növbəti dəfə sədr seçildiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən təqdim edilir.
Bu ilki festivalın proqramında simvolik olmayan yeni bir şey vardı - MDB və Baltikyanı ölkələrin gənc kinotənqidçilərindən ibarət münsiflər heyəti. Davamı…



Bölmə: 





