Qaynar xəbər portalı

Prezident təqüdü verilən yaradıcıların siyahısı gizlədilir

Prezident İlham Əliyevin sərəncamları əsasında xüsusi təqaüdə layiq görülən yazıçı, rəssam və bəstəkarların adları məxfi saxlanır. Siyahını əldə etmək üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edən «Media forum» saytının əməkdaşına nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov deyib ki, siyahının açıqlanması hazırda məqbul sayılmır. Davamı…


Azərbaycan yazıçılarının əsərləri ərəb dilinə tərcümə olunacaq. Bu barədə tədbirdə çıxışı zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir tərcümə olunmuş əsərlərin Səudiyyə Ərəbistanında yayımlanacağını vurğulayıb. Bundan başqa Səudiyyə Ərəbistanı ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində mütəmadi olaraq Azərbaycanda ərəb rəssamlarının, Səudiyyə Ərəbistanında isə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilər keçiriləcək. //APA


3QULU  AĞSƏS

Həmişə eyni Vaqifdi, Sözə, Ədəbiyyata Vaqif. Üstəgəl: sakit, qərəzsiz, iynəsiz. Bəzi həmkarları kimi - «təcili yardım» həkimi xalatında, əlində hazır iynəsi, təzyiqölçəni, böyründə də cavan tibb bacısı- xəstə sözdən, yaralı mətndən, qəzaya uğramış qələmdən çağırış almağa  bənd deyil, deyəsən, heç belə şeyi ağlına da gətirmir.
O, cibində qayçı gəzdirən bağban misallıdı, ədəbiyyat ağacının quru hesab elədiyi  budaqlarını öz bildiyi kimi budayır, dibinə gücü çatan qədər  gübrə verir, alaq saydığını arıtlayır. Davamı…


AkutaqavaSamir BULUTun tərcüməsində

İntihar edən şəxsin psixoloji vəziyyətini hələ heç kim dəqiq təsvir etməyib. Bu, ehtimal ki, özünü öldürən adamın heysiyyətsiz olmağı, ya da bu adama olan marağın kifayət qədər olmaması ilə bağlıdır. Fikrimcə, məni intihar etməyə sövq edən səbəbləri açıqlamasam yaxşı olar. Renye, hekayələrinin birində intihar edən adamı təsvir edir. Onun qəhrəmanı özünü niyə öldürdüyünü bilmir. Qəzetlərin üçüncü səhifəsindəki məqalələrdə buna vadar edən müxtəlif səbəblərlə rastlaşa bilərsən: maddi çətinliklər, xəstəlik və ya mənəvi əzab. Lakin, mən öz təcrübəmdən bilirəm ki, bunlar heç də əsas səbəb deyil, yalnız ona aparan yollardır. Renye deyir ki, intihar edən şəxs bunu niyə etdiyini özü də bilmir. Davamı…


KultAz: Məşhur modernist yazıçı Ceyms Coysun «Uliss» romanının ilk nüsxəsi  Nyu-York auksionunda 600 min dollara satılıb.
Xatırladaq ki, “Uliss” ilk dəfə Parisdə  “”Shakespeare Company” tərəfindən 1922-ci ildə 100 tirajla nəşr edilib. Auksionda satılan kitab 90 nömrəlidir.