***
Elə bu şəhərdə
elə bu yerdə
icazəsiz aksiyaların birində
polis dəyənəyiylə sənin aranda
duranda sevmişdim səni

Bölmə: Ədəbiyyat | ≅ 26 şərh var
***
Elə bu şəhərdə
elə bu yerdə
icazəsiz aksiyaların birində
polis dəyənəyiylə sənin aranda
duranda sevmişdim səni
Bölmə: Ədəbiyyat | ≅ 23 şərh var
Elmin Həsənli: “Dünyada elə bir dəyər tanımıram ki, insan azadlığından daha önəmli olsun”
”Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin mükafatçısı Elmin Həsənli ilə müsahibə
- Elmin, rəhmətlik Məmməd Arazdan sonra Naxçıvan bir ucdan siyasətçi istehsal elədi. Sən də politologiyada oxuyursan. Amma birdən-birə yazar olmağa qərar verdin…
- Yazar olmağa qərar verdiyimi də kim söylədi? Mən politologiyaya daxil olmamışdan şeir yazırdım və çap olunurdum. Sonradan qərar verdim ki, mən ancaq humanitar elmlərdə oxuya bilərəm. Politologiya isə elə ixtisaslardan biridir ki, yaradıcılıq tələb edir. Politoloq publisist də ola bilər. Dövlət qulluqçusu da. Hesab edirəm ki, məşğul olduğum bütün işlər bir-biri ilə yaxından-uzaqdan əlaqəli və oxşardır. Davamı…
Bölmə: Publisistika | ≅ 1 şərh var
Onları bir-birinə bağlayan bir bağlayıcı və bir şəxsdir
Aydın Canıyev
… İnsan öz-özünü sevindirməyi, depressiyadan çıxarmağı, sabaha inamlandırmağı, ən başlıcası, yaşadığı dünyanın mahiyyətini dərk etməyi bacarmalıdır! Birdən-birə İKİ DÜNYANI FƏNAYA vermək günahların, qeyd-şərtsiz, tacıdır ki var! Etiraf etmək yerinə düşər, millət bütövlükdə bu qədər qabağa getməyib - ona yardımçı ola biləcək vəsilə yalnız və yalnız yazıçılar-şairlərdir! Siyasətçilərin işi tamam ayrı: onlar özlərinin nail olmaq istədikləri məqsədlərin həyata keçirilmə elementləri olan xalqdan bir mexanizm kimi istifadədə bulunurlar, guya ki, hər şeyi xalq xatirinə edirlər! Əslində, bəşəriyyətin BƏDİİ İFADƏ ÜSLUBU meydana gələndən, bu missiyanı ədiblər yerinə yetirib - bic siyasətçilər xalqla bərabər, XALQIN TƏRBİYƏÇİLƏRİNDƏN, MÜƏLLİMLƏRİNDƏN - ədiblərdən yararlanıblar. Davamı…