Qaynar xəbər portalı

Kitab dünyası


Elmin HəsənliElmin Həsənli: “Dünyada elə bir dəyər tanımıram ki, insan azadlığından daha önəmli olsun”

 ”Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin mükafatçısı Elmin Həsənli ilə müsahibə

- Elmin, rəhmətlik Məmməd Arazdan sonra Naxçıvan bir ucdan siyasətçi istehsal elədi. Sən də politologiyada oxuyursan. Amma birdən-birə yazar olmağa qərar verdin…
- Yazar olmağa qərar verdiyimi də kim söylədi? Mən politologiyaya daxil olmamışdan şeir yazırdım və çap olunurdum. Sonradan qərar verdim ki, mən ancaq humanitar elmlərdə oxuya bilərəm. Politologiya isə elə ixtisaslardan biridir ki, yaradıcılıq tələb edir. Politoloq publisist də ola bilər. Dövlət qulluqçusu da. Hesab edirəm ki, məşğul olduğum bütün işlər bir-biri ilə yaxından-uzaqdan əlaqəli və oxşardır.
- Deməli mühəndis-şair, həkim-şair titulları sırasına politoloq-şairin qoşulmasına bəri başdan hazır olmalıyıq.
- Mən yazar sözünün altında şeiri nəzərdə tutmurdum da. Daha çox publisistikanı nəzərdə tutmuşdum. İnsanın bir ixtisasa sahib olması və eyni zamanda şeir yazmasında qüsür yoxdur məncə. Şeir yazmaq şair olmaq demək deyil məncə. Çayxanada oturanda hamı siyasətdən danışır, demək onların hamısı politoloqdu?
- Ürəyini buz kimi saxla. Dərinə getsək, Azərbaycanın az qala bütün rəhbərləri şeir yazıb. İndiki siyasətçilərinin əksərinin də altında bir sandıq əlyazma var. O günü Tahir Kərimli müsahibəsində deyir ki, 10 min misralıq məhəbbət şeiri yazıb.
- Oxudum o müsahibəni. Şeirləri də gördüm. Belələrinin şairliyi “çayxana politoloqluğu” kimi bir şeydir.
- Milena kimdir, Elmin?
- Çoxları bilir ki, mən internet forumlarda yazıçı Frans Kafkanın adını özümə nick kimi götürmüşdüm. Xeyli sayda adam var ki, elə məni “Kafka” kimi tanıyır. Bilirsiniz ki, Milena Yesenskaya Frans Kafkanın tərcüməçisi və eyni zamanda Kafkanın sevdiyi qadın olub. Mən “Milena üçün birinci” şeirimi bir xanıma yazmışdım, adını özüm qəsdən qeyd etmədim ki, sonrakı “milena”lar mənə problem yaratmasınlar. Sonra sevdiyim qızların hamısının adını şeirlərdə Milena qoya-qoya getdim. Bu oldu Milena xanımın tarixçəsi. Suala qısa bir dənə də konkret cavab verim ki, rahat olaq: Milena sevdiyim qızlardır.
- Bəs o qızlar Kafkanı, yoxsa Elmini sevir?
- Hamısına öncə Kafkanı sonra Elmini sevdirmişəm. Bir də şair Aqşini.
- Bu ücbucaqda özünü itirməkdən qorxmursan?
- Qorxmuşam təbii ki. Amma insana bir şeydən çox danışanda artıq o şeydən bezə bilir. Hətta mövzu obyekti sonsuz maraqlı olsa belə. İnsanların böyük əksəriyyəti daim yeniliyi və müxtəlifliyi sevir. Ona görə də çalışmışam ki, ən az özümdən danışım. Həm də Aqşin, Kafka bir yerə kimi lazım olur. Ədəbiyyat praktik olaraq öz funksiyasını - insana xidməti yerinə yetirmiş olur. Sonra isə özüm qalıram…
- Bir çox şairlərin tərcüməyi-halına baxanda, maraqlı məqamlarla rastlaşırıq. Xüsusən də onların şeir yazma vərdişləri haqqında. Biri şeir yazanda suyla dolu vannaya girib, biri ayaqlarını ləyənə qoyub. Biri ağlayıb. Bəs sən?
- Onların dövründə noutbuk olmayıb da yəqin. Olsaydı belə axmaqlıqlar etməzdilər. Mənim üçün rahat bir masada əyləşib noutbukda yazmaqdan daha gözəli ola bilməz. Sevinc Pərvanə bir şeirində yazır ki, “oxucularımın ən çox xoşuna gələn şeirlər unitazda oturarkən ağlıma gələnlərdir”. Maraqlı və inandırıcıdır. Amma şeiri unitazda oturub yazdığını desəydi bunu hoqqabazlıq adlandırardım.
- Sənə “şair” deyiləndə xoşuna gəlir, yoxsa qıcıqlanırsan?
- Bunu ironiya ilə deyəndə təbii ki, xoşuma gəlmir. Digər hallarda isə qıcıqlanmıram.
- Bəs “şair xalq” ifadəsi?..
- Bu ifadə heç xoşuma gəlmir. Bəzən azərbaycanlıları “şair xalq” kimi adi ifadələrlə tənqid etmək istəyirlər. Girin türk saytlarına, maraqlanın, bu dəqiqə Türkiyədə də itətök şair var. Qardaş, insanlar yazmaq istəyir və yazır da. Pis, yaxşı, bayağı, mənalı, mənasız- nə fərqi var ki? Yazmaq, özünü ifadə etmək azadlığı var insanların. Şeir yazan insanların sayının həddini aşması bizi niyə narahat etməlidir ki? Qorxuruq onların içində itib-batarıq? Məncə heç də narahat olmamalıyıq: pislərin içində yaxşı, zəiflərin içində güclü olmaq daha asandır.
- İfadə azadlığı… Azərbaycanda insanlar özünü azad ifadə edə bilirmi səncə?
- Ad günüm üçün bir esse yazmışdım. Bloguma yerləşdirmişəm. Orda yazmışam ki, bu ölkədə azadlıqdan danışmağı dünyanın ən avara işi ilə müqayisə etsəm azdır. Məncə Azərbaycada dilindəki “azadlıq” sözünun “freedoom”a, “özgürlük”ə, “svoboda”ya, “liberte”yə dəxli yoxdur. Amma Azərbaycanda insanlar özünü ifadə edə bilir məncə- yaltaqlıq onların özüdür. Özlərini ifadə edirlər.
- Heç fikir vermisənmi, azadlıq və onun rusca, ingiliscə, fransızca qarşılıqları 7 hərfdir? Təsadüfdür?
- Mənim üçün müqəddəs olan yeganə şey azadlıqdır. İnsan- azadlıq deməkdir. Heç nə insan azadlığını məhdudlaşdırmamalıdır. İnsan azad olanda insandır. Dünyada elə bir dəyər tanımıram ki, insan azadlığından daha önəmli olsun. Yeddi rəqəmi dinlərdə müqəddəs rəqəmlərdəndir. Bəlkə burda bir mistika var, hmmm Həmid Herisçi? =)
- Din demişkən, həm ateistsən, həm də şeirlərinin birində kilsəyə getməyindən yazırsan. Niyə məscid deyil, kilsə?
- Ateizm mənim əqidəm deyil. Sadəcə bizi yaradan və idarə edən, sonda isə bizi imtahana çəkəcək bir Tanrının mövcudluğuna inanmıram. Məscid də mənim üçün maraqlı bir yerdir, kilsə də. Amma kilsə estetikası məni həmişə cəzb edib. Axtardığımı Bakıdakı kilsələrdə tapacağımı ümid edirdim. Kilsəyə getdim, düzdür gözlədiyim estetikanı tapmadım, amma kilsə mənə şeir yazacağım qədər təsir etdi… Əsas da İsa. İsa Məsihi dəhşətli dərəcədə sevirəm. “Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, Bir üzünüzə vurana o birini də uzadın…” kimi kəlamları mənim içimi silkələyir həmişə.
- Sən də düşmənlərini sevirsən? Və ya düşmənin varmı artıq?
- Yox əşi, bu yaşımda nə düşmən? Düşmənin sənə qarşı artıq düşmənçiliyi yoxdursa, demək ki, ona qalib gəlmisən. Nifrətlə heç bir düşmənə qalib gəlmək olmaz. Sevgi ilə onu əritmək lazımdır. Burada söhbət təbii ki, müharibələrdən və xalqların düşmənçiliklərindən getmir.
- Özünü hansı tip şairlərə aid edirsən: kədərdən bol, yoxsa gülməşəkər?
- Konkret heç birinə aid edə bilmirəm. Elə şeirlərim var ki, orda sadəcə şeirin özünə də ironiya var, gülüş var, şənlik var, yeyib içmək var. Elələri də var ki, doğurdan da kədərli, problemli, dərdli, ac olanda yazılıb. Mənfi enerji olan zaman daha gözəl əsərlər yaratmaq mümkündür. Salvador Dalinin bir sözü var: “Kef kök olanda şedevrlər yaranmır”. Şairlərin əksəriyyəti kədərdən boldur. Amma “smaylik”ləri əskik etmək düzgün deyil. Oxucu yazıqdı axı, onun da işi-gücü var, nə qədər kədərli şeir oxumalıdır? Bütün bunlara baxmayaraq, kədər amili şeirdə böyük rol oynayır, kədərdən yazılmış şeirlər daha çox sevilir, daha çox oxunur. Axı, Şərq insanı daxilən kədərə meyillidir.
- Hmm… Müsahibəni də kədərdən bol elədik. Oysa bu gün ad günündür. Bəlkə bir lətifə danışasan?
- Fikir vermişəm, hamı müsahibə verməyi sevir. Buna görə də bu ilk müsahibəm ad günümə həm sənin, həm də özümün ən yaxşı hədiyyəmiz oldu. Mənim yaddaşım çox, həddindən artıq zəifdir, lətifə zad yadımda qalmır. Özü də lətifə danışmaq qabiliyyətim də yoxdur. Lətifəni Murad Köhnəqala və Aqşin yaxşı danışır. Onlardan müsahibə alanda xahiş edərsən mənim əvəzimə danışarlar.
- “Nəsimi” mükafatı haqqında danışmağı bilərəkdən sona saxladım. Həyacan var idimi?
- Düzünü deyəcəm, ilk dəfə şeirləri göndərəndə müsabiqəyə qeyri-ciddi yanaşırdım. Çünki şərtlərdə var idi ki, hardasa 1-2 ay sonra nəticələr açıqlanacaq. Mənimsə ən uzağı iki həftə barədə planlarım olur, qarşıdakı on-onbeş gün barədə düşünürəm, 1 ay sonra heç ağlımda olmur. Amma elə ki, finalçıların adları açıqlandı, başladım şaşırmağa. Qaliblər açıqlananda isə xeyli həyəcanlı idim… Çünki adımın ilk üçlükdə olmayacağından qorxurdum. Amma çıxdaş üsulu ilə içimdə bir əminlik də var idi ki, mən o siyahıda varam. Ora Milena xanımla gəlmişdim. Adım çıxmsaydı qızın yanında biabır olacaydım. Adama deyərdi ki, gör mənim üçün nə pis şeirlər yazmısan, heç yer də tutmadın.
- Müsabiqənin təşkilatçılarından biri kimi bir məsələ şəxsən mənimçün çox maraqlıdır. Kənar şəxslərin, ədəbi mühitin reaksiyası necə oldu müsabiqəyə?
- Çox müsbət reaksiya hiss etdim mən. Ən azından bu hadisə ədəbi prosesi canlandırdığına görə qiymətləndirilirdi. Hər halda qeyri-ciddi yanaşsaydılar, məni təbrik etməzdilər, bunu mənim böyük uğurum saymazdılar. Evdəkilər də üzdən mənə göstərməsələr, hiss edirdim ki, sevinirdilər belə bir diplom aldğıma görə… Diplomu evdə görünən yerə qoymuşam. Üç-dörd gün qabaq bir qonaq gəlmişdi bizə. Yaxınlaşıb baxandan sonra mənə deyir ki, bunu yaxşı şeir deməyinə görə almısan? Dedim hə.
- Yeri gəlmişkən heç şeir deməyini eşitməmişəm.

- Məncə pis demirəm. Uşaq vaxtı aktyorluq sənəti ilə də məşğul olmuşam axı.
- Həə… Gəlib çatdıq. Ad gününü və mükafatını həm öz, həm də “Kultaz” adından təbrik edirəm.
- Çox sağ ol. Minnətdaram. Gündən-günə böyüyən, çiçəklənən, inkişaf edən, “Kultaz” portalına da təşəkkürümü bildirirəm. İşlərinizdə uğurlar arzu edirəm.

Söhbətləşdi: Zahir Əzəmət






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 3.67 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, İyun 18th, 2008 tarixində 11:00 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

23 şərh var


  1. pechorin adlı istifadəçi, İyun 18, 2008 tarixində, saat 12:30 yazıb:

    Maraqli musahibedir. Tesekurler.


  2. Şahanə adlı istifadəçi, İyun 18, 2008 tarixində, saat 13:24 yazıb:

    Səmimi söhbət idi.
    Uğurlar, Elmin.


  3. Aida Samedova adlı istifadəçi, İyun 18, 2008 tarixində, saat 15:44 yazıb:

    wow…no comment , Elvin..cox maragli interview idi, cox xoshum geldi..xususile de Milena ile bagli aciglamalar..ama 1 megam diggetimi cekdi, onu sonra sms ile sorusaram..helelik ise ugurlar, shair:)


  4. Milena adlı istifadəçi, İyun 18, 2008 tarixində, saat 16:29 yazıb:

    Hemiseki kimi cox semimisen..ilk musahiben de cox ugurlu alinib..hediyeye geldikdese bu hediye yeqin ki en yaxsi tesir bagislayan ve hamiya fexrle gostere bileceyin hediyyedi)))..
    men arzularimi bildirdiyim ucun ancag tebrikle kifayetlenmeli olacam..Tebrikler canim!!!!!


  5. Wild Angel adlı istifadəçi, İyun 18, 2008 tarixində, saat 16:32 yazıb:

    Elmin, qadasi, bu musahibenin alinmasi uchun ne qeder “gormushdun”? -)))

    Milenalarin shairi))), ugurlar!


  6. Baksyor adlı istifadəçi, İyun 18, 2008 tarixində, saat 17:33 yazıb:

    Mene ele gelir ki, AYO-nun en istedadsizlari sirasinda Elmin de var.


  7. guler miryahya adlı istifadəçi, İyun 18, 2008 tarixində, saat 18:40 yazıb:

    Elmin senin bu Milena hekayelerini dinlemeye mecbur oldugum gunler yadima dushdu:))haralardasan?seni gore bilmirem tebrik edim hem musahibeni hem de Nesimi mukafati qazanmagini. Ugurlar.


  8. Rebiqe adlı istifadəçi, İyun 18, 2008 tarixində, saat 18:44 yazıb:

    Tebrik edirem, Elmin!..


  9. Sima Ənnağı adlı istifadəçi, İyun 18, 2008 tarixində, saat 19:32 yazıb:

    “Heç nə insan azadlığını məhdudlaşdırmamalıdır” - belə demək üçün sən hələ çox gəncsən… Qoy 3-4 il keçsin, valideynlərin sevmədiyin, amma “yaxşı ailənin qızı” olan birisiylə səni evləndirəndə, görək nə deyəcəksən məhdudlaşdırılmış azadlıq haqqında…


  10. cinara adlı istifadəçi, İyun 18, 2008 tarixində, saat 20:04 yazıb:

    maraqli musahibedir.Zahire derin teshekkurler 50/50-ye. bele davam etse E Hesenlini Oxu Meni qezetine ishe devet edecekler.


  11. Chilgin adlı istifadəçi, İyun 18, 2008 tarixində, saat 20:46 yazıb:

    Elmin, dogum gunun mubarek!Sene yaradicliginda bol bol ugur dileyirem. Yaxwi oglansan, daha da yaxwi olasan:))


  12. elminhesenli adlı istifadəçi, İyun 18, 2008 tarixində, saat 22:29 yazıb:

    yaxshi musahibe vermisem =))


  13. Ryabina adlı istifadəçi, İyun 18, 2008 tarixində, saat 23:07 yazıb:

    Milenaları nömrələyirsən yəqin, hə?…-))
    Səni bir daha təbrik edirəm, Elmin…uğurların bol olsun…


  14. Qadjiyev adlı istifadəçi, İyun 19, 2008 tarixində, saat 00:35 yazıb:

    Hami kimi…


  15. Tətikçi adlı istifadəçi, İyun 19, 2008 tarixində, saat 06:19 yazıb:

    Əla danışmısan. Xoşuma gəldi. Zahirin azadlıq sözünün bir neçə dildə 7 hərf olması barədə yeni kəşfi də əladır. Təbrik edirəm. Sən supersən.


  16. şərif adlı istifadəçi, İyun 19, 2008 tarixində, saat 08:58 yazıb:

    Təbriklər, Elmin bəy! Sən gözəl oğlansan, ama o meyvə arağını nahaq gətirmədin…


  17. zuzu adlı istifadəçi, İyun 19, 2008 tarixində, saat 16:04 yazıb:

    tebrikler kafka.


  18. Movlud adlı istifadəçi, İyun 19, 2008 tarixində, saat 18:41 yazıb:

    Musahibenin semimiyyeti cox xosuma geldi.Umumiyyetle Elmin cox istedadli ve semimi oglandir.Birce catismayan ceheti Azerbaycan seirini yaxsi oxumamasidir.Bu ona oz yolunu ve intonasiyasini tapmaga mane olur. Netice de biz Elminin seirlerinden Hemidin,Aqsinin,Gunelin sesini esidirik. Amma umumilikde o maraqli sairdir.
    Ve bir de Ad gununu yaddan cixardigima gore bagisla. Seni tebrik edirem. Boyuk oglan olasan. UGURLAR!


  19. Rustam adlı istifadəçi, İyun 20, 2008 tarixində, saat 17:30 yazıb:

    Salam. Musahibeye gore tebrik edirem.
    Cox maraqli “soft” musahibedir.
    Amma bir seyi anlamadim. Elmin Hesenlinin facebookdaki sehifesinde dini baxislarina deist yazilib, amma burada ateist oldugu vurgulanir.
    Her halda ugurlar her kese.


  20. Hugo Sos adlı istifadəçi, İyun 22, 2008 tarixində, saat 22:07 yazıb:

    Elmine shair demek Seymur Baycana yazichi demek kimi bir sheydir. Ne qeder kederli olsa da…


  21. bayram adlı istifadəçi, İyun 25, 2008 tarixində, saat 17:17 yazıb:

    Elmin musahibe ucun cox semimi adamdir.

    (bu sherhe gore ona bir araq aldira bilecem)


  22. Kafka adlı istifadəçi, İyun 26, 2008 tarixində, saat 19:40 yazıb:

    “İsa Məsihi dəhşətli dərəcədə sevirəm. “Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, Bir üzünüzə vurana o birini də uzadın…” kimi kəlamları mənim içimi silkələyir həmişə.”
    Bu fikirlere inan birisi cemiyyetinde hansisa deyisiklik apara bilermi? Zennimce, neyise sehv saliriq, humanistlik zulme tabe olmaq deyil, insanlarin qurtulushu uchun lazim olan mubarizlikdir.
    Sonda, seni elde etdiyin ugur munasibeti ile tebrik edirem.


  23. qaza-xidmeti adlı istifadəçi, İyul 2, 2008 tarixində, saat 16:35 yazıb:

    dusunurem ki genc olmasina baxmayaraq kifayet qeder naxcivanlilasmis biridir

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: