Sərxan Xəzər. Şeirlər.
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 22 Haziran, 2008
MƏNDƏ SIĞAR NEÇƏ CAHAN?
…Mənnən inciyən dostlar ,
unutduğum tanışlar,
və mənə “vəfasız” deyən sevgilim…
qayıdın gəlin.
bu gün hamınıza yer var
qəlbimin ağrılarında…
ŞEİRLƏRİMƏ VƏ SƏNƏ DAİR
Sevgilim, şeirlərimdən tanı məni, sev məni.
Səni məndən çox sevən,
Hər gün hərfləri gözlərinə dikilən şeirlərimdən…
Şeirlərimdə varsa bir-iki tapıntı, təzə fikir,
Bil ki, o fikirlər sənin fikrini çəkir.
Şeirimdəki təkrirlər,
Səni yaddaşımdan silməmə cəhdidi.
Bənzətmələr, təsvirlər,
Səni adi bir insan bilməmə cəhdidi.
Mətnaltı mənalar, obrazlılıq,
Birlikdə açacağımız düyünlərdi.
Misralardakı uyuşmazlıq,
Sənsiz keçən günlərdi…
Dağınıq düşüncələr,
Ömrümün axışıdı.
Aritmik qafiyələr,
Qəlbimin atışıdı.
Şeirimdəki uzunçuluq,
Yalanımı gizləməkdən ötrüdü.
Və qoya bilmədiyim son nöqtə,
Səni ömür boyu gözləməkdən ötrüdü…
BU SÜKUT…
Bu sükutu danışdıraq,
bu sükutun dərdi var.
bu sükutda həsrətin, ayrılığın ətri var.
Budur səni də duyan, məni də duyan sükut,
budur sənə də həyan, mənə də həyan sükut,
bizi ayıran sükut…
Mən itirdim,
Sən itirdin, biz itirdik sükutla,
deyiləsi neçə qızıl söz itirdik sükutla…
Neçə ülvi arzunu qərq etdik bu sükuta
Biz öz dərdlərimizi dərd ettik bu sükuta.
Yuxusuz gecələrin yorğunluğu üzündə,
Göz yaşımız qovuşdu bu sükutun gözündə…
Bu sükutu danışdıraq,
bu sükutun dərdi var.
bu sükutda həsrətin, ayrılığın ətri var.
Hələ sən “öz işində”,
Mən də “öz işimdə”yəm.
Amma inan mənə
bir gün çox gec olacaq…
qapımızı əbədi sükut döyəndə,
bıçaq sümüyə dirənəndə-
bu sükutu dindirmədiyimizə çox heyfislənəcəyik
sən də
mən də…





Yüklənir...
Məncə, bunlar şeir deyil, dəqiq adı şeirə parodiya ola bilər. Ancaq… daha çox tərcümə üslubunda yazılıb.
Sonra: elə bil qaranlıq bir quyu var, ən maraqlı gələn fikirlər də anidən ora düşüb yox olurlar:
Mən itirdim,
Sən itirdin, biz itirdik sükutla,
deyiləsi neçə qızıl söz itirdik sükutla…
Neçə ülvi arzunu qərq etdik bu sükuta
Biz öz dərdlərimizi dərd ettik bu sükuta.
Yuxusuz gecələrin yorğunluğu üzündə,
Göz yaşımız qovuşdu bu sükutun gözündə…
Bu sükutu danışdıraq,
bu sükutun dərdi var.
bu sükutda həsrətin, ayrılığın ətri var.
Uğurlar!
Sheir yazmaq gozeldir.
Ellerinize sagliq…
Mənim xoşuma gəlmədi. Maraqlı da gəlmədi. Hər halda gənc dostumuza uğurlar!
Vallah bunlari da yaza bilmek uchun istedad lazimdi… qardash, nece yazibsan, hansi veziyyetde oturubsan, naharda ne yeyibsen ki, bu qeder sheire oxshada bilibsen bunlari..?
Pahoo, sən öl, lap elə bil şeirdir eyy, qardaşın yazdıqları…
Bu gənc Qəşəm Nəcəfzadənin layiqli davamçısı olacaq.
Bu yazdıqların uğursuzdur. Lütfən dilimizin orfoqrafiya qaydalarını da pozma
birinci şeirin orijinal idi.təbriklər
serh yazan her kese salam.hem de sag ol)
onu deyim ki,men serbestde yazan deyilem,bu serbestde ilk denemelerimdir-turkun sozu)
insaallah son olmaz.
bir daha haminiza tesekkur edirem.
Hər kəsə salam. Sərxan Xəzərin istedadına şübhə etmək olmaz. O, doğrudan da, istedadlı bir gəncdir. Onun daha gözəl şeirləri burda yazılmayıb. Bunları görmək üçün Vasif Süleymana müraciət etmək lazımdır. Onun fikrindən heç nə yayınmır. Sərxan Xəzəri də mənə tanıdan məhz Vasif Süleyman olub…
Çox hörmətli Sərxan Xəzər, sənə bu yolda uğurlar arzulayıram! Sənin gələcəkdə dahi olmağına şübhəm yoxdu…
soz4ulukle yanawi maraqli fikirlerde var idi…ugurlar.