KAMANÇA SUSUB DIL AÇILANDA PAXIR DA AÇILIR
Maksim Qorkinin sözləridir: “Yalnız özünü yalan, abırsızlıq və həyasızlıq zirehinə bürüməyən adam vicdan mühakiməsi qarşısında titrəməyə bilər”. Könül istərdi ki, ağsaqqal bir adamı, tanınmış sənətkarı, xalq artistini haçansa vicdan mühakiməsi qarşısında boynu bükük görməyəsən.
Və bu ağsaqqal sözü təkcə ağ saç-saqqalı özündə ehtiva etmir; müdriklik, kamillik və s. mənəvi-əxlaqi yetkinliyi ifadə edən sözlər ağsaqqal kəlməsinin başlıca komponentləridir. Hər bir fərdin fərqli psixologiyaya malik olduğunu nəzərə alsaq, ağsaqqal ifadəsinin də hər adama şamil olunmadığının fərqinə varmış olarıq. Adətən insanlar yaşa dolduqdan, obrazlı desək, yarandıqları və axır-əvvəl qovuşacaqları torpağa sarı belləri əyildikdən sonra xarakter etibarı ilə çox dəyişirlər: Allahın yoluna qayıdır, namaz qılır, xeyirxahlıq etməyə və beləliklə, günahlarının yuyulmasına çalışırlar, həmçinin ağbirçək və ya ağsaqqal adını doğrultmaq istəyirlər. Hər hoqqabazlığın mövcud olduğu sənət cameəsində xalqımızın əxlaq meyarları bu nöqteyi-nəzərdən də ayaqlar altına atılır. Başqa söz tapa bilmirəm: yazıq bu millətin halına.
Xalq artisti Habil Əliyev yaşı səksəni haqladığı bir vaxtda üzüsulu sənətdən getdiyini bəyan etmək üçün nümayişkəranə şəkildə kamançasını futlyarına, yəni öz qabına qoyduqdan sonra göz qabağında olmaq üçün söz qabının ağzını açdı…
80 yaşlı sənətkar yetənə yetdi, yetməyənə bir daş atdı. Həyasız jurnalistlərə onların səviyyə formatında müsahibələr verməklə özünü zirvədən dərənin dibinə yuvarlayan sənətkar bu gün öz ampluasında qalmaqla əksəriyyətin gözündən düşməkdə, yəni pərəstişkarlarını itirməkdə davam etməkdədir. Rəhmətlik Mirzə Cəlilin sözləridir: “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz bundan ibarətdir”. Maraqlıdır ki, əvvəllər dövlətdən nələrsə qoparmaq üçün ona-buna qara yaxan və artıq hakimiyyətdən istədiklərini qopardan Habil Əliyevin bu günkü umacağı məlum deyil.
“Reytinq” qəzetinin 8 iyun 2008-ci il tarixli sayında Habil Əliyevin “sensasion” açıqlamalarla zəngin müsahibəsi dərc edilib. Artıq öz məktəbi, davamçıları olan xalq artisti, səhnəmizin “Məcnun”u Mənsum İbrahimovu son vaxtlar nələrinsə müqabilində hədəfə almış qəzetin əməkdaşı bu dəfə xalqımızın mənəvi xəzinəsi olan (!) sənətkarlarını söydürmək, təhqir etdirmək üçün düppədüz müsahib seçib: Habil Əliyev.
Müsahibənin lap əvvəlindən başlayacam. Ölkənin birinci xanımı Mehriban Əliyevaya növbəti dəfə mədhiyyə demək, yarınmaq imkanından gen-bol istifadə edən Habil Kaman ənənəsinə sadiq qalaraq kamanını peşəkar sənət fədailərinə tuşlayır. Yazarın qızışdırıcı, belə deyək, təxribat xarakterli “Axı siz belə məsələlərlə barışan sənətkar deyilsiniz” sualı Habil Əliyevi həmin jurnalistin istədiyi nüansa kökləyir: “Bir-iki solğun xanəndə qalıb. Bunlardan biri Arif Babayevdir. O da qocalıb, 70 yaşı var. Bu yaşda xanəndələr daha oxumur. Çünki səs dayanır. Bundan başqa, xalq artisti Canəli Əkbərov da demək olar ki, “sönüb”, xalqı təmin edə bilmir”.
Xitaba keçməli oluram: Pardon! Bu qədər ittihamın yersiz olduğunu, qocalığını başına qaxınc etdiyiniz Arif Babayevə (halbuki o, sizdən 10 yaş kiçikdir) açıq-aşkar paxıllıq etməyinizin səbəbini başa düşdük. “Söndürdüyünüz” Canəli Əkbərovun “xalqı təmin etməməsinin” ikibaşlı ifadə olduğunun və yaşınıza, saç-saqqalınıza yaraşmadığının fərqinə varmısınızmı? Ayıb olan bir iş. Ovuna əla “şikar” düşdüyünü yaxşı başa düşən qəzet əməkdaşının növbəti provakasion sualı sənət adamlarının, muğam ifaçılarının (bu söz birləşməsi dırnaqda verilib. Bəli, Habil Əliyevin necə deyərlər, ən zəif damarı bütün muğam ifaçılarının adının alındığı dırnaq işarəsidir - X.H.) efirlərə yol tapması ilə bağlı tanınmış muğam ifaçılarının Heydər Əliyev Fondu qarşısında bu məsələni niyə qaldırmaması ilə bağlıdır. Bu, savadsız yazarın heç bir məntiqə sığışmayan düşüncə məhsulu olduğundan üstündən sükutla keçirəm. Çünki Habil müəllimdən ötrü Azərbaycanda heç bir tanınmış ifaçı-filan, sənətkar, istedad sahibi yoxdur, yalnız bir adam var - o da elə Habil Əliyevdir. Əgər Habil müəllimin təkbaşına Heydər Əliyev Fondu qarşısında səlib yürüşünə çıxmaq fikri varsa, buyura bilər. Yavaş-yavaş söhbət gəlir mətləb üstünə və beləcə… xoruzun quyruğu görünür. Arif Babayevin və Mənsum İbrahimovun pedaqoji fəaliyyəti ilə bağlı suala H.Əliyevin özünəməxsus cavabı: “…Arifin dəsti-xətti Habil Əliyevə yad deyil. Qaldı ki, o ikinci adama, siz onun adını necə dediniz?” Yazar Mənsum İbrahimovun adını yenidən həvəslə çəkir. Və Habil Kaman kamanı düz hədəfə tuşlayır: “Mən onu əməlli-başlı tanımıram. Onun tələbəsi hardan oldu? Ümumiyyətlə o, harda işləyir, nə edir? Ortalığa dünən çıxıb, aləmi biabır edib”.
Yenə də xitab: Yaxşı da, Habil müəllim. Paxıllığın, yalanın da bir həddi var. Əgər siz həqiqətən də xalq artisti Mənsum İbrahimovu tanımırsınızsa, deməli yaşınızla bağlı sizdə ya skelerozluq əmələ gəlib, ya da musiqi savadınız yoxdur. Yox, əgər bilərəkdən özünüzü tanımamazlığa vurursunuzsa, bunun paxıllıqdan başqa yozumu yoxdur. Mənsum İbrahimovu tanımağın yollarını sizə öyrədə bilərik, Habil müəllim. Öncə yolunuzu Opera və Balet Teatrından salın. Baxın, görün ki, 40 yaşını haqlamış Mənsum İbrahimov “Məcnun” rolunu oynamaqla zaman-zaman müzakirə predmetinə çevrilmiş “Məcnunun yaş həddi” çərçivəsini necə sındırır. Ondan sonra sadəcə ekran qarşısında oturmaqla da Mənsum müəllimin sənətkarlığına etdiyiniz “şübhə” üçün xəcalət hissi keçirməli olarsınız. Bundan başqa, Habil Əliyev özü-özünü təkzib edir: həm Mənsum İbrahimovun aləmi biabır etdiyini bildirir, həm də onu tanımadığını dilə gətirir. Sovet təfəkkürü ilə düşünüb sovetlərin şüarına oxşar bir şəkildə Az.TV-nin musiqi redaksiyasına rəhbərlik edən Nadir Axundovun ünvanına “Nadir rədd olsun Az.TV-dən!” deyən qoca(man) sənətkar “Allah qoysa, onun məsələsi bu yaxınlarda həll olunacaq. Mən bu işin üstünə düşmüşəm” - deyir. Deyəsən Habil müəllim öz soyadının ölkə başçısının soyadı ilə sadəcə omonim olduğunu unudub. Ki, özünü artıq ölkədə söz sahibi hesab edir. Yəqin qocalıqdandır, neynək…
Növbəti “qurban” Mənsum İbrahimovun tələbəsi, 2005-ci il muğam müsabiqəsinin qalibi Təyyar Bayramovdur: “Müsabiqədə birinci yeri Təyyar tutmuşdu. Mən başa düşə bilmirəm, o necə birinci yeri tutub ki, telekanallarda gözə dəymir? Efirlərə nə vaxt baxsan, Babək, İlkin, Ehtiram, Bəyimxanımdı. Camaat niyə bu qalibi görmür? Çünki ondan gizli yolla pul alıb Nadirə verdilər. Təyyar isə pul hesabına birinci oldu… Babək, İlkin, Ehtiram çox gözəl oxuyur. Bunlar olan yerdə Təyyar kimdir? Birinci Ehtiramdır”. Həmin vaxt müsabiqə SMS yolu ilə aparılırdı və Habil müəllimin favoriti Ehtiram olduğu kimi, Təyyar da çoxsaylı tamaşaçı auditoriyasının rəğbətini qazanaraq birinci olmuşdu. Əgər burda da Habil müəllimin qeyd etdiyi kimi, saxtakarlığa yol verilibsə, qoy o, seçkiləri də saxtalaşdıran bir hakimiyyətə sicilləmə mədhiyyə deməyi yığışdırsın. Təyyarı efirdə görmək üçün ekran qarşısında oturub özünü görməməzliyə vurmaq lazım deyil. Əgər bu gün səhnəmizin “Şah İsmayıl”ı, “İbn Səlamı olan Təyyarın istedadına bilərəkdən göz yumursa, bu onun öz problemidir. Muğam müsabiqəsinin iştirakçısı Abgül Mirzəliyevin Cabbar Qaryağdıoğlu və Qədir Rüstəmovun davamçısı olması ilə bağlı sual da kaman ustasını “dilləndirməyə” hesablanıb. Habil müəllim, baxın, bu cür deməklə müsahibənin “gülünü” vurub: “Allah eləməsin! Abgül hara? Qədir Rüstəmov hara? Qədir Rüstəmov oxuyan deyil, uluyur. Mən muğam sənətini dərinliyi ilə bilirəm, hələ Qədirə oxuyan deməmişəm”.
…Amma oğlu Rəvana oxuyan deyib, hələ üstəlik onun gələcəkdə peşəkar ifaçı olacağına da inanıb. Ölkə başçısı tərəfindən bir çox fəxri titullara layiq görülən Qədir Rüstəmov “Sona bülbüllər”i ilə öz adını musiqi tariximizə yazdırıb. Hər halda “Sona bülbüllər”in adı gələndə Rəvan Habiloğlu deyil, Qədir Rüstəmov yadımıza düşəcək. Ulamaq insana, o boyda sənətkara deyil, çaqqala, canavara məxsusdur. Habil Əliyev bu sözlərlə təkcə Qədir Rüstəmovu deyil, onun çoxsaylı dinləyicilərini də təhqir edib. Çox-çox ayıb olan bir iş. Xalq artisti Əlibaba Məmmədovun da bostanını daşladıqdan sonra Habil Əliyev “Muğam star-3”-də “jüri”nin sədri olmaq istəyini bildirir. Zənnimcə, belə bir situasiya baş versə bütün seyrçilər muğam müsabiqəsini deyil, Habil Əliyevin “şok açıqlamalarını” dinləməli olacaqlar. Buna ehtiyac yoxdur. “El içində” verilişi məhz elə Habil Əliyev, Əli Mirəliyev kimi “şok” yaradanların düşüncə formatına uyğundur.
“Həqiqət nə qədər acı olsa da həqiqətdir” - deyiblər. Ola bilsin Habil Əliyev digər sahələr kimi televiziyalarda olan qanun pozuntularından narahatdır. Bir problemdən narazılığı ifadə etmək üçün xalqın sevgisini qazanmış, sənətdə can qoymuş insanları bu şəkildə ittiham etmək, onların ünvanına təhqiramiz ifadələr səsləndirmək bağışlanmaz səhvdir. Bir kəlməsi bir batman balla yeyilməsi mümkün olmayan Habil Əliyevə sadəcə yaşına görə heç kəs baş qoşmaq istəmir. Ümidvar olmaq istərdik ki, Habil Kaman bundan sonra yaşını və xidmət etdiyi sahəni nəzərə alacaq, özünü bisavad “jurnalist”lərin “şikar”ına çevirməyəcək. Necə deyərlər, həqiqəti həqiqət kimi görə bilməyənlər, gözlərinə ya optik, ya da qara eynək taxsalar yaxşıdır.
P.S. Əslində həmişəki kimi öz ampluasında olan Habil Əliyevə yenə də baş qoşmamaq olardı. Zənnimcə, məhz elə sənətkarlığına görə indiyədək ona baş qoşulmadığı üçün o, artıq özünü cilovlaya bilmir, ağzına nə gəldi danışır. Amma mənəvi və hüquqi cəhətdən heç kimə başqasını təhqir etmək haqqı verilməyib.
P.P.S. Əgər bu sözlər şou-biznesdəki istedadsız sənətçilərin ünvanına deyilsəydi, biz Habil müəllimin dediklərinə şərik çıxar, onu ciddi-cəhdlə müdafiə edərdik. Və əgər o, bu təhqirləri, yersiz ittihamları milyonların sevgisini qazanmış peşəkar sənətkarların ünvanına səsləndirirsə bu, artıq kaman ustasının yaşı ilə əlaqədar xəriflədiyindən xəbər verir. Çox çəkməz şou-biznesin ətcəbala müğənniləri də artıq Habil Əliyevin üzünə durub cavabını qaytararlar. Biz o zaman onun necə hörmət sahibi olduğunun şahidi olacağıq.
« Yazıçı ideoloq olmazdan qabaq humanist olmalıdır! | Əsas səhifə | Bakıda Gənc Yazıçların Məktəbi açılır »
Yazıya səs verin
Şərhlər
Bu yazı Cümə axşamı, İyun 26th, 2008 tarixində 20:44 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 









Əsəd Cahangir adlı istifadəçi, İyun 26, 2008 tarixində, saat 23:29 yazıb:
Xuraman, salam!
Səni bu yazıya görə ürəkdən təbrik edirəm. Sən qeyrətli bir xanımsan. Halal olsun.
zuzu adlı istifadəçi, İyun 27, 2008 tarixində, saat 08:50 yazıb:
evvel cavanlari asib kesirdi indi de kecib peşəkar sənətkarların canina, ozunu millet fedaisi kimi teqdim edir.
Muellife tesekkurler ureyimden xeber verdi
scorpion adlı istifadəçi, İyun 27, 2008 tarixində, saat 13:07 yazıb:
Əgər jurnalist kimin haqqındasa başqalarının yazdıqları əsasında material hazırlayırsa (özü də belə ittihamedici)onun peşəkarlığına mən şübhə eliyirəm.
Xuraman xanım, Habil Əliyev sağ ola-ola niyə onun özü ilə görüşüb fikirlərinə qulaq asmamısınız?
Əgər bunu eləməmisinizsə sizin yazınız köşə qeybətindən başqa bir şey deyil…
Sevinc adlı istifadəçi, İyun 27, 2008 tarixində, saat 13:22 yazıb:
Salam Xuraman xanim.Reytinq qezetinin hemin yazari Habil Eliyevi o cur danisdirmaqla digerlerini gozden salmaqa calismisdi.Cunki son vaxtlar o xanimin tutduqu yol, yazilari ancaq bunu demeye esas verir. Men sizi tebrik edirem. Yaziniz ureyimden tikan cixartdi. Scorpion adli istifadeci gorunur, bundan xebersizdir.
Serseri adlı istifadəçi, İyun 27, 2008 tarixində, saat 16:10 yazıb:
Scorpionla yuzde yuz raziyam. Eslinde o yazini cap elemekle redaktor jurnalistikanin prinsiplerinden xebersiz oldugunu ortaya goyur.
Adam sag ola-ola onu bu geder ittiham etmek OLMAZ!!!
Get Habil Eliyevle gorus o sene izah elesin ki, niye bele danisib, esasi var, yoxdu
Sevinc xanim! Nece yani
- Reytinq qezetinin hemin yazari Habil Eliyevi o cur danisdirmaqla digerlerini gozden salmaqa calismisdi-
Habil Eliyev Meger kukla zadir ki, duymesin basanda danishsin?!
Terefkeshlik etmekle ozunuzu pis veziyyetde qoymayin. Belke Mensum Ibrahimov Sizin ucun butdur, onun haqqinda pis danismak olmaz?!
Gedin Mensumun oynadigi tamasaya baxin, gorun Mecnunu ne gune salib.
Mecnun ozu Mensumun ifasinda bu tamasaya baxsaydi, gedib intihar ederdi.
scorpion adlı istifadəçi, İyun 27, 2008 tarixində, saat 16:28 yazıb:
Sevinc xanım məni Habil Əliyevin “Reytinq” qəzetində nə deməsi maraqlandırmır… Ümumiyyətlə bu yazı da əldəqayırma “şou-biznes qalmaqalı”ndan o qədər də fərqlənmir… Mənim demək istədiyim başqa şeydi… O qəzetdə nə yazılmasından asılı olmayaraq müəllifin öz araşdırması olmalıydı… Bizim jurnalistikanın bəlasıdı bu… Kiminsə hansısa qəzetdə verdiyi müsahibə əsasında hökm çıxarmaq… Axı özünü peşəkar sayan jurnalist gedib Habil Əliyevin özü ilə də danışa bilərdi… Yəni informasiyanı ilk mənbədən dəqiqləşdirə bilərdi və öz fikirlərini bildirib cavab ala bilərdi… Oxucu üçün bu daha maraqlı olmazdımı?
solmaz adlı istifadəçi, İyun 27, 2008 tarixində, saat 19:17 yazıb:
Zennimce, Habil Eliyevden yeniden nese sorusmaga ehtiyac yoxdur. O, yene hemin sozleri deyecekdi. Bele yazilar tez-tez yazilsa, Habil Eliyev kimiler aglina geleni danismaz. Bir oxucu kimi yazi cox xosuma geldi.
Serxan Xezer adlı istifadəçi, İyun 27, 2008 tarixində, saat 21:40 yazıb:
men serseri adli istifadciden sorusmaq isteyirem ki,Mensumdan yaxsi Mecnunu kim oynaya biler-indiki seraitde?)
ramin hacizade adlı istifadəçi, İyun 28, 2008 tarixində, saat 11:54 yazıb:
hamiya salam. mence adi serseri olan sherhci deyir ki, qusurlu, noqsanli adami yalniz o olenden sonra tenqid etmek olar.nece yeni “Adam sag ola-ola onu bu geder ittiham etmek OLMAZ!!!”?serseriye xatirlama:her kes bilir ki, olenin arxasinca daniwmaq, en boyuk eyibdir. bu menada xuraman xanimi alqiwlamaq lazimdir ki, illerden beri yazarlarimizda davam eden “yaltaqlanma” sindormunu vurub sindirib! sukani bele saxlayin, xuraman xanim!!!
Novarg adlı istifadəçi, İyun 28, 2008 tarixində, saat 18:26 yazıb:
Sag olanda uzune soymeyin savabi olenden sonra goruna soymeyin savabindan qat-qat artiqdi…
Aslan adlı istifadəçi, İyun 28, 2008 tarixində, saat 21:41 yazıb:
Təssüfləndim! Bunca olurmu? Belə olurmu?! Az qala hər cümləsində özü-özünü təkzib eləyən bu xanımın yazdıqlarından çox, ona haqq qazandıranların şərhləri məni təəssüfləndirdi. Qəzetə verdiyi müsahibəsində, - dediklərinin olduğu kimi verilməsinin, ya təhrif edilməsinin fərqinə varmadan, təbii ki, skorpion haqlıdı, görüşməyi heç, azından zəng eləyə, fikrini soruşa bilərdi - dediklərini Habil Kamanın saç-saqqalına yaraşdırmayan xanım, babası yaşda sənətkarı, Azərbaycanın öz tarixi ərzində yetişdirdiyi ən böyük kaman ustasını, kamanı bizimkiləşdirən Habil Kamanı bunca təhqir eləməyi, aşağılamağı görəsən özünə necə yaraşdırır? Qocaman sənətkarın Mənsum İbrahimov, Qədir Rüstəmov haqqında dediklərinə əsla şərik deyilik, hər ikisi sənətdə sözlərini deyiblər və bu gün də deyirlər. Sənətdir, ola bilər aralarında nəsə olub, narazılıqları var, əvvəlcə hansısa müxbirin, sonra da Xuraman xanımın belə ucuz mövzuları gündəmə gətirməsi ilə sənət camiəsi nə qazanır, bizim qazancımız nə olur? Bu kimi anlaşılmamazlıqlara özləri də aydıniıq gətirə biərdilər.
Xuraman xanım, Sizin öz yazdıqlarınıza əsaslanıb Sizdən bəzi mətləblərə aydınlıq gətirmənizi istəyirəm. Yazırsınız: ” xalqın sevgisini qazanmış, sənətdə can qoymuş insanları bu şəkildə ittiham etmək, onların ünvanına təhqiramiz ifadələr səsləndirmək bağışlanmaz səhvdir”. Elə isə Sizin bu səhviniz bağışlanasıdırmı?
Yazırsınız: ” mənəvi və hüquqi cəhətdən heç kimə başqasını təhqir etmək haqqı verilməyib”. Tamami ilə haqlısınız. Elə isə icazə verin soruşum, mənəvi və hüquqi cəhətdən başqasını təhqir eləmək haqqını Sizə kim vermişdir?!
Novarg adlı istifadəçi, İyun 28, 2008 tarixində, saat 22:33 yazıb:
Aslan muellim,
Men bir arashdirim, gorum Habil muellim sizin tereflerden deyil ki… Ay qardash, ne isteyirsiz bu qizdan…? Niye TV’de Habil muellimin danishdiqlarina hech olmasa bir zeng edib reaksiya vermirsiz…? Kimdi axi Habil muellim…? Qardash, gul olsun, bulbul olsun, bize lazim deyil… Umumiyyetle, aletden teyinati uzre istifade etmek lazimdir, Habil kamanini qatlayib soxub bizim gozumuze, besdir de…! Ne qeder yaltaqliq olar…? Indi az-chox bir imzaniz var deye yoxsa siz de ozunuzu qaymaq hesab edirsiz…? Yeke adamlariq, hamini taniyiriq, kimin hansi yuvanin qushu oldugunu, kimin niye dillendiyini de yaxshi basha dushuruk… Adam saxtakar olmaz… teriflediyiniz o Habil muellim ozunde teper tapsin, bir uzunu hakimiyyete tutub hesab teleb elesin… Umumiyyetle, burda Orxan Fikretogluluq elemeyin, ne yashiniza, ne movqeyinize, ve eminem ki, ne de gelirinize ve heyat seviyyenize yarashir… Habilkimiler chokub bogazimiza, bir qiz da durub eziyyet chekib, qezetde yazilanlari umumileshdirib ve fikrini yazib, hemishe - cavanlara yol verek - deyen Aslan muellim palaz boyda yazi yazaraq cavab verir… Yene deyirem, ciddi olaq, hech kes elindeki boyda sheye gore danishmasin…
Birmenali olaraq, Habil muellim’in seneti bu gun bize lazim deyil, qardash… Polad Bulbuloglu’nun taleyi meme yeyenden pepe yeyene qeder hamiya aydin idi, bogazdan yuxari danishmaq, boshbogazliq elemek lazim deyil…
Xuraman xanim, ugurlar… Ifsha edin bu qoca saxtakarlari… Insan qocalanda elinden gelen bir ish olmayanda maksimum Bextiyar muellim kimi qeybe chekiler, ortaya dushub arsizliq elemez… Bizim de sebrimiz var… Umumiyyetle, tfu…!
Aslan adlı istifadəçi, İyun 28, 2008 tarixində, saat 23:25 yazıb:
Novarg, salam! Araşdırmaya ehtiyac yoxdu, Habil müəllim bizim tərəflərdən deyil, amma bu nəyi dəyişir? Sənə lazım deyilsə, olmasın, kiminsə sənə zorla kamanı sırımaq fikri yoxdu. Mənəsə lazımdı, öz musiqimizi, tarımızı, sazımızı, kamanımızı, muğamımızı dünyanın bütün musiqilərindən üstün tuturam! Mənim imzamın mətləbə nə dəxli var, qaymaq-filan nə deməkdir? Niyə sözə məsuliyyət hissini itirirsən, məni hansı saxtakarlıqda mühakimə eləyirsən? Niyə zaman-zaman dəxli olmadığı halda qarşıma çıxırsan, hirsli, hikkəli. Xuraman xanımın əvəzinə sən niyə cavab verirsən? Mən Xuraman xanımdan konkret suallarıma cavab istəmişəm, verməyib, onun əvəzinə sən buyurursansa, buyur, cavab ver. Qaldı Habil müəllimin kimisə tərifləməsi, mövqeyi mənimçün müzakirə mövzusu deyil, yuxarıda nə demişəmsə, Habil müəllimin sənəti haqda demişəm, şəxsiyyəti haqda yox. Hay-küy, qarayaxalıq eləmək əvəzinə, bir az obyektiv ol, mənim yazdıqlarımı bir də oxu və məhz harda saxtakarlıq elıdiyimi yaz!
Qaldı digər yazdıqlarına, belə etikadan kənar şərh yazmaq kimsəyə baş ucalığı gətirməz. Qəhrəmanlıq da tələb eləmir.
Novarg adlı istifadəçi, İyun 29, 2008 tarixində, saat 20:29 yazıb:
Shexsiyyeti olmayan insanin senetine inanmiram men, Aslan muellim… Evvel shexsiyyet, sonra senet…
Mugamat-Peres adlı istifadəçi, İyun 29, 2008 tarixində, saat 22:14 yazıb:
Mensum Ibrahimov ne matah adam olub ki, onun mudafiesine bu geder kampaniya aparilir.
Habil Eliyevin tehqiri uzerinde qurulmish bu yazini hormetli admin niye sayta yerleshirir.
Meger yazidaki tehqirleri gormur.
Gardasim agaclar, bacim cicekler eger Habil Eliyevden yazi Reytinqde cixibsa, onda Xuramanin da yazisi orda derc olunmalidir.
Ya da Habil Eliyevin musahibesini de sayta yerlesdirin ki, mizan terezi pozulmasin.
Serserini, Aslani destekleyirem!!!
Onlarin yazdiglarinda boyuk heqiqet var.
Nicat adlı istifadəçi, İyun 30, 2008 tarixində, saat 18:48 yazıb:
Özünü “muğam-peres” adlandıran kimsə!Sözdə “sənətkar” olan Habil Əliyev haqqında düzgün sözlər,yazılanlar səni niyə bu qədər narahat edir?Ola bilsin siz tərəflərdəndir.Ancaq heç kim o,”sənətkara” haqq verməyib ki,xalqımızın böyük sənətkarlarını təhqir etsin.O şəxs ki,Qədir Rüstəmov,Arif Babayev,Mənsum İbrahimov kimi sənətdə öz sözunu demiş sənətkarları tanımırsa deməli bu onun problemidir.Sənətkarları düzgün tanımaq üçün sadəcə olaraq əsl sənətkar olmaq lazımdır.
Stilyaqa adlı istifadəçi, İyul 1, 2008 tarixində, saat 11:30 yazıb:
Habil Eliyevin senetkarligi tebii ki, muzakire movzusu ola bilmez. Mence bu meselede menimle razilasarziniz, hormetli serhchiler.
Men butun serhleri oxudum ve cox perishan oldum. Serh yazanlarin bezileri, cox teessuf ki, yerlicilik kimi ciliz hissin tesirinden xilas ola bilmediklerinden gulmeli gorunurler.
Habil Eliyeve haqq qazandirmak mumkun deyil. Ona gore yox ki, kimise tenqid edib. Yox! Habil Eliyevin danisiginin mayasi tehqirle yogrulub, mehz buna gore!
Eyni zamanda men Xuraman xanima da haqq qazanirmiram ve bele yazi yazdigina gore onu teqdir etmirem. Xuraman istedadli sairdir, gozel publisistdir. Bele movzulara elave enerji serf etmek menasizdir. O, Ozu de bilmeden mueyyen dairelerin idare etdiyi oyunun oyuncusuna cevrilib. Yeqin Xuraman xanim menimle razilasar ki, bu yazi mehz Habil Eliyevin verdiyi musahibe kimi - jurnalistin Etika Kodeksine - ziddir.
Qədir Rüstəmov, Arif Babayev ve Mənsum İbrahimovu ve elece de Habil Eliyevi beyenmemek olar. Bunu sivil sekilde onlara gulaq asmamakla buruze vermek lazimdir.
Daha kamancani sindirmak, gavali desmekle yox.
Hamiya vicdan hissini itirmemeyi, basgasina meslehet gorduyu semimiyyeti ozunde tapmagi arzulayiram!
cinara adlı istifadəçi, İyul 8, 2008 tarixində, saat 07:57 yazıb:
….