Günay. Şeirlər.
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 28 Haziran, 2008
Səmimiyyətin- səfalətin bitənə qədərdi
Silahının son patronu,
Gözəlliyinin bitiş akkordları
İçində gizlətdiyin vəhşi sevilmək şiddətini
Ovutdugun gün dünyadan soyuyacaqsan.
Hərəmi oldugun ərin,
dayəsi oldugun uşaqların belə
Aciz qalacaq.
Adını xərçəng qoyacaq həkimlər.
Tək sən biləcəksən dərdin xərçəng yox, ilandı…
***
Sakitliyin amansızlıgı didilən əsəblərimdi
Hər gün evimin bir divari ölür.
Vətəndaşımın vicdanının təmiz yeri
Dilənçimin üzünün kiridi.
Sabaha ümidli şair kirə evində
Donmuş əllərini dişləyib isidirsə
Son dayanacağıdı günlərinin,
Pəncərələrinin qopmuş boyaları,
Açılmayan sabahının günəşinə
Böyüyən bənövşəsi,
Həmin Bənövşə güllərin ən fahişəsi,
Gözlərini utandıgından yerə dikmiş qadın-
İnsanlıgın ən saxtası…
***
Bu məmləkətədə sevmək yasaq
Avamlıq - abadlıq.
Xöşbəxt olmaq - fahişə olmaq.
Bu məmləkətdə ana qızını ərinə qısqanar,
Ata oğlunu gəlininə.
Bu məmləkətdə hamı bir-birini insan oldugu üçün suçlar.
***
Arzum Çindən gəlmiş
Neft tullantılı paltarlar kimi parıldayacaq.
Özümü çarmıxa çəkilmiş görəcəyəm.
Dar agacından asılacagam,
Cəmdəyimi Yasamal bazarının pişikləri eşələyəcək.
Qadın asılacaq, 1 kişi azalacaq!
***
Beynini cırmaqlayan axmaq düşüncələr,
Dünyanın ən posmodernist şəhərində
Havadan azadlıq zərrəcikləri udursan.
Çox çeynədiyin üçün dişində azadlıgın qanı qalıb.
Qadınlığın sona çatır, fağırlığın sona çatır.
Qulyabani tənhalığın qarğa azadlığındı.
Evdə gözləyənin olmasa da get, divarların darıxıb.
Pultda “seks azadlıgım” düyməsini bas,
Nə göstərsə, sənə yaddı.
Qadınlığın sona çatıb.
***
Ucuz kafedə yediyim köhnə yemək qoxusu
Uzaqdan mənə zillənmiş baxışlarınla
Eyni məzmun daşıyır.
Ona görə də ardından
Evimin divarları hönkürür hər gecə.
Yoxluğundan evim üşüyür.
Sənin sevginin notsuz musiqisi ilə
Ürəyimin ritmi dəyişir.
Sənə sevgim sənin qədər aciz olsaydı
Bəlkə də məni sevərdin.
Məni qoyub getdiyin insanların saxtalığını
Özünlə mənə gətir.
Bəlkə məni onlarla səhv salıb bir də geri dönmədin…
Bəlkə səndən iyrənərdim,
Səni beynimin sonsuzluğundakı maklaturaların içində
Dəfn edərdim.
Çünki kişi qadının qocalmış variantıdı,
Çünki kişi qadının qaralmış xıltıdı.
***
Günel Mövluda
Heç vaxt bilməyəcəksən
sənə sevgimin formasının
sinəmi parçalayan sərtliyini,
öz böyüklüyün kimi
böyük qadınım.
heç vaxt bilməyəcəksən
kişi inqilabının partlayışının
yalnız yataqdakı bir anlıq orqazmdan
ibarət olduğunu
sən həmişə inanacaqsan cəsur kişi obrazına
böyük qadınım
inanacaqsan ki özün uydurmadın onu
inanacaqsan kişinin
qadın dərmanına su olduğuna
qadının daraqdan yerə tökülən saçlarının kədəri
kişinin ömürlük tənhalığından
daha qəddardı,
çünki nifrətə dönən kişi sevgisi
ömürlük ağa-ər sevgisindən möhtəşəm
səni məhv edən ən alçaq qadın xəyanəti
sənə olan kişi sevgisindən həmişə uca
böyük qadınım,
ata, qardaş, sevgili olsun,
kişi sevgisi idbardı, dağıdıcıdı
sən bilməyəcəksən kişi sevgisi qadına
yalnız əyləncə və özündən qisas üçün lazım imiş
böyük qadınım,
gecənin ən qara yerində
iynə ulduzu qədər işıq kimi tapılsan da
səhərə qədər əzizsən kişiyə
sənin işığının gözünü deşəcəyindən qorxar kişi
işıq axtarma bulanıq üzlərdə
mavilərin işığı yetərlidi kiçik dünyada
böyük qadınım,
həyat olmayan yerdə
həyatdan rəhm gözləmədiyin kimi,
ən səmimi hissi belə çıxara hesablanmış
kişilərdən də ziya gözləmə, yalvarıram
yoxsa itirər səni ürəyim göz yaşlarının içində
işığına cahillik qatma, daşlaşdırma
hisslərini kişi gözlərinin alçaldıcı inamsızlığı ilə
böyük qadınım,
onsuz da sənin təbəssümün mənim üçün
dünyanın bütün sıxıntısından
daha kədərli və ağırdı kurəklərimdə
onsuz da gözlərinin təmizliyi daha çox ağrılıdı
əllərimdəki revmatizm sızıltılarından
böyük qadınım,
sən bilməyəcəksən niyə kişi köynəyinin bir,
şalvarının dörd cibi var.
Sən bilməyəcəksən kişi ilə ayrılıq
Qovuşub xoşbəxt olmaqdan böyük həzz
Sən bilməyəcəksən saçlarını topladığın qələm
Sənə hər bəzəkdən çox yaraşır
Sən bilməyəcəksən qadın çirkinliyi
Ətraf üçün nə qədər cansıxıcıdırsa
Özü üçün o qədər böyük nemətdi
Böyük Qadınım!




(5 səs, hardasa: 3,80 ilə 5 arası)

Yüklənir...
Kishilerin heyati uchun tehluke teshkil eden qadinlardan biri…
Ancaq kişimərkəzçiliklə çulğalaşan bir şərq ölkəsində qadın belə ağrıya bilər. Sənin ağrıların mənə, milyonlarla şərq qadınına, hətta dilində səninlə razılaşmayan, inkar edən, ürəytində səninlə həmrəy olan qadınlara tanışdır. Bu elə bir ağrıdır ki, heç bir kişi, Allah özü belə bu ağrını anlaya, bu ağrı ilə razılaşa bilmir. M. Svetayevanın ağrısıdır bu. Onun Allaha Sən məni anlaya bilməzsən, sən qadın deyilsən sözləridir, bu. Günel mənim də ən yaxın rəfiqələrimdən biridir. Şeiri Günellə sevdim.
O qedder agrimish ki, dili de pozulmush…
Ancaq dil ne qeder shiddetle agrisan da pozulmaz…
Eslinde dili pozan fikirdir – senin sheirinde dil yerine bu agir fikirler danishir, seni hemin fikirlere gore terifleyen adamlar da semimi deyiller…
Bu sheirlerin semimi shekli – dili olan formasi itib, gelin onu axtaraq…
Gunay, dash atanin cox olacaq, aliwmalisan… Ama Allah kimseni qaldira bilmeyeceyi bir yukle yuklemez (beqere suresi 286-ci aye sehv etmiremse)- bundan emin olun. Nece yeni Allah ozu bele anlamir qadini!
Sheirlerinse yaxwidi. Davami olsun. Ugurlar!
“qadının daraqdan yerə tökülən saçlarının kədəri” – hmm, maraqlidir. bu qizda nese var…
“Sənin sevginin notsuz musiqisi ilə/Ürəyimin ritmi dəyişir” – bezi seirler serbest yazilmis qezel tesiri bagislayir, her misrada bir mecaz, aforistik deyim terzi maraqlidir. Aqsinin tesiri hiss olunur:”Çünki kişi qadının qocalmış variantıdı” – bu cur hokmvari deyimler ugurlu deyil. benzetmeler canli musahidenin mehsulu olsa daha yaxsi olar, meselen “qadinin daraqdan yere tokulen saclarinin kederi” kimi.ancaq “Sakitliyin amansızlıgı didilən əsəblərimdi
Hər gün evimin bir divari ölür” ve benzeri misralar mucerred oldugu ucun ugursuzdur, shairin sesine yalan notlari qarisdirir.
Istedadla yazilmish seirlerdir.
Amma muellifin tefekkuru zedelidir.
Seirleri oxudum ve bir daha emin oldum ki, GADIN TEBIETIN ZEDELEYIB SIKEST ELEDIYI KISHIDIR.
menim sene sozum olmayib ve olmayacaq. adamlarin bashini az xarab ele.
xanim,sizin 1-ci sheiriniz menin ruhumu cox oxshadi.axirinci sheire qeder menlik deyil.bilirsiniz niye? ona göre ki,bütün sheirlerdə ağrilar eynidi. ve faishe sözü cox ishletmekle sheir hec de qazanmir.axirinci sheirde ise kishilerin köyneyinin bir,shalvarlarinin cibinin dörd olmasinin acmasini bilməyənlər ücün informasiya saxlamaliydiniz en azi… kishilerin köyneyinin cibinin bir olmasi düzgün deyil. bu dəqiqe böyrümdə oturan isinin köyneyinin iki cibi var, menimse köyneyimin cibi yoxdur, hele shalvarlarimizin cibini demirem.fikirlerim size zarafat kimi gelmesin. men cox ciddiyem. bununla belə düshünceniz maraqlidir. uğurlar olsun!
Azerbaycanda yazardan oxucu informasiya da teleb edir))oxucunun da yazanin da istediyini yazmaq halal haqqidi amma teleb etmek yox.men hech kimden munasibet bildiremk medeniyyeti gozlemediyim kimi hech kimde menden yazmaq medeniyyeti gozlemesin.oxuyub munasibet bildiren hamiya teshekkurumu bildirirem
Gunay hersey yaxshidir “Sənə sevgim sənin qədər aciz olsaydı
Bəlkə də məni sevərdin” xoshuma geldi bu misra.ugurlar.bezi yerlerini basha dushe bilmedim. bu da menim seer anlayishimin az olmagindan xeber verir..
telan,halaldi:)