İlə görə arxiv: Haziran 2008


Vaqif Əlixanlı: “Film tərcüməçilərinə verilən qonorar dilənçi payıdır”

Yazar: Admin | Bölmə: Kino | Tarix: 11 Haziran, 2008

Sirr deyil ki, dublyaj işinin keyfiyyətli alınması üçün səriştəli tərcüməçilər ordusu, istedadlı aktyorlar və Azərbaycan dilinin incəliklərini bilən redaktorlara ehtiyac duyulur. “Bunların hamısı üçün ən əsası maliyyə vəsaiti lazımdır”,- deyən «Space» telekompaniyasının dublyaj redaksiyasının rəhbəri Vaqif Əlixanlı bu və bir sıra məqamlara verdiyi müsahibədə aydınlıq gətirir:
- Dublyaj uzaqdan çox adi, o qədər də istedad və [...]



Şair Həkim Qəni vəfat edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Haziran, 2008

İyunun 10-da səhər saatlarında füzulişünas, şair, qəzəlxan Həkim Qəni dünyasını dəyişib.
Vahid Poeziya Evinin direktoru Şahin Verdiyev deyib ki, Həkim Qəni kimi tanınan Qəni Hüseynov 91 yaşında ürək çatışmazlığından vəfat edib. Həkim Qəni bu gün öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunacaq. Ş. Verdiyevin sözlərinə görə, Həkim Qəni bir neçə il əvvəl həmin qəbiristanlıqda özünə [...]



Xalq yazıçısı İsa Hüseynov: “80 yaşdan yekun iyi gəlir”

Yazar: Admin | Bölmə: Persona | Tarix: 11 Haziran, 2008

“Əvvəlki dövrdə yazdıqlarım olduqca bəsit olduğuna görə, yaradıcılığımın birinci dövründən imtina etmişəm”
İyunun 12-də 80 yaşı tamam olan xalq yazıçısı İsa Hüseynovla (Muğanna) müsahibə
- Muğanna üçün 80 yaş nə deməkdir, yazıçını bu yaşda daha çox hansı məsələlər düşündürür?
- Bu yaşdan yekun iyi gəlir. Amma səksən, bir növ yekun yaşı olsa da, bütün insanlar kimi mən də [...]



Müəllif hüquqlarının qeydiyyatı ilə bağlı vahid məlumat bazası yaradılır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Haziran, 2008

Azərbaycan Müəllif Hüquqları Agentliyi nəzdində qeydiyyata alınmış əsərlərin cəmləşdirildiyi məlumat bazası yaradılır. Bu barədə agentliyin sədr müavini Oqtay Səmədov məlumat verib.
O.Səmədovun sözlərinə görə, artıq bu məqsədlə agentlikdə xüsusi qrup yaradılıb. Məlumat bazasına Müəllif Hüquqları Agentliyində qeydiyyata alınmış əsərlər, kompüter proqramları, həmçinin ədəbiyyat və folklor nümunələri, mahnılar və s. toplanılır.



Teatrda tərcümə əsərləri

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 11 Haziran, 2008

Vəziyyət necədir?
ALİYƏ
Oylə bir tərcümə kim, ruhi Şekspir görcək,
Ağladı ruhi Otelloyla bərabər özünə.
«Ax mütərcim!» deyə odlu bir tüpürcək atdı,
Şübhəsiz düşdü o da tərcüməkarın gözünə.

Bu taziyanəni əsrin əvvəllərində Mirzə Ələkbər Sabir Şekspirin «Otello»sunun tərcüməsini bəyənməyərək yazmışdı. Bu illərdə klassik əsərlərin təbdili də yayğın hal almışdı. Təbdil klassik əsərlərin «milliləşdirilmiş» variantı idi. Bu zaman əsərdəki surətlərin adları Zübeydə, [...]



Çingiz Aytmatov vəfat etdi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Haziran, 2008

KultAz: Bu gün uzun müddətdən bəri xəstəlikdən əziyyət çəkən məşhur qırğız yazıçısı, canlı klassik, türkdilli xalqların fəxri Çingiz Aytmatov vəfat edib.
Yazıçı may ayının ortalarında “böyrək çatışmamazlığı” diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Son günlər isə müalicəsini Almaniyanın Nürnberq klinikasında davam etdirirdi.



İlham Əliyev İsa Hüseynovun 80 illik yubileyini təbrik etdi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Haziran, 2008

KultAz: Azərbaycan respublikasının prezidenti İlham Əliyev xalq yazıçısı İsa Hüseynovun 80 illik yubileyini təbrik edib. Bu münasibətlə ölkə başçısı xalq yazıçısına təbrik məktubu göndərib. Məktubda deyilir:
“Hörmətli İsa müəllim!
Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Siz bədii söz sənətimizin dəyərli nümunələri olan əsərlərinizlə respublikamızda ədəbi-mədəni mühitin inkişafına sanballı töhfələr vermisiniz. [...]



KİNEMATOQRAFÇILAR İTTİFAQI ƏTRAFINDA QALMAQAL

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Haziran, 2008

Oqtay Mirqasımov: “Nə qƏdər ki, Rüstəm İbrahimbəyov sədrdir, problemlər həll olunmayacaq”
Rüstəm İbrahimbəyova ağır ittihamlar!
Bir neçə gün öncə Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayı keçirildi və səs çoxluğu ilə Rüstəm İbrahimbəyov yenidən quruma sədr seçildi. Nizamnaməyə uyğun olaraq qurultaydan sonra sədr ittifaqın katibliyinə namizəd şəxslərin adlarını təqdim edib və səsvermə yolu ilə seçim aparılıb.
Uzun illər qurumda katib [...]



Viktor Pelevin. Ziqmund kafedə

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 10 Haziran, 2008

Tərcümə: Mirmehdi Ağaoğlu
Bu bütlərin hamar daş üzləri arxasında
çox vaxt yarıq və boşluqlardan
ibarət labirintlər olur ki,
oraya müxtəlif növ quşlar sığınırlar.
Jozef Levender, “Pasxa adası”
Nə vaxtsa Venada qışın bu qədər  soyuq keçdiyini xatırlaya bilmirdi. Hər dəfə qapı açıldıqda və içəri soyuq hava buludu daxil olduqda yüngülcə tükləri ürpəşirdi. Uzun müddət müştərilər gözə dəymirdi və Ziqmund bu arada qocasayağı [...]



Sevinc Çılğın. Yeni Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 09 Haziran, 2008

İKİLƏR ARASINDA
Sən çoxmuşsan
lap çoxmuşsan
hətta səni mən istədim deyə
çooox çoxmuşsan
mənim olmaq bir yana
hələ istədim deyə
tanrının birini
hər şeydən məhrum buraxacağı qədər
çoxmuşsan



Əlisəftər Hüseynov – TANIŞ MÖVZUDA VARİASİYALAR

Yazar: Admin | Bölmə: Kino | Tarix: 09 Haziran, 2008

Artıq neçə illərdir ki, bayram axşamlarının TV proqramlarını Azərbaycan kinosunun parlaq nümunələrindən sayılan «Arşın mal alan» və «O olmasın bu olsun» filmləri olmadan təsəvvür edə bilmirik. Proqramı açmadan da bilirik ki, məsələn, Novruz axşamını «Arşın mal alan»ın qəhrəmanları ilə keçirəcəyik, yaxud yeni ilin ilk günü «O olmasın, bu olsun» filminin məzəli personajları yenə də efir [...]



Lit.az-ın rusdilli versiyası fəaliyyətə başladı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Haziran, 2008

Cavid Cəfərzadə: “İnternetin verdiyi imkanlardan yararlanaraq, çağdaş ədəbiyyatımızı daha geniş arealda tanıtmaq istəyirik”
KultAz: Azərbaycanın tanınmış ədəbiyyat portalı Lit.az bu gündən etibarən həm də rus dilində fəaliyyətə başlayıb. Bu barədə “Kultaz”a Portalın rəhbəri Cavid Cəfərzadə məlumat verib. “Məqsədimiz rusdilli oxucu kontingentini Azərbaycan ədəbiyyatı ilə tanış etməkdir. İnternetin verdiyi imkanlardan yararlanaraq, çağdaş ədəbiyyatımızı daha geniş arealda tanıtmaq [...]



“Kultaz” 1 yaşını qeyd etdi (FOTOLAR)

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 09 Haziran, 2008

Dünən “Kultaz”ın 1 yaşı tamam olması münasibəti ilə pik-nik keçirilib.
Açıq havada- “Alma” qəzetinin həyətində baş tutan tədbirdə Rasim Qaraca, Səlim Babullaoğlu, Həmid Herisçi, Ağalar Məmmədov, Ülviyyə Heydərova, Rəbiqə Nazimqızı, Sevinc Çılğın, Əlişirin Şükürlü, Gülər Sadıqova, Günel Mövlud, Günay, Dalğa Xatınoğlu, Firudin Allahverdi, Zahir Əzəmət və başqa dostlar iştirak edirdi.
Maraqlı və səmimi şəraitdə keçən tədbirdə çoxlu [...]



Tərlan. Yeni Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 09 Haziran, 2008

Azərbaycan Divanı
bu milli dəyərlər qatıb başını
avropasayağı ola bilmirik
bu gecə küləktək əs mənə sarı
başıma gəlməsin şərqin havası
qafiyə axtarma bu sevişmədə
vəzn də bəhr də cəhənnəm olsun
o ikihecalı ayaqlarının
üçüncü hecası məhəbbət olsun



Carilik daha çox cavanların meydanıdır

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 08 Haziran, 2008

Tehran Əlişanoğlu: “Nəyisə kiməsə isbata hacət duymayanda daha çox iş görmək istəyirsən”
(Tənqid Həftəsi)
- Tehran bəy, “Kultaz”ın Tənqid Həftəsi sizcə alındımı?
- Məncə, bu suala daha dəqiq cavabı sizdən almaq olar; yəni qarşıya nə məqsəd qoyulmuşdusa, həmin məqamdan çıxış edərək, cavab axtarmaq daha doğru olardı. Şəxsən mən “Kultaz” oxucusu olaraq, burdan yenə də xeyli informasiya ala bildim. [...]



Portret: Uinston Çörçil

Yazar: Admin | Bölmə: Persona | Tarix: 08 Haziran, 2008

Ədəbiyyat üzrə Nobel mükafatı almış nəhəng siyasətçi
Nadir Qocabəyli
Yəqin ki, iyirminci yüzilin siyasət nəhənglərindən olan Uinston Çörçilin ədəbiyyat üzrə Nobel Sülh mükafatı alması çoxlarımız üçün sürpriz olacaq. Məsələ burasındadır ki, 1953-cü ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məhz Çörçildir. Mükafat ona «tarixi və bioqrafik əsərlərini yüksək sənətkarlıqla qələmə aldığına, yüksək insani dəyərləri müdafiə edən parlaq natiqlik [...]



Tehran Əlişanoğlu. Azərbaycan şeirinə rezüme

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 07 Haziran, 2008

(Tənqid Həftəsi)
Azərbaycan şeirinin kökləri 1300-1500 il və daha qədimlərə gedir, müasirliyi isə göz qabağında, onu çağdaş ədəbi proses verir. Milli şeirin köklərini, yaşarı əyaniliyini də əlçatmaz uzaqlardan çox bugünümüz, çağdaş şeirimizin olduqca rəngarəng mənzərəsi görükdürür.
1990-cı illərin müstəqillik havasını Azərbaycan poeziyası zəngin bədii-estetik təcrübə ilə qarşıladı; o qədər ki, dünya şeiri ilə heç vaxt olmadığı qədər [...]



TƏNQİD METADİL OLMAQDAN BAŞQA, HƏM DƏ ETİRAFDIR

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 07 Haziran, 2008

Cavanşir YUSIFLI
yusifli@mail.ru
(Tənqid Həftəsi)
Ədəbi prosesin istənilən hadisəsi haqqında düşündüklərini yazmaq çox asandır, nəinki ədəbi tənqidin mahiyyəti və nə olması haqqında. Birincisi, sənin “düşündüklərin” özün də hiss etmədən illər boyu müəyyən qəlib içinə oturmuşdur və istənilən ədəbi fakt, ya hadisə ilə bağlı bu qəlibin içində sonsuz sayda işarələr var ki, ifadə olunmağa fürsət gəzir. Mənə elə gəlir [...]



Yaradıcı adam cəmiyyətin ala qarğasıdır

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 07 Haziran, 2008

Əsəd Cahangir: “Bizdə tənqidçilər var, amma onların fəaliyyəti bədii prosesin obyektiv mənzərəsini göstərmir”
(Tənqid Həftəsi)
- Əsəd bəy, bu gün dəbdə olan mövzulardan biri ədəbi tənqidin yoxluğu məsələsidir. Tanınmış bir tənqidçi kimi bu məsələyə münasibətiniz necədir?
- Mən heç vaxt düşünməmişəm ki, bizdə ədəbi tənqid var, ya yox, sadəcə, yazılarımı yazmışam. Amma elə ki, son iki ildə özüm [...]



“KULTAZ”ın 1 YAŞI TAMAM OLUR

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 06 Haziran, 2008

2007-ci ilin 9 iyun tarixindən etibarən fəaliyyətə başlayan “Kultaz” – Mədəniyyət Portalının bir neçə gündən sonra 1 yaşı tamam olur. Bu münasibətlə istər bizimlə əməkdaşlıq edən müəllifləri, istərsə də oxucularımızı təbrik edirik. Bütün bu müddət ərzində bizə verdiyiniz dəstək və önəmə görə hər birinizə təşəkkür və sevgilərimizi çatdırırıq.