İlə görə arxiv: Haziran 2008


Şekspirin ilk nəşri satıldı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 06 Haziran, 2008

“Christies” hərrac evinin Londonda keçirdiyi əntiq kitablar satışında ingilis şair Uilyam Şekspirin əsərlərinin “ilk folio” kimi tanınan nəşri 435 min funt-sterlinqə ($ 874 min) satılıb.
Bu kitab 1623-cü ildə çap olunanda 20 şillinq, yəni indiki qiymətlə 100 funta satılırdı.



Tənqid ədəbiyyatı sancmalı, yazarı zədələməlidir

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 05 Haziran, 2008

 Qan Turalı: “Mən şair təfəkkürlü adam deyiləm”
(Tənqid Həftəsi)
- Tural, sənin şeir kitabın, hekayələrin, publisitik və tənqidi yazıların var… Bəs oxucuya özünü necə təqdim edərdin?
- Mən sadəcə olaraq yazaram. Şeir kitabım var, amma daha şeir yazmıram. Qəzetlərdə də yazıram. Nəsr də. “Çiyələkli gecənin pornoqrafiyası” povestim “Alatoran”ın növbəti sayında dərc ediləcək. Mən yazaram. Yazar hər şey yazmalıdır. [...]



Bu gün Mikayıl Müşfiqin 100 illiyidir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 05 Haziran, 2008

KultAz: Bu gün Azərbaycan ədəbiyyatı və poeziyasında xüsusi yer tutan şair Mikayıl Müşfiqin 100 illik yubileyidir. Hər il iyunun 5-i Müşfiqin poeziya günü kimi qeyd olunur. Prezident İlham Əliyevin sərəncamına əsasən, şairin yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Səhər saatlarında müşfiqsevərlər ölməz şairin büstünün önündə toplaşıblar. Çıxış edənlər şairin keşməkeşli həyat yolundan və yaradıcılığından bəhs [...]



Çarlz Dikkensin yazı masası və stulu auksionda 400 min funta satılıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 05 Haziran, 2008

KultAz: Məşhur britaniyalı yazıçı Çarlz Dikkensin yazı masası və stulu dünən axşam Londonun “Christies” auksionunda 433 min funt sterlinqə satılıb. Bu barədə auksion evinin məlumatında deyilir.
“Ədəbiyyat” mebeli setinin alıcısı İrlandiya kolleksiyaçısı və keçmiş jurnalist Tom Hiqqins olub. Auksion təşkilatçılarının sözlərinə görə, “bazarlıq daha da qızğın olub” və nəticədə lotun son qiyməti beş yarım dəfə olmaqla [...]



Bakıda Puşkinin ad günü qeyd olunacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Haziran, 2008

İyunun 6-da görkəmli rus şairi A.S.Puşkinin anadan olmasının 209-cu ildönümüdür. Puşkin ad günü ilə əlaqədar Azərbaycan paytaxtında da tədbir keçiriləcək. Tədbirin təşkilatçıları Səbail Rayon İcra Hakimiyyəti və Bakıda fəaliyyət göstərən «Sodurujestvo» Cəmiyyətidir.



Pis əsərlər haqqında kəskin danışmağın özü nadanlıqdır

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 04 Haziran, 2008

Cavanşir Yusifli: “Bu adamlar nə qədər cəhd eləsələr də, ədəbiyyatda hadisə ola bilmədilər, onlar sadəcə bədbəxt hadisələrdir”
(Tənqid Həftəsi)
- Cavanşir bəy, tənqidin indiki durumu haqqında nə deyə bilərsiniz? Bu durumda tənqidçilərin üzərinə hansı məsuliyyət düşür?
- Bu gün ədəbi tənqid anlayışının özü yayğındır. Bunun əyani nümunəsi kimi ortada olan tənqidi əsərlərə və kimlərə tənqidçi deyilməsinə bir balaca [...]



Əsəd Cahangir. «Gənclik» jurnalı

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 03 Haziran, 2008

(Tənqid Həftəsi)
Elə hеy narazılıq еdirlər ki, niyə ancaq yaşlılardan yazırlar, bəs gənclər? Hərdən özümü də bu narazılığın hədəfi kimi görəndə təəccüblənməkdən başqa əlimdən bir iş gəlmir. Suvоrovun sözüdür səhv еtmirəmsə, məşhur frazanı tərsinə охuyuram: hamı unudulur, hər şеy yaddan çıхır. Еlə bil ki, hеç kimin adını çəkmədiyi bu cavanlardan illər bоyu yazılar yazan mən [...]



Dövlət sifarişi ilə iki yeni film çəkiləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 03 Haziran, 2008

Mədəniyyət və Turizm Nazirliyi dövlət sifarişi ilə iki yeni kinolayihəni təsdiq edib. Nazirliyin ekspert şurası «Nərimanfilm» prodüsser şirkəti tərəfindən təqdim olnan «Sahə» kinolayihəsini dəstəkləmək haqqında qərar qəbul edib. Gələcək filmin ssenari müəllifi və rejissoru İlqar Safatov olacaq. O, keçən il keçirilən «Bu meydan, bu ekran» müsabiqəsinin qalibidir. Digər film isə «Ziyarət» adlanır. Onu isə Samir [...]



Mədəniyyət Nazirliyi ədəbiyyat mükafatı təsis etdi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 03 Haziran, 2008

KultAz: Mədəniyyət və Turizm Nazirliyi yazıçılar, tənqidçilər, şairlər, publisistlər üçün yeni mükafat təsis edib. «Qızıl kəlmə» adlanan bu mükafat ildə iki dəfə təqdim olunacaq. Mükafat qələm ustalarının yaradıcılığını geniş təbliğatı üçün nəzərdə tutulub.



Əbülfəz Qarayev GUAM yazıçılarını qəbul etdi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 03 Haziran, 2008

KultAz: Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan GUAM ölkələrinin gənc yazıçı və şairləri ilə görüşüb. Görüşdə nazir bir sıra təkliflərlə çıxış edib: “GUAM ölkələri arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi zəruridir. Biz öz mədəniyyətimizi daha da inkişaf etdirməliyik və bu yolda sıx əməkdaşlıq lazımdır. Güman edirəm ki, bundan sonra belə tədbirlərin [...]



Sadəcə, düşündüklərimi yazıram

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 02 Haziran, 2008

Ülviyyə Heydərova: “Mən «Noutbuk»u bitirəndən sonra gözləyirdim ki, özümün noutbukum olsun” 
I “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinin “ədəbi tarixçəsi” elə də uzaqlara gedib-çıxmır. Əslində, hər birisi ədəbiyyatımız üçün yeni imzalardır. Bu imzaların nə qədəri ədəbiyyatmıza sahib çıxacaq? Ədəbiyyatın özü onların neçəsinə yer ayıracaq?… Bütün bunlar gələcəyin işidir. Hələ ki, bu gənclər işıqla, istedadla doludurlar. Onları [...]



Cavanşir YUSİFLİ. ƏDƏBİ PROSESİN DOLANBACLARI və ya HEÇ NƏDƏN HAY-KÜY

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 02 Haziran, 2008

(Tənqid həftəsi)
Həmişə göz qabağında olan müstəvilər sürüşəndə və biz qəfildən özümüzü başqa bir məkanda gördükdə şikayətlər başlanır: dünya dəyişib, hava çirklənib, ekologiya korlanıb və sair. Bu halda əvvəlcə hadisəyə səbəb olan arqumentlər deyil, sadəcə meydana gəlmiş nəticələr çözülür. Bir-bir, ardıcıllıqla söylənən faktlar burulğanında itmək, batmaq qorxusu yarananda beynimizə batır ki, səbəb və arqumentləri açıb təhlil [...]



Akademik Milli Dram Teatrı təmirə bağlandı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Haziran, 2008

KultAz: Akademik Milli Dram Teatrının binası yenidən və əsaslı təmirə bağlanıb. Dünən teatr öz səhnəsində son tamaşasını göstərib. Yenidənqurma işləri üçün binaya 400 tona yaxın avadanlıq gətirilib. Bunlar döşəmənin qalxıb enməsi, pərdələrin mexaniki açılıb bağlanması üçün avadanlıqlar, müasir səs ötürücüləri və işıqlardır. Bu avadanlıqlar teatrın müasir standartlara uyğun olaraq kompyuterləşməsi üçün nəzərdə tutulub. Təmir zamanı [...]



GUAM ölkələrinin yazıçıları Bakıdadır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Haziran, 2008

KulTaz: GUAM ölkələri ədəbi əlaqələri bundan sonra daha da genişləndirmək niyyətindədirlər. Bu məqsədlə quruma üzv ölkələrin yazıçılarının ölkəmizə səfəri başlayıb. Bir neçə gün davam edəcək səfər çərçivəsində qonaqlar azərbaycanlı həmkarları ilə birgə əməkdaşlığa dair müzakirələr aparacaqlar. Görüşlər zamanı «Pin-GUAM» adlı yeni koordinasiya qurumunun yaradılması təklifi irəli sürüləcək.



Tofiq Abdin. ŞAİR QULU AĞSƏSƏ MİNNƏTDARLIQLA

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 02 Haziran, 2008

Rəbiqənin şeirləri üstündə (Tənqid Həftəsi)
Mövzuya Ön Söz
Ədəbi camiəmizin bir çox yaradıcılarının fikrincə ədəbi əsərlər yalnız və yalnız onların başçılıq etdiyi bir təşkilatda yaranır, onların üzünə başı aşağı baxan qələm sahiblərinin yazdığı şeylərdir. Bu təşkilatın çatısı altında olmayan yaradıcı insanların – orta və gənc nəslin yaratdıqları onların diqqətindən qıraqdadır və nə qədər olmasa da, onlar bu [...]



Tehran Əlişanoğlu. “Kultaz” üçün yazı

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 02 Haziran, 2008

(Tənqid Həftəsi)
Etiraf edim ki, üstqat ədəbi proses qovğaları üçün qəti darıxmamışam; ayrıldığımdan təqribən üç il ötür və mən belə başa düşürəm ki, heç cariliyin özündə də Tehran Əlişanoğlu imzasından ötrü elə bir darıxmaqlıq yox. Yəni hər şey qaydasında, carilik imzaların gəlib-getdiyi bir müstəvi; maraqlı olan bu ki, vardısa hara getdi, getdiyi yer haradır?
“Kultaz” [...]



Vaqif Yusifli. “AZƏRİ TÜRKCƏSİNDƏ YAZILMIŞ İLK ƏSƏRLƏR”

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 02 Haziran, 2008

 (Tənqid Həftəsi)
Azərbaycan dilində, indi bizim danışdığımız ana dilimizdə ilk ədəbi abidəni kim yaratmışdır? Söhbət, əlbəttə, yazılı ədəbiyyatdan gedir.
Azərbaycan ədəbiyyatşünaslığında uzun müddət bu məsələ ətrafında sükut dövrü yaranmış, bu dövr başa çatdıqdan sonra isə yekdil bir qənaət hasil olmuşdur.
O da bundan ibarətdir ki, Azərbaycan dilində ilk bədii nümunənin müəllifi XIV əsrdə yaşamış İzzəddin Pur Həsən Əfsəranidir. [...]



Qan Turalı. Cavanşir Yusifli kəpənəyini tutsun

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 02 Haziran, 2008

(Tənqid Həftəsi)
Cavanşir Yusiflinin  xarakteri haqqında bircə cümlə kifayətdir: Cavanşir kimi adamlar haqqı o zaman müdafiə  edirlər ki, haqqın bu müdafiəyə ehtiyacı olmur. Belə ki, bir müddət əvvəl Cavanşir bəy Əli Kərim haqqında kitab yazmışdı, amma o, şəksiz, Əli Kərimin zamanında yaşasaydı, onu tənqid edən bəkirnəbiyevlərdən olacaqdı. Mənzərə açıq şəkildə ortadadır, bu günlərdə Cavanşirin Ramiz Rövşən [...]



Madriddə dünyanın ən böyük kitab yarmarkası açıldı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Haziran, 2008

KultAz: Madriddə açıq havada dünyanın ən böyük kitab yarmarkası açılıb. Ənənəyə görə yarmarka paytaxtın  əsas mərkəzi xiyabanında- “Retiro”da təşkil  edilib.
Bu dəfə yarmarka rekord sayda iştirakçı toplayıb. Kitablar 364 pavilyonda təqdim olunan kitablar 259 nəşriyyat və 119 kitab mağazasından toplanılıb.



Hitlerin rəsmini korlayıb, 1 milyona satmaq istəyirlər

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Haziran, 2008

KultAz: Məşhur britaniyalı rəssamlar Çempen qardaşları Hitlerin gənc yaşlarında akvarellə çəkdiyi bir natürmorta özlərindən bəzi əlavələr edərək, 685 min funta (təxminən 1,35 milyon dollar) satmaq istəyirlər. Auksiona çıxarılan əsərə qardaşlar psixi çatışmazlığı ehtiva edən göy qurşağı, ulduzlar və ürək şəkilləri əlavə ediblər.