Qaynar xəbər portalı

Kitab dünyası


1“Güney Azərbaycan Ədəbiyyatı” həftəsi

Hey bə ziyalılar, hey

Məni bir otaqca da dözəmmədiniz
Kölgəm
azadlığı yapdı duvarlara!
qaşlarım qartallandılar özgürlük havasında
kipriklərim durnalandılar qurtuluşa
dodaqlarımdan öyrəndiniz dalğalanmağı
gözlərimə sataşıb aydınlaşdınız
aydın oldunuz!

ilim alovlandı gecələrinizdə
ürəyim nar kimi əlinizdə partladı!
Quzu tək yalnızlığımı tikələdiniz
Hey, quduz yoldaşlarım mənim!
Tanrının qaraltısıyam bu gecə
göyü, ulduzlar qədər iynələyirəm
boylar biçilmiş torpaq əyninə
saat qayçılayır yumru taleləri
həyat tikişə gəlməyir, hayıf!

aşağımda bir budaq
şallaq çəkir boşluğa
küçə yalnızlığımı bağışlamış polislərə
şəhər bir kefli mənzərə

bir dəhşət oyağıyam
asılmış qələm ucundan
yaratdığım sətirlər qazilərim
yaratmadığım sətirlər şahidlərim
otuz ildir bu şəhərdə
mən boyda bir cinayət üz vermiş
hamı xəbərsiz.
otuz il, otuz qətl
illər cənazəsini namaza duracaq insan
illər cənazəsi, illənmiş indidən
illərimə daraşdınız
pendirə düşən qurdlar kimi.
İllərinizi sərdiniz yellər şəritinə
tarixə qurd düşdünüz yaman
gözlərimizi oğurlayıb ziyalandınız
gözəlliklərimizə bəyləndiniz…

Hey! Bəylər, ziyalılar, hey!
o qədər aydın yaşadınız ki…
kölgənizə həsrət yaşadınız
bağırtı çağında ağızlar
bir öpüşlə
yumuldu
və yumruqlar
paraya açıldı…!

Məni bir şimşəkcə də
dözəmmədiniz
qaranlığınızda…

Azadlığı sümsünmə xiyabanlarda

Giley yeri yoxdur
uçurum özümdən başlandı
Batını özüm qan qusdum kağıza
atamın əkdiyi röya
deyiləm ya?!

Giley yeri yoxdur
asfalt yolların sonu
bir fıt ilə düyümlənir
alovlu şəkillər bitmədə
Baqqallar gündüzü çeynəyirlər!
Qəssablar saatları şaqqalayırlar!
Çörəkçilər həyatı kündələyirlər!

partiyaçılar, kağızlarla savaşmada
qızcığazlar, telefonlarla sevişmədə
gözlər üzüm kimi dənələnmədə
sürücüləri ovuşduran yorğunluq
süzülür hamıya, hər şeyə.
Öpüşlər dənizlərdən iraq düşən balığı yamsılamaqda
məktəblərdə, beyinlər
girdəkan kimi çalınır
xəstəxanalarda qadınlar doğmayırlar
ərik kimi çərdəklənirlər!

Giley yeri yoxdur
burası Təbriz
səninləyəm, hey!
Azadlığı sümsünmə xiyabanlarda, insan oğlu!
Azadlığı tüfəng edib əkmə bağçalarda
Azadlığı öl bir axşamüstü
Öl!
Giley yeri yoxdur…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, İyul 3rd, 2008 tarixində 10:44 radələrində Güney Azərbaycan bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

10 şərh var


  1. Çılğın adlı istifadəçi, İyul 3, 2008 tarixində, saat 11:09 yazıb:

    Zairin şeirlərinə oxşuyur. Amma deqiq deyə bilməyəcəyəm niyə? Bəlkə buna savadım çatmır, ama bir şeyi kəsin deyirəm - eyni hissləri yaşadım oxuyunca. Məncə, eyni düşüncə tərzi, həyata və insanlara eyni münasibət hiss etdim. Böyük şairlərə eşq olsun!


  2. qeza xidmeti adlı istifadəçi, İyul 3, 2008 tarixində, saat 17:14 yazıb:

    guney shairlerinden 2-si daha mohteshemdi-levai ve dalga xatinoglu.
    sevinc fikrinde mentiq yoxdu.levai hech kime benzemir .
    gun o gun olsun bu quzey-guney sohbeti aradan qalxsin.vahid azerbaycana eshqler olsun


  3. Çılğın adlı istifadəçi, İyul 4, 2008 tarixində, saat 10:33 yazıb:

    Qeza xidmeti, men hiss etdiyimi dedim, mentiq axtarmagin yeri yoxdu…


  4. Raset Pirisoyu adlı istifadəçi, İyul 4, 2008 tarixində, saat 14:20 yazıb:

    Məhəmməd Raza Ləvainin şeirlərinə mən belə bir şəhh yazamaq qərarına gəldim.

    Kultazın təqdim etdiyi bu çox vacib layihəni mən «Günye Azərbaycan ədəbiyyatı» adı altında təqdim etməzdim. «İran azərbaycanlılarının yaradıcılığı» kimi təqdim edərdim.
    Niyə?
    Birinci ona görə ki, «Güney Azərbaycanı» ifadəsi (o cumlədən «Qərbi Azərbaycan» və sair) mənafeyi baxımından İranda yaşayan azərbaycanlıların əleyhinə işləyir. İran azərbaycanlılarının mənafeynin insan hüquqları müstəvisində nəzərdən keçirilməsinə ağır zərbə vurur. «Günye Azərbaycanı» ifadəsi beynəlxalq hüquqi status baxımından heç bir əhəməiyyət daşımır, əksinə təhlükəlidir, BMT-nin nizamnaməsinə ziddir, bu ifadədeki separatizm çaları beynəlaxal miqyasda İran azərbaycanlılarına artan maragı zəiflədir.

    Biz bir şeyi qəti şəkildə anlamalıyıq, Milli azadlaq hərəkaıtı dünyanın heç bir dönəmində sistemili işin nəticəsi kimi meydana çıxmayıb. Milli Azadlıq hərəkatı qəfil hadisədir. Nemət Pənahlını, yaxud Babəki meydana çıxarmaq üçün xalqa uzun müddətli proqramm lazım gəlmir. Milli Azadlıq Hərəkatı qəhərəmanları qəfil meydana çıxır, qısa zaman kəsiyində öz işini görür və sonrakı prosesi sistemli işləməyi bacaran milli qüvvələrə (o da varsa) verir.

    Elə bilirəm, şeirlərində daha çox azadlıq duyğuları ifadə etməyə çalışan Məhəmməd Rza Ləvariyə mən bunları demliydim, qismən də olsa deyə bildim.


  5. Aslan adlı istifadəçi, İyul 5, 2008 tarixində, saat 20:20 yazıb:

    “mən bunları demliydim, qismən də olsa deyə bildim”. Qərarə almışdım ki, Rasət bəyin yazılarına şərh yazmayım, şərhlərinə münasibət bildirməyim, çünki yaxşı halda bir ucu gedib dağa, quşa, yarpağa kimi çıxacaq, amma olmur. Qardaşım, nəyi dedin? Sən haçandan insan haqları üzrə eksepert olubsan, BMT-nin dərdinə qalırsan? Demək nə az, nə çox, “Güney Azərbaycanı» ifadəsi mənafeyi baxımından İranda yaşayan azərbaycanlıların əleyhinə işləyir. İran azərbaycanlılarının mənafeynin insan hüquqları müstəvisində nəzərdən keçirilməsinə ağır zərbə vurur. «Günye Azərbaycanı» ifadəsi beynəlxalq hüquqi status baxımından heç bir əhəməiyyət daşımır, əksinə təhlükəlidir, BMT-nin nizamnaməsinə ziddir, bu ifadədeki separatizm çaları beynəlaxal miqyasda İran azərbaycanlılarına artan maragı zəiflədir”. Ermənilər gəlib oturblar Bakıya pulemyot məsafəsində, yüzlərlə kəndlərimizi,şəhərlərimizi talayıb, yandırıb viran qoyublar,on minlərlə soydaşımızı vəhşicəsinə öldürüblər, işkəncələrə məruz qoyublar,torpaqlarımızın altında, üstündə nə varsa bütün dünyanın gözü qarşısında talayıb aparırlar, nə BMT nizamnaməsinin vecinədir, nə də insan haqlarının qıdığı gəlir, bizsə Güney Azərbaycanının adını tuta bilmərik? Demək, soydaşlarımız eynən Amerika, Almaniya, Fransa azərbaycanlıları kimi otiuiblar qatara, təyyarəyə gedib düşüblər Təbrizdə, Urmiyada, Ərdəbildə, olublar İran azərbaycanlıları? Ya bir fərqləri var? Varsa nədədir, lütfən deyərsinizmi? Bəs Türkmənçay, Gülüstam müqavilələrini nədən ötrü bağlayıblar? İran özü bunu danmır, vaxtı ilə Azərbaycan ostanı adlandırırdılar, üşəndilər, qərbi, şərqi və s. Azərbaycan ostanlarına böldülər. Sənsə burda oturub kimsənin danmadığı, hamıya bəlli ən adi həqiqəti aparıb BMT nizamnaməsinə bağlayırsan,hansısa təhlükədən üşənirsən, seperatizmdən-filandan dəm vurursan! Olmaz axı! Bu cür məsuliyyətsiz, düşünülməmiş bəyənnamələr ancaq və ancaq bir məqsədə xidmət edir, Cənubi Azərbaycanı bu millətə unutdurmağa!


  6. Raset Pirisoyu adlı istifadəçi, İyul 5, 2008 tarixində, saat 22:32 yazıb:

    Aslan bəy,

    1) mən doğrudan da Azərbaycanda insan hüquqlarına dair onlarla sənədin hazırlamsında iştirak etmişəm. 48 insan hüquqları təşkilatını özündə birləşdirən Koordinasiya Şurasının icraçı katibi olmuşam.

    2) mən burda təqdim etdiym mövqeyimə dair kifayət qeder geniş araşdırmalar aparmışam, əlimin altında konkret konsepsiya var və bu konsepsiyada təkcə İran azarbaycanlılarının deyil, bütovlükdə altı dövlətin təsisində iştirak etmiş azərbaycanlıların mənafeyi öz eksini tapıb.

    3) mən öz mövqeymi Sizə izah etməyə ehtiac duymuram.

    4) mən çox gözəl başa düşürəm, Azərbaycanda «vətənpərvərlik» çox gəlirli sahədir, 1988-ci ildə onu özəlləşdirib, Azərbaycan Respublikası üçün Qarabağ problemi yaradanlar, yenə də bu iştahaya düşüblər, təəssüf ki, Siz də özünüzü bu zümrənin nümaynədəsi kimi aparırsınız

    5)ən nəhayət , əgər bir daha Rasət bəyin şərhələrinə şərh yazamamaq barədə özünü özünüzlə şərt kəsməli olsanız, bu şərti porzmamağı Sizən xahiş edirəm.


  7. Aslan adlı istifadəçi, İyul 5, 2008 tarixində, saat 23:46 yazıb:

    Rasət bəy! Qərar vermişəm, amma olmur axı! Deyin görüm, “mən öz mövqeymi Sizə izah etməyə ehtiyac duymuram” nə deməkdir? Hardandır Sizdə özündən bu qədər razılıq? Siz mövqeyinizi təkcə mənə yox, yuxarıdakı şərhinizlə yüzlərlə oxucuya izah eləyibsiz. Əslinə qalanda isə mövqeyinizi izah eləməyinizə mən zərrəcə də ehtiyac duymuram, ancaq indi neyləyək ki, Siz bunu izah eləyirsiniz, yəni mövqeyinizi. Səmimi deyin, Sizi əndişələndirən nədir? Haqsız olduğunuzu özünüz də yaxşı başa düşürsünüz, əks halda havadan asıla qalan bu kimi dəxli olmayan mətləblərdən dəm vurmaq əvəzinə, konkret suallarıma konkret cavab verərdiniz. Necə “ekspert”ə aydınlıq gətiribsiz, o birilərə də gətirərdiz.
    “vətənpərvərlik” deyəndə nəyi nəzərdə tutursunuz, bilmirəm, amma Sizə bir etirafda bulunum, mən bu başı bəlalı Vətəni sevirəm! Fanatikcəsinə.


  8. Raset Pirisoyu adlı istifadəçi, İyul 6, 2008 tarixində, saat 01:31 yazıb:

    Bismillahir-rəhmanir-rəhim

    Aslan bəy,
    axı mən Sizin bu qədər sualınızın hamsına birdən necə cavab verim?
    Mənim də işim var, gücüm var.

    Mən Sizə qibtə edirəm,
    Sizə bol - bol Vətən sevgisi arzulayıram.

    Mən bu axşam Azərbaycandan çıxıram.

    Assalamu aleykum va rahmatullahi ba barakatuh.


  9. Aslan adlı istifadəçi, İyul 6, 2008 tarixində, saat 08:53 yazıb:

    Gülə-gülə Rasət bəy! Cavabınıza ehtiyac yox idi, heç cavab verə də bilməzsiniz, bütün bu kimi işlərə niyə qol qoyulduğu mənə onsuz da bəllidir. Yoxsa Sizə nə düşmüşdü başda İran olmaqla bütün dünya ölkələrinin, beynəlxaq təşkilatların, bir kimsənin belə danmadığı, müzakirə mövzusu eləmədiyi “Güney Azərbaycanı” faktorunu danasınız, adının çəkilməsini yasaqlayasınız? Fatihəyə tələsməyin,bu ölkənin də başını qaldırdığı vaxt olacaq. Fatihə getdiyiniz yerdə karınıza gələr, özü də çox.


  10. hadi qaraçay adlı istifadəçi, İyul 8, 2008 tarixində, saat 14:54 yazıb:

    sayın Aslan bəyin yazdıqlarının ən son bölümündə gələn “başda İran olmaqla…”bax sözün gerçəyi burdadır.Rasət pirisoy bir başa İran islam respoblikasının siyasətini təbliğ edir.onun yazı dili belə bu mollaların dilidir.Güney Azərbaycan termini İran rejiminin gözünü oyan ,yuxusunu pozan bir termindir.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: