Cavanşir YUSİFLİ
“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
Hümmət Şahbazini uzaqdan tanıyıram. Şeirlərini oxumuşam. Müxtəlif saytlarda (ilk dəfə Məsiağa Məhəmmədinin irfan.azeribloq.com bloqunda) və onun şəxsi bloqunda. Müşahidələrimə görə, Hümmət Güney Azərbaycan şeirində gedən proseslərin simvolik deyil, qabarıq bəlirtisidir, məlum səbəblərə görə Güney Azərbaycan poeziyasında müşahidələr aparıb dəqiq bir proqnoz qoymaq, aparılan təhlillərin sonucunda dəqiq ayrıntıları olan nəticəyə gəlmək mümkün deyildir. Davamı…
“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
qarşımı kəsdi qız gəlin
yolarkən saçlarını
evimiz yıxıldı
dedilər: anamız öldü
soluma baxdım gülümsəyərək
- bu da unudular
unudular hərşey dedim-
dedim Davamı…
Xəzərin dostları
Yaradan «ol» deyəndən bəri yer üzünün dəniz məxluqları bir yerə toplaşmağa heç cür macal tapmırdı. Həsrətdən cana gələn Xəzər daha dözə bilməyib özünə yaxın dənizləri başına yığıb onlarla hal-əhval tutmaq, dərdləşmək istədi. Söz yox ki, Xəzərə tökülən çaylar ona dostlarından ara-sıra xəbərlər gətirərdi. Xəzər də təbriklərini, başsağlıqlarını balıqların köməyi ilə tez bir zamanda dost ünvanına göndərib onların sevinclərinə və yaxud da kədərlərinə şərik çıxardı. Balıqların bu çevikliyi Xəzərin keyfini yaman açırdı. Davamı…