“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
qarşımı kəsdi qız gəlin
yolarkən saçlarını
evimiz yıxıldı
dedilər: anamız öldü
soluma baxdım gülümsəyərək
- bu da unudular
unudular hərşey dedim-
dedim
içirdik hıçqıra- hıçqıra
tutarsız düşmüşdük xaraba bucağında
birisi ürəyinizdəkinin
sizə xəyanət edənlərin sağlığına
deyə sıpqardı
sağıma baxdım gülümsəyərək
- bu da unudular
unudular hərşey -
dedim
bizi qulaqladılar
əlimizdə elan bildiriş
hərnəyi dandım
yıxdım dostların başına
yoxsa məni də düzəldəcəydilər
polislər
dustaqdakılardan xəbərim yox
qarnımla qarın altında baş açammıram
bir gün uşaqkən
qəbristana düşən topumu götürürdüm
qarşımı kəsdi iki uşaq
birisi oğlan
birisi qız
şalvarımı çıxardılar
şalvarlarını
köynəyimi
köynəklərini
hər nəyimi
hər nələrini
dombalıb baxdıq üçünün də düz içinə
çöp də uzatdıq
qız dedi: ay qız
25 il
35 il
nəm nə mənə 5 il
sonra qarşılaşsaq
unudacağıq
utanmayacağıq
biz parkadıyq
hopur gözlərimə ağbirçək bir qızcığaz…
…utanırıq
- bəzi şeylər var
unudulmur bu həyatda
***
görəsən xoşbəxt olacağammı?
abırlı bir iş tapacağammı?
yaxşı evim luks bir arabam olacaqmı?
o qız zəng vuracaqmı?
yenə də barışacağıqmı?
borclarımı ödəyəcəmmi?
(keçir gözlərimdən qara yazı)
- lütfən işinizi bitirdikdən sonra bir aftafa su tökün
« Ülviyyə Heydərova. Hekayə. | Əsas səhifə | Hümmət Şahbazinin şeirləri, yaxud “DİŞİMDƏ BOĞULAN HARAY” »
Yazıya səs verin
Şərhlər
Bu yazı Cümə, İyul 4th, 2008 tarixində 11:13 radələrində Güney Azərbaycan bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 









Raset Pirisoyu adlı istifadəçi, İyul 4, 2008 tarixində, saat 14:31 yazıb:
Bilmirəm, nə səbəbəsə, mənə elə gəldi ki, Düman Ərdəm Azərbaycan ədəbiyyatından daha çox «Alatoran» jurnalını oxuyur.
Bəlkə səhv edirəm.
Stilyaqa adlı istifadəçi, İyul 4, 2008 tarixində, saat 17:29 yazıb:
Gaqashin seirlerinden ufunet iyi gelir.
Oxudugca bogulursan.
Qadjiyev adlı istifadəçi, İyul 5, 2008 tarixində, saat 00:51 yazıb:
Insani bele tehqir elemek neye lazimdi?? Bogulursunuzsa oxumayin.. ve ya əleyhiqaz geyinin…
Muellife ugurlar…
Şahanə adlı istifadəçi, İyul 5, 2008 tarixində, saat 14:34 yazıb:
Bəyənə bilmədim…
Gunay adlı istifadəçi, İyul 8, 2008 tarixində, saat 03:19 yazıb:
yazanda siz ne qeder eziyyet cekmishdinizse coxuyanda da men o qeder zulm chekdim
Sisi adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 13:29 yazıb:
Men beyendim.Mene de ele geldi ki yazar daha chox Alatoran oxuyur.Sheir sade olsa da chox icden yazilmish teessurati bagishladi mene.Bir az Akshinin uslubunu xatirlatdi.Ugurlar…