Onun fikirləri
Bilmirəm nə səbəbdən son vaxtlar yaman hekayə yazmaq həvəsinə düşmüşəm. Hər şeyin səbəbi var, ancaq mənim hekayə yazmağıma tutarlı bir səbəb tapa bilmirəm. Amma yaxşı anlayıram ki, indi kitab oxumaq dəbdə deyil: bunun da səbəbi odur ki, ya yaxşı kitab yazmırlar, ya da oxumaq dünyagörüşünü artırmaq, bədii zövqü gözəlləşdirmək vasitəsi kimi artıq sıradan çıxıb. Mənim hekayə aludəçiliyimdən xəbər tutan bir dostumsa bütün bunların «bir qara qəpiyə də dəymədiyini», «əhəmiyyətsiz» yaradıcılıqdansa «perspektivli» işlərlə məşğul olmağımı məsləhət gördü. Davamı…



Bölmə: 





