Qaynar xəbər portalı

Kitab dünyası


Ramin Cahangirzadə“Güney Azərbaycan Ədəbiyyatı” həftəsi

Özümü öldürəcəm!

Sabah günəş doğmamışdan
Hamı yuxuda olarkən
Özümü öldürəcəm!
Ağlayanım olmayacaq
Kəfənə bükülməyəcəm
Tabuta girməyəcəm
Qəbrə soxulmayacam
Öz meyitimin üstündə əyləşib
Doyunca güləcəm
Qıçlarımdan yapışıb
Bir qatil kimi
Özümü sürüyüb
Kəndimizin çürük çinarının
Dibində basdıracam!
Özüm-özümə yasin oxuyacam…!
Qolu güdə köynəyimlə liy şalvarımı
Geyindirəcəm lümbələn-lüt olan ruhuma.
Boşlayacam başına,
Harda sümsünür, sümsünsün…!
Lap getsin Amerikaya…
İstəsə lap oxuya bilər,
Fars mahnılarını
Los-Anclesdəki showlarda da…!
Mənə nə!!
Ya da,
Saçlarını kirpi kimi darayıb
Özünü hər modaya salarkən,
Hər hansı barda istəsə
Oynaya bilər lambada hər kimlə
Mənə nə!!
Yox əyər
Bu merətə qalmış
Cismimin üstündə oturub
matəm tutursa
onda qəbirdən xortlayıb
qolu güdə köynəyimlə liy şalvarımı
ruhumdan soyundurub geyinəcm
hər hansı yerə istəsəm gedib
hər oyundan çıxacam…!
Kimə nə!!

şeirlərdə dəlilər

1

-Ha!
Ha!
Ha!
-Ho!
Ho!
Ho!
-Hə!
Hə!
Hə!
Burası dəlixanadır
Onlar bizə gülürlər
Çıxarımız olmadı
Dəli olmağa

2
Mən çoxdan
Dəli olmuşam
İnanmasan
Nəbzimi tut!
Lap dəli kimi vurur

3

Bir dəli aya baxırdı…!:
- günəşin sufatı niyə belə olub?!- deyərkən düşünürdü…!
- dəli olubsan! O günəş deyil ki,
Tanrının çıraq qüvvəsidir- o biri dəli ona deyirdi.

4

Ağıllı meydana düşdü
Atı olmadı çapmağa
Dəli oldu

5

Dəli, dalğalara
Daş atdı
Dalğalar diksindi

6

Dəli,
Kəsilmiş ağacın üstünə çıxıb,
Parkda mitinq qurmuşdu:
- hey ağaclar!
Məni dinləyin!
Qurusaz da,
Öküz günəşə baş əyməyin!

7

Dəli bazar günü
Bazarda gəzirdi
Bazar etdilər

8

Dəli fışdıraq çaldı…!
Sürücülər bir-birilə toqquşdular
Dəli oldular
Bir-birinin canına düşdülər

9

Məni dəli sanıb
Dəlixanalara baş vurmayın
Mən tam azad bir dəliyəm
İnanmasaz…
Bütün dəlixanalara zəng açın!

10

Dəlinin dayanmadan
Təkrar etdiyi sözlərdə
Təkrarsız bir anlam yatıb!

11

- niyə susursan?!- Dedilər mənə.
- susmaq dəlinin son
silahıdır…!- dedim.
Məni dindirməyin lütfən!
Susmağa silahlanmışam…!

12

Sarımağa bir adam tapmayan dəli
Səfehləri sarımağa başlayır…!

13

Ölməyə min – bir bəhanəsi olan dəli
Yaşamağa bir bəhanə axtarır…!

14

Buraxın!
Yaxamı yırtmayın!
Böyütməyin məni!
Dəlinin biriyəm
Saz havasını unutmuşam
Caz havasıiyla
Rep oynayıram!
Maykel Jakson da mənə qısqanır…!

Mən hələ diriyəm

Arxamca ağaclar
Dik dayanıblar
Kəsilmiş kötüyün
Arxasında gizlənmişəm…!
Xəzəllərin üstünə sərilmişəm
Nəfəsimi uduram
Tərpənmirəm
Tək gözlü izləyirəm,
Heç nədən xəbəri olmayan dovşanı
Qarışqalar bədənimə daraşır
Qulağıma dolur
Dik atılıram
Barmaqlarımı qulağıma salıram
Ayağa qalxıb silkələnirəm
Qarışqalar dişləyirlər
Hər yanımı…!
İzlədiyim dovşan baş götürüb qaçır
Mən hələ diriyəm
Bu sovxaya qalmış qarışqalar
Adamın ölüsünə-dirisinə də baxmırlar…!






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, İyul 6th, 2008 tarixində 10:55 radələrində Güney Azərbaycan bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

11 şərh var


  1. Novarg adlı istifadəçi, İyul 6, 2008 tarixində, saat 16:31 yazıb:

    Allah rehmet elesin, Guney Azerbaycan edebiyyatina…


  2. mirzaga adlı istifadəçi, İyul 7, 2008 tarixində, saat 23:14 yazıb:

    ayaqlariniz agrimasin
    allah sizin de dede babaniza rehmet elesin
    deden oldu rehmetlik


  3. cinara adlı istifadəçi, İyul 8, 2008 tarixində, saat 07:09 yazıb:

    ela sherlerdir. xosuma geldi.oxuyub dinceldim.muellife uqurlar arzulayiram.nehayet ki…


  4. Raset Pirisoyu adlı istifadəçi, İyul 8, 2008 tarixində, saat 11:55 yazıb:

    Sevinrəm ki, həfətə çərçivəsində təqdim olunan şairlərin, ötəri istisnalar nəzərə alınmazsa, heç biri bizdə olduğu qədər biri - birinə bənzəmirlər. Bu da öz növbəsində belə düşünməyə əsas verir ki, İran Azərbaycanı şairlərinin böyük əksəriyyətinin yaşadığı mühit bir - birindən ciddi fərqlənir, bu onların mövzularına da təsir göstərir.
    Amma bu şeirlərin hamısı azərbayancanlı şeirdridir.
    Bu şeirlərin bəlkə də böyük əksəriyyəti mühacirətdə yazılıb.
    Bu baxımdan Ramin Cahangirzadənin şeirləri özünəməxsusluğu ilə mənim yadımda qaldı. Elə bilirəm Ramin bəy dəlilik müstəvisində öz axtarışlarını pis təqdim etmir və bu «dəlilik» anormal cəmiyyədə yaşayan insanın əhval - ruhiyyəsini yaxşı açır. Doğrudur, bu yanaşama təzə deyil. Amma etirf etmək lazımdır ki, Ramin Cahangirzadənin təqdimatında özünəmxsusudur, başqa sözlə, bu şerlər acərbaycanlı şairin şeirləridir.

    Ramin Cahangirzadəni nə qədər haqlı olduğunu başa düşmək üçün heç də uzağa getmək lazım deyil, Azərbaycanın bir parçası olan Kultazı nəzərdən keçirmək kifayətdir.

    P.S. Mən cənublu qardaşlarmıza üz tutub bir məsələyə də aydınlaq gətirmək istəyirəm, onlar burdakı mübahisələrə görə darılmasınlar, biz onları çox sevirik, azərbaycanlılar çox nəhəng bir regionun ən böyük xalqıdır (İran onun bir parçasıdır), ən böyük parçalanmaya da Azərbaycan xalqı məruz qalıb, bu parçalanma təkcə ərazi məsələsi ilə məhdudlaşmır, daha faciəvidir və daha dərindir, ona görə də regionda böyük dövlətlər məhz azərbaycanıları nəzarətə götürməyə, xırda xalqları azərbaycanlalırla üz - üzə qoymağa çalışırlar.
    Məğlubiyyətlərimizdən nəticə çıxaraq.
    Azərbaycanlalar Azərbaycanı növbəti Əfqanstana döndərməyə imkan verməməlidirlər.


  5. hadi qaraçay adlı istifadəçi, İyul 8, 2008 tarixində, saat 14:33 yazıb:

    sayın Rasət bəy
    uzun illərdən sonra sizin güney azərbaycanı İran azərbaycanı adlandırdığınız,ədəbi ictimaiyətimizdə yeni səsdir.Güney Azərbaycan termini öz yerini çoxdan açmışdır.Azərbaycanın ikinci Əfqanistan olmaq fikri yoxdur ancaq İran rəsmilərinin işlətdiyi hədələr bizi düşündürmür
    sizə uğurlar


  6. Raset Pirisoyu adlı istifadəçi, İyul 9, 2008 tarixində, saat 01:25 yazıb:

    Hadi bəy,

    Dünyanın heç bir yerində heç bir normal xalq öz müqəddaratı uğrunda mübarizəni sıfırdan başlamır.
    Mövcud olanları nəzərdən keçirib öz işini bunun üzərində qurur.
    «Cənubi Azərbaycan» anlayışı hüquqi anlayış deyil, təbliğata hesablanmış anlayışdır, keçmiş SSRİ-də bu kimi anlayışlarlardan təbliğat vasitəsi, başqa dövlətləri təzyiq altında saxlamaq mexanizmi kimi istifadə edirdilər.
    Bunu ermənilər hamıdan tez başa düşdülər, Azərbaycan SSR-nin ərazisində DQMV-ti yaratdılar.
    İranda da Azərbaycan adlı dövlət strukturları var.
    İranda heç bir qüvvə Azərbaycan adını İranın üzərindən götürə bilməz, götürmək iqtidarında olmayıb və heç bir vaxt da olmayacq
    Ən nəhayət, əgər biz öz xalqımıza acıyırıqsa (o cümlədən başqa xalqlara), ürəyimiz ağrıyırsa, ərazi uğrunda mübarizəni əhali uğrunda mübarizənin, başqa sözlə Azərbaycan uğrunda mübarizəni azərbaycanlılar uğrunda mübarizənin üzərinə keçirməliyik.

    Bu bizə ona görə lazımdır ki, azərbaycanlılar təkcə İranda yaşamırlar, həm də qaçqındırlar, məcburi köçkündürler, mühacirdirler.

    Və bütün bunları oxuyandan sonra Sizin də ürəyinizdən fatihə eşitmək keçirsə, mən Sizin qulluğunuzda hazır.


  7. hadi qaraçay adlı istifadəçi, İyul 9, 2008 tarixində, saat 10:22 yazıb:

    Rasət bəy
    birincisi,Cənubi Azərbaycan deyil,Güney Azərbaycandır.
    ikincisi:
    sizə yazıqlar olsunda , Hadi Qaraçay fatihəyə ınanmır.Sənə gərəkirsə oxuyanını mən tapım.Pulunan fatihə oxumaq indi bir məsləkdir sən yaxşı bilərsən.
    üçüncüsü:
    siyasi izahatınızı isə iran əmniyət müdürlüyündən illərdir eşidirik.Heç bir ad öncə siyasi və hüquqi status qazanıb yaranmır,öncə yaranır və sonra bu statusları qazanır.Güney Azərbaycan termini Azərbaycan ikiyə bölünən gündən yaranıb,və bu ikiyə bölünmüş torpaqlar birləşdikdən sonra siyasi və hüquqi statusunu itirəcək,ancaq tarixi statusu Azərbaycan tarixindən silinməyəcək.
    Rasət pirisoyun hansı donda olmasına baxmayaraq,hansı metodla işləməsinə baxmayaraq mən hadi qaraçayda kəsin bir düşüncə yaratmışdır:
    “Bu adam kim olur olsun,nə dildə danışır danışsın,önəmli deyil.Önəmli olan bu adamın Güney Azərbaycanla ilgili fikirlərinin istiratejik açısının , İran islam respublikasının istiratejisinin açısıyla eyni dabanda firlanmasıdır.”Başqa sözlə cənab Rasət pirisoy: sənin dediklərin sənin deyil.İran rəsmilərinin dedikləridir.Bunu bilməynlər də ola bilər.Örnək üçün Rasət bəyin özü.Eləysə bilsinlər.
    sənə xoş yuxular Rasət bəy


  8. Raset Pirisoyu adlı istifadəçi, İyul 9, 2008 tarixində, saat 13:57 yazıb:

    Sən heç fatihəlik də deyimişsən ki…
    Elə bilirəm, bundan sonra sənə və sənin kimlərə baş qoşmağa dəyməz.


  9. hadi qaraçay adlı istifadəçi, İyul 9, 2008 tarixində, saat 17:37 yazıb:

    Yuxun şirin olsun Rasət bəy


  10. guler_miryahya adlı istifadəçi, İyul 9, 2008 tarixində, saat 22:23 yazıb:

    Beyenmedim.Bezmishem eyni fikirleri oxumaqdan.


  11. manus adlı istifadəçi, İyul 10, 2008 tarixində, saat 13:26 yazıb:

    diyesen qara qazan meselesini araya qoymaliyiq!!!!
    pah atonnan!!!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: