Qaynar xəbər portalı

SSRİ xalq artisti, məşhur kinoaktrisa Nonna Mordyukova 83 yaşında vəfat edib. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən aktrisa bu səhər Moskva xəstəxanalarından birində dünyasını dəyişib. Qeyd edək ki, Nonna Mordyukova “Gənc qvardiya”, “Balzaminovun evliliyi”, “Ana”, “Brilyant əl”, “İki nəfər üçün vağzal” və başqa filmlərində unudulmaz obrazlar yaradıb. Böyük Britaniyada nəşr olunan “Kim kimdir” ensiklopediyasının Redaksiya Şurasının qərarı ilə Nonna Mordyukovanın adı 20-ci əsrin ən görkəmli 10 kinoaktrisasının siyahısına daxil edilib. //APA


1İdman və Gənclər Nazirliyinin dəstəyi ilə Bakıda ikinci gündür ki, IV müəllif mahnı festivalı keçirilir. Əlbəttəki, festivalın açılışı böyük güc tələb edib. Festivalın ilk günü saat 21:30-da başlayıb, səhər 7:00-a qədər Atəşgahda davam edib. Bu gün isə məhz Yuriy Loresinin adı Rəşid Behbudov adına Mahnı Teatrına çoxlu sayda tamaşaçı auditoriyası toplayıb. Davamı…


Ömrü represiyalarda keçən şair

Bölmə Bölmə: Ədəbiyyat |Comments Off

2Bakıda Ukrayna mədəniyyəti günləri keçirildi, məşhür şair Taras Şevçenkonun heykəlinin açılışı oldu, dost ölkənin incəsənət xadimləri konsertlər verdilər. Düşündüm ki, tanınmış şair Vasil Stus barədə yazını azərbaycanlı oxuculara təqdim etmək yerinə düşər.

Oğuldan ataya

GUAM yazarlarının Bakı görüşləri olmasaydı və bu görüşlərdə məşhur Ukrayna şairi Vasil Stusun oğlu, “Kiyevskaya Rus” jurnalının baş redaktoru Dimitro Stusla görüşməsəydim, bu yazı da alınmayacaqdı. Davamı…


KultAz: İyulun 11-də məşhur alman rejissoru Fayt Helmerin quruluşunda lentə alınmış “Absurdistan” filminin Bakıda premyerası keçiriləcək.
Filmin süjet xəttini Asiya və Avropa arasında, naməlum bir yerdə sehrli Absurdistan kəndində baş verən hadisələr təşkil edir. Kəndin ən böyük dərdi su problemidir. Kəndin qadınları üçün isə ən böyük problem vəziyyəti dəyişmək üçün barmaqlarını belə tərpətməyən tənbəl kişilərdir. Davamı…