İdman və Gənclər Nazirliyinin dəstəyi ilə Bakıda ikinci gündür ki, IV müəllif mahnı festivalı keçirilir. Əlbəttəki, festivalın açılışı böyük güc tələb edib. Festivalın ilk günü saat 21:30-da başlayıb, səhər 7:00-a qədər Atəşgahda davam edib. Bu gün isə məhz Yuriy Loresinin adı Rəşid Behbudov adına Mahnı Teatrına çoxlu sayda tamaşaçı auditoriyası toplayıb.Nijne Novqoroddan festivala təşrif buyurmuş tanınmış bard ulduzu Andrey Ofiserov Yuriy Lores haqqında bunları söyləyib. «Yuriy Lores bu gün Rusiyada ən tanınmış müəlliflərdəndir. Onun haqqında çox danışmaq istəmirəm. Məncə siz özünüz onun musiqilərini dinlədikcə hər şeyi başa düşəcəksiniz».
Yuriy özü əslən bakılıdır. Müəllif mahnıları kulubunun üzvüdür.
«Dünən ki, konsert doğurdan da unudulmazdır. Birincisi ona görə ki, festivalın ilk günü Atəşgahda təşkil olundu. Çıxışlar çox gözəl və ürəyəyatan keçdi»,-açılış haqqında olan təssuratları ilə A. Ofeserev bölüşür.
On yeddi illik fasilədən sonra Yuriy ilk dəfədir ki, Bakıya gəlib. «Eşitmişəm ki, gələn il müəllif mahnı klubunun 35 illiyidir. Artıq indidən bü günü səbirsizliklə gözləyirəm. Bakıda müəllif mahnı klubunun fəaliyyəti məni çox sevindirir. Bizim hamımızı bir araya topladığına görə Cavid İmamverdiyevə dərin təşəkkürümü bildirirəm. Klub bütün dünyaya səpələnsə də buna baxmayaraq o mövcuddur»,- deyən A. Ofiserev bu sözlərlə fikrini tamamlayıb.
Konserti klubun prezidenti Cavid İmamverdiyev açıb: «Mən böyük məmuniyyətlə səhnəyə əfsanəvi müğənni Yuriy Loresi dəvət edirəm».
Y. Lores doğurdan da gözəl müğənnidir. O, 70-ci illərin sonunda bir çox müəllif mahnıları festivallarının laureatı olub. 80-ci illərdə DTK tərəfindən onun səhnəyə çıxışına qadağa qoyulub. Buna baxmayaraq Lores tez-tez İsraildə, Almaniyada, Kanadada, ABŞ-da qastrol səfərlərində olur. Bakıda isə ikinci dəfədir ki, musiqisevərləri sevindirir.
Festival sabah Opera və Balet Teatrının səhnəsində davam edəcək. Bu dəfə Aleksandr Barudinin çıxışı gözlənilir. O, bu festivalda çıxış etmək üçün Moskvadan gəlib. // Trend




Bölmə: 








