SSRİ xalq artisti, məşhur kinoaktrisa Nonna Mordyukova 83 yaşında vəfat edib. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən aktrisa bu səhər Moskva xəstəxanalarından birində dünyasını dəyişib. Qeyd edək ki, Nonna Mordyukova “Gənc qvardiya”, “Balzaminovun evliliyi”, “Ana”, “Brilyant əl”, “İki nəfər üçün vağzal” və başqa filmlərində unudulmaz obrazlar yaradıb. Böyük Britaniyada nəşr olunan “Kim kimdir” ensiklopediyasının Redaksiya Şurasının qərarı ilə Nonna Mordyukovanın adı 20-ci əsrin ən görkəmli 10 kinoaktrisasının siyahısına daxil edilib. //APA
« Bakıda bard musiqi festivalı davam edir | Əsas səhifə | “Fərhad və Şirin”in alman versiyası – «Absurdistan» »




Bölmə: 








