“Absurdistan” filminin rejissoru Fayt Helmerin “Kultaz”a müsahibəsi
- Fayt, sizin Azərbaycanda film çəkmək ideyanız Almaniyada necə qarşılandı?
- Maraqlıdır, mən bu fikrimi orada deyən kimi, məni qorxutdular. Bilmirəm, orada belə bir rəy hardandır, amma Almaniyada mənə dedilər ki, bura az qala vəhşi bir yerdir. Dedilər ki, məni burada öldürə bilərlər, soya bilərlər. Amma bura gələndən sonra gördüm ki, Azərbaycan başqa ölkələrdən o qədər də fərqlənmir. Yəni kriminal durumuna görə… Davamı…
«Absurdistan» Azərbaycanda
Artıq iki ilə yaxındır ki, alman rejissoru Fayt Helmerin Azərbaycanın bir neçə bölgəsində lentə aldığı «Absurdistan» filmindən xəbər-ətər yox idi. Xatırladım ki, bu film rejisorun ölkəmizdəki birinci işi deyildi. İndiyə qədər 11-12 dəfə vətənimizdə olan rejissor burada artıq «Xəzər gəlini» adlı qısametrajlı bir flm çəkib. Bu onun ölkəmizdəki ikinci işidir və bu film layihəsinə 16-dan çox ölkənin kino adamları cəlb olunmuşdu. Filmdə yerli aktyorlarımızın da xidmətlərindən yararlanan rejissor filmi bitirəndən sonra Almaniyaya dönmüşdü. Davamı…