Qaynar xəbər portalı

Kitab dünyası


1

dar ağacında
yaşayan görmüsənmi
yarpaq misalı…

***

bir bazar günü
biz üç dost
iki şair bir aktyor
Lider TV-nin yanındakı
kafenin həyətində oturub
yemək yedik allah verəndən
bir az da araq içib
söhbət elədik sərxoşsayağı

gün keçdi…
yoldan maşınlar ötdü
yanımızdan adamlar
içimizdən zaman…

***

uzaqdan gələn
qərib səs kimi
tanıya bilmədim özümü
bu səhər yenə

sanki mənim yox
sığınıb mənə
can verən yad adamın
səsiydi səsim

tanıdın səssizliyimi
doğma səs kimi
doğmam əzizim
zəng edib sənə danışmasam da

sevgidən dogulan sükut kimiyəm

***

işıq-kölgə
gecə-gündüz
xeyir-şər
məhəbbət-nifrət
varlıq-yoxluq
allah-sonsuzluq…
əksimi yarada bilmədim
ölürəm yavaş-yavaş

çay qırağında (şeir-esse)

çay qırağında oturub balıq tutur əmoğlu
tilova ilişib
çaydan təkanla çıxarılan balaca balıqlara sevinir uşaqlar
qarmaqdan ayırıram balıqları
koksündən qoparılan ürək təki çırpınır əllərimdə
təkcə gözləri cansız olur balıqların parıldasa da
zillənir bir nöqtəyə
baxa bilmirəm balıq gözlərinə
açılıb-yumulur agzı
qıyma mənə ağrıyıram – söyləyir sanki

balıq ay balıq buraxsam səni
yerinə yetirərsənmi arzularımı
amma istəyim yaman çoxdu
sən qızıl balıq deyilsən axı
onsuz da
ölümə məhkumsan əvvəl- axır

ovcuma süzülür agrı
ağrıyır əllərim

öz ağrısına sevinən görmüsənmi…

bəzən eyni nöqtəyə dikilir gözlərim
ağrı gözlərimdən keçib beynimdə gəzir
əllərimi alnıma söykəyib yumuram gözlərimi
yavaş-yavaş süzülür barmaqlarıma tədricən azalır
yox olur
yox
yox olmur qayıdacaq yenə də

hərənin öz dogma ağrısı var
əlləri gözləri … ürəyi kimi
özü ilə doğular özü ilə ölər

ürəyim sancır
ağrı xatirələri oyadır xatirələr ağrını
üzür məni xatirələr
sujetsiz filmə bənzər qarmaqarışıq hadisələrlə dolu
yumuram gözlərimi sönür xatirələr
qaralır ekran – filmin sonu titrdə ağrı
qaranlıqla birgə yox olur
yox
yox olmur qayıdacaq yenə də
qonacaq gözlərimə
keçəcək ürəyimə
süzüləcək əllərimə
hər dəfə yenidən yox olur
hər dəfə yenidən doğulur
qəfildən peyda olur
ağrılar gözəl düşmən şəklində

heç öz ağrısına bir azca vurulan görmüsənmi…

şəfəq çökür. qayıdır əmoğlu. torbada ölü balıqlar.
tilova ilişib köynəyi zorla ayırır
“öz tilovuna düşmüsən deyəsən
nə böyük balıq tutmusan əmoğlu”
- zarafat eləyir İlqar xaloğlu
duzlu alınır

axşam. eyvanda oturmuşuq
dağın döşündə yamyaşıl ağaclar
çayda ayın əksi. dayanıb ay güzgüyə baxır elə bil
çay axır axır
apara bilmir amma özüylə ayın əksini
axır eyni səmtə axır axır
elə bircə yolu var o da üzü aşağı

yaşayıram dörd tərəfə tələsə- tələsə
yaşayıram dörd tərəfə azalıram eyni səmtə

yumulur gözlərim…
bir gün sonra bilirsən nələr oldu nələr
ah bir gün sonra
bir gün sonra toyuqlara yem oldu o balaca balıqlar

ali_shirin@mail.ru






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, İyul 11th, 2008 tarixində 20:12 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

5 şərh var


  1. hadi qaraçay adlı istifadəçi, İyul 11, 2008 tarixində, saat 21:20 yazıb:

    sizi ürəkdən qutlayıram.şeirləriniz gözəl ve düşündürücüdür.


  2. scorpion adlı istifadəçi, İyul 12, 2008 tarixində, saat 00:17 yazıb:

    Doğrudanda çox düşündürücü şeirlərdir… Lap krossvord kimi… Xüsusən də “çay qırağında” şeir- essesi… Aydın olur ki, qəhrəman ÜZÜAŞAĞI AXAN DAĞ ÇAYINDAN TİLOVLA balıq tutan əmoğlusunun yanındadır…əmoğlusu tilova düşən XIRDACA BALIQLARI TƏKANLA sudan çıxarıb ona ötürür… balıqların ağrısı qəhrəmanın əllərinə süzülür və… ŞƏFƏQ ÇÖKƏNDƏ o ayılıb görür ki, çayın qırağında əmoğlusunun yanında yox,eyvanda xaloğlusunun yanında oturub,ÜZÜAŞAĞI SÜRƏTLƏ AXAN DAĞ ÇAYINA AYIN ƏKSİ DÜŞÜB və ƏMOĞLUSU BALIQDAN GƏLİR… və burada aydın olur ki, bu gələn qəhrəmanın yox onun xalası oğlunun əmisi oğluymuş…


  3. Çılğın adlı istifadəçi, İyul 12, 2008 tarixində, saat 11:18 yazıb:

    Uğurlarç Əli bəy!


  4. Novarg adlı istifadəçi, İyul 13, 2008 tarixində, saat 00:36 yazıb:

    Kechen sefer hardasa qol boyda 4 dene “shuka” tutdum, hech uzlerine baxan olmadi… Sonradan oyrendim ki, indi baliq yeyilmediyi uchun kilosu, yani, Allah sizi inandirsin, 3-4 babat baliq cemi… 2 manatadir… Dehshet…

    P.S. Alababat sheirlerdir…


  5. Əli Şirin Şükürlü adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 16:16 yazıb:

    sheirlere munasibet bildirdiyinize gore minnetdaram.tenqidi ve yumor hissi ile yanashmaga cehd eliyenlerin de sheirleri diqqetle oxuduqlari hiss olunur.
    hormetle,eli shirin

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: