KultAz: Dünyanın ən nüfuzlu ədəbi mükafatlarından biri olan “Buker”in 40 illiyi münasibətilə təsis edilən “Ən yaxşı Buker” mükafatına oxucular tanınmış yazıçı Salman Rüşdinin “Gecəyarısının uşaqları” romanını layiq bilib.
Mükafatın tarixində ilk dəfə münsif kimi oxucular çıxış edib. Qeyd edək ki, namizədlər siyahısında Rüşdidən əlavə daha 5 yazıçı var idi.Mükafatın Londonda keçirilən təqdimat mərasimində yazıçı özü iştirak edə bilməyib. Buna səbəb yazıçının ABŞ-da səfərdə olması olub. Bununla belə, təqdimatda yazıçının təşəkkür məktubu oxunub.
Onu da xatırladaq ki, Salçan Rüşdi İslam aləmində daha çox “Şeytan ayələri” romanının müəllifi kimi tanınır. Romanda İslam dininin təhqir edildiyini deyən İran İslam Respublikasının keçmiş dini lideri Xomeyni yazıçıya qiyabi ölüm hökmü çıxarmışdı. Yazıçı uzun illərdir ki, qoruma altında yaşayır.


İyl
11
Oxucular “Ən yaxşı Buker”ə Salman Rüşdini layiq bildi
Bölmə: Xəbərlər |
Göndər
|
Çap et
| 112 oxunma 








