Pianoçu-bəstəkar, cazmen Şahin Növrəsli Azərbaycanda konsert vermək istəmir. Bu barədə Şahinin özü məlumat verib: «Ötən il xalq artisti Alim Qasımovla birgə verdyimiz konsertin əsk-sədası hələ də böyük rezonans doğurmaqda davam edir. Amma növbəti konsert proqramı çıxış etməyi düşünmürəm. Çünki, yeni layihəni ərsəyə gətirməkdən ötrü, mütləqdir ki, hansısa sponsor şirkətlərinin qapısını döyəsən. Bu da mənim təbiətimə zidd olan bir şeydir. Caz musiqisini sevənlər qoy bu üzücü anonsumdan gileylənməsinlər. İndi qarşımda bir məqsəd var. O da Azərbaycan musiqisini dünyada layiqincə təqdim etməkdir. Yaxın və uzaq xaricdə konsert proqramı ilə çıxış etməkdən ötrü konkret təkliflər də almışam. Yayın sonlarına yaxın bu təkliflərdən bir neçəsini dəyərləndirməyə çalışacağam. Turne xarakteri daşıyacaq tədbirlərin planı hazır olandan sonra, mediaya daha dəqiq məlumatlar verəcəyəm». // Trend
« Rəşad Məcidin hekayəsi Litva dilində nəşr olunub | Əsas səhifə | Rasim Qaraca Kipr şeir festivalından qayıdıb »




Bölmə: 








