Qurban Yaquboğlu
Məmməd Nazimoğlunun öləcəyini o, Türkiyəyə getməzdən qabaq bəlkə də dostlarının hamısı bilirdi. Daha bundan sonra gizlətməyə heç ehtiyac yoxdu. Onun yaxın dostu, hər gün, günaşırı, həftədə, ayda bir dəfə çevrəsinə yığışan insanlar sırasında olmaya-olmaya bu xəbəri mənim qulağım almışdısa, deməli, bundan çoxları xəbərdarıdı. Üzr diləyirəm, bizdə qəribə bir “ölüm riyakarlığı” var. Guya bəzi səthi, səmimiyyətdən uzaq hərəkətlərimizlə ölüm ayağında olan və ya artıq dünyadan köçmüş insana hörmət eləyirik.Məmməd müəllim Türkiyəyə müalicəyə (ya müayinəyə - nə bilim?) yola salınmamışdan qabaq Moskvaya göndərilmiş analizlərindən bəd və ümidsiz cavab gəlmişdi. Bundan sonra onun Türkiyəyə göndərilməsi sırf humanitar xarakter daşıyırdı – bəlkə ömrünü bir az uzatdı, bəlkə, imanım Allah amanatı, ömründən kəsdi.
Yadımdadı, dostlardan biri zəhrimar analizlərin Moskvadan gəlmiş kədərli cavabını mənə deyəndə, dərhal telefona əl atdım: Məmməd müəllimlə danışmaq istəyirdim.
Son illər, daha doğrusu, son bir neçə ayda onunla yaman mehribanlaşmışdıq; indi başa düşürəm ki, bu, ölümqabağı əlamət imiş. O, “GÜN səhər”ə yazdığı köşələrin az qala hamısında mənə “Qurban əmioğlu” deyə müraciət eləyirdi. Məmməd müəllimlə “Aydınlıq” qəzetində bir yerdə işləyəndə bir kərə möhkəm pərtləşmişdik, ondan sonra onun bütün mehribanlığını bir yerə yozurdum, düzü: Mənim könlümü almaq istəyirdi.
Hə, mən telefona əl atıb nə illah elədimsə - Allah haqqı! – onun nömrəsini yadıma sala bilmədim. Halbuki “GÜN səhər”ə yazdığı hər köşəyə görə gündə ən azı iki-üç dəfə zəngləşirdik. Özü də onun Söz Azadlığını Müdafiə Fondundakı nömrəsini mən 2004-cü ildən əzbərləmişdim. Heç yada salmağa da ehtiyac yox idi.
Nəhayət, bir nömrəyə zəng çaldım. Sonradan bildim ki, həmin nömrə mənim başqa bir küsüşdüyüm tanışımındı. Bunu sonradan bildim, çünki heç həmin nömrədə də dəstəyi qaldıran olmadı.
Mobil telefonunun nömrəsini isə, eşitdiyimə görə, dəyişmişdi.
Beləcə Məmməd müəllimlə əlaqə kəsilmişdi. Artıq ondan, ordan cavab gəlmirdi.
Sonradan biz – “GÜN səhər” qəzetinin bir neçə əməkdaşı Məmməd müəllimə elə ofisindəcə dəyməyə getdik. Dəqiq yadımdadı, Türkiyəyə uçmazdan bir gün – bir neçə saat öncə. Günortaüstü getmişdik, gecə uçasıydı.
Ofisə getdik, otaqlar tünlük idi, qapını bir xanım açdı. Bəlkə Məmməd müəllim bir balaca bizdən utandı, elə biz də bir azca utanan kimiydik. Dedi, gedək yaxınlıqda çayxana var, ora.
İnanın, elə beləcə oldu. O, haqq dünyada, mən yalançı dünyada. Hətta çayxanada çay pulunu da o verdi, özü də mürəbbəli çay içmişdik. Halal elə, Məmməd müəllim, mən indi burda həmin mürəbbəli günü yadıma salıb ağlayıram.
Çünki əslində nə ölüm ayağında olan bir insan bizi ofisdə qarşılamalıydı, nə çayxanaya getməliydik, nə yalandan lətifə danışmalıydıq, nə həmin gün o cür günəşli olmalıydı, nə çayçının gətirdiyi mürəbbəni heç nə baş verməyəsi kimi qaşıqlayıb mədəmizə ötürməliydik, nə də… Bütün bu quruluş ona görə qurulmuşdu ki, bir insan min il sonra da həmin çayxananı yada salanda ağrısın, ağlasın, ağı desin.
Həmin gün mən Məmməd müəllimin bir həqiqətini beynimə həkk elədim: Məmməd müəllim tək-tənhaydı. Çox qəribədi, çayxanada sözü hərləyib-fırlayıb bir məqama gətirdim - onun ətrafındakı mənim də tanıdığım çoxsaylı dostlardan birini, Mehdi Mükərrəmoğlunu soruşdum. Bilmədim niyə.
-Mehdi müəllim neynir? – belə bir ümumi sual verdim. Cavab yadımda qalmayıb, çox güman ki, ənənəvi zarafatyana bir söz eşitmişəm.
Bəlkə niyyətim Mehdi müəllimi soruşmaq deyildi, bu adın altında tamam başqa adamların harda olduğunu, niyə gizləndiyini bilmək istəyirdim, hə?..
Düzünü deyəcəm: Bilmək istəyirdim! Adamı belə tək qoymazlar axı. Özü də serrozla təkbətək!
Adamı belə yola salmazlar. Mən öləndə belə eləməzsiz.
O, Türkiyədə olanda redaksiyadan hərdən ona zəng vurub hal-əhval tutur, yalnız rəqəmli düymələri tərpətməkdən ibarət bir əziyyətə qatlaşmaqla işimizi bitmiş sayırdıq. Bütün bunlar öz yerində. Ancaq daha bir “dost”un orda Məmməd Nazimoğlunun adından maliyyə canfəşanlığında bulunması kimi artıq və mənasız bir hərəkəti də qeyd eləməklə bu tragediyanın növbəti epizoduna adi bir nöqtə qoyuram.
***
Başa düşmədim, Məmməd müəllimin Bakıda üçü verilən gün qəfləti küləkli yağış təbiət hadisəsiydi, yoxsa bunu mütləq harasa yozmaq gərəkdi? Yozursunuzsa, siz özünüz yozun. Mən yalnız bircə mətləbin üstə əl qoymaq istərdim: Bəlkə həmin yas məclisinə o, bu yolla etiraz edirdi və bəlkə dünyasını dəyişmiş insanın belə bir fövqəlvasitədən istifadə imkanı və hüququ olur?
Yaxşı, bəs Elmlər Akademiyası metrosuna niyə uzun növbə yaranmışdı? Yasa tələsirdim, di gəl, metroya düşə bilmədim…
…Sonra biz bir neçə jurnalist köməkləşib onun evini, daha doğrusu və daha dəqiqi, evinin qənşərində, həyətdə qurulmuş yas mağarını tapdıq. Mən mağarın içərisində İlham Abbasovdan Məmməd müəllimin oğlunu soruşdum. Buralardadı dedi, sarıpencəkli oğlandı.
Təəssüf ki, Məmməd müəllimin oğluyla, daha doğrusu, Allah saxlamış üç oğlundan biriylə ilk dəfə burda görüşürdüm. O, hərdən oğlanlarından danışmağı xoşlayırdı – indi danışmasın, birini lap istedadlı sayırdı. Bəlkə də elə bu idi. Daha nə deyəsən? “Allah rəhmət eləsin”dən başqa.
Allah rəhmət eləsin! Üzümü göylərə tutub deyirəm…
« Hüseyn Cavidin cənazəsinin qalıqları Azərbaycana necə gətirilib? | Əsas səhifə | Rəşad Məcidin hekayəsi Litva dilində nəşr olunub »
Yazıya səs verin
Şərhlər
Bu yazı Şənbəi, İyul 12th, 2008 tarixində 11:24 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə:









Rebiqe adlı istifadəçi, İyul 13, 2008 tarixində, saat 20:53 yazıb:
Allah rehmet elesin…
Memmed muellim tek qalmaga layiq adam deyildi, o hech kesi tek qoymurdu…
Hamimiz ozumuzu gunahkar hiss edirik… hamimiz…
tofig abdin adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 09:26 yazıb:
sevgili gurban yaguboglu
cok gozel yazilmis bir yazi aci hegigetlri bir basa ifade eden bir yazi amma her olumun icinde bir yasamak umudu her zaman olmus biz allahla allahlik ede bilmerik ama serozu yaradan amilleri gecikdire bilerik memmed bey hegigetnmi serozdan oldu ( vefat etdi) bunun cavabi zor onun seroza tutulacak bir yasam terzi olmusdumu
eninde sonunda yazin aci hegigetlri iceren bir yazi
tofig abdin
Qurban adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 10:59 yazıb:
Məmməd müəllim serrozdan ölmədi, Tofiq dadaş, onun əcəli başqa yerdən gəldi… Şirvanda belədi. Böyük adamların ciyəri şişir. Sabirin son rübasisi yadına düşürmü: “…Başladı şişməyə indi üzü qarə ciyərim”.
Və həmin rübaidə bir ifadə də var: “Bəxti-mənhusimə bax…”
Sabirin də bəxti gətirməmişdi
kebuter adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 13:50 yazıb:
Qurban yazini oxuyanda men de sene qoshulub aqladim Memmed muellimi biz oldurduk dushunurem bizim laqeydliyimiz ozunu ishiq kimi payladi ama ozune bir shua qiyan olmadi ne yaxshi hec olmasa sen ferqindesen insani bele tek qoymaq olmazdi biz onu cox tenha buraxdiq deyirsen pertleshibmishsiz ama sen ona cox doqmaydin ele men de sen ki bilirdin indi olmasin demesem incimezsen mence onun sevdiklerini men de cox isteyirdim olumu de doqmalashdirdi mene
tofig abdin adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 14:23 yazıb:
gozel kebuter xanim
ama sabir bir xeyli yasamisdi men bilen
her olumu siyasilesdirmek merezi hardan cixir
bir az da oz icimize baxag gozel xanim
tofig abdin adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 14:31 yazıb:
kebuter xanima cavaba
duzelis
vallah sabir cox goca gorunur sen deme o da 1862-de dogulub 1911-de olmus
Qurban adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 15:02 yazıb:
Siyasət? Nə siyasət? Kim burda siyasət dedi?
orman adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 17:10 yazıb:
Məmməd by reaksiyalara baxsaydı, dözməzdi….
Bir də: müstəbidlər başa düşmür şairləri,
o zaman ki, başa düşür, fərman verir ölümünə…
Qurban, Qulu, Laura xanım, bir də Məsiağa müəllim (ses.azeriblog.com)çox gözəl yazılar yazıblar. Onları da oxuyun…
Ryabina adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 17:57 yazıb:
Şəxsən tanımaq imkanım olmasa da, Məmməd Nazimoğlunun yazılarını imkanım olduqca oxumuşam…
“…həyat, qardaşlarım, çox sürətlə dəyişir. Hərdən adama elə gəlir ki, Yer kürəsi də sürətini artırıb…”
“Nə deyim, necə deyim, hansı təhərlə deyim…” yazırdı…Nə demək istəyirdi, necə demək istəyirdi, hansı təhərlə demək istəyirdi bu insan görəsən?
Axı demək istədiklərinin hamısını deyə bilən birisi heç vaxt beləcə çarəsizcəsinə əlini-qolunu yanına salmış sözləri qələmə alıb oxucuya ötürməzdi…
” …bəzən ölüm də dəbə minir…” dedi.
bilirdimi ki, bir gün özü də ən son dəbli bir ölümə tuş gələcək?
Hər nə isəəəəbir gün hər birimizə ya köhnə-külüş, yamaqlı, ya da ultradəbli bir ölüm rast gələcək və elə ilk baxışdanca ona vurulub bu dünyada sevib bağlandığımız hər şeyi və hər kəsi tərk edib də ardınca gedəcəyik…Və məncə elə o dünyaya gedənlərin də arxasınca “Yaxşı yol” pıçıldayıb su atmaq lazımdır…
Elə Məmməd müəllimin öz təbirincə deyirəm…
“Yaxşı yollar olsun…”
zaur adlı istifadəçi, İyul 25, 2008 tarixində, saat 10:56 yazıb:
Allah rehmet elesin
Memmed muellim deyerli bir insan idi. Onun movqeyi-fikirleri-yazilarinda yaltaqliq-yalanchiliq-satqinchiliq yox idi.
Kihsi kimi yazdi-kishi kimi mubraize eledi-kihsi kimi de rehmete getdi.
Indi Memmed muellim chox sevdiyi semadan bizleri izleyir. Gezleyir, Isteyir.
Hormetle,