Sevgili oxucu! Zaman-zaman ekranda gördüyün, qəzetlərdən oxuduğun qalmaqallara fikir vermə: su bulanmasa, durulmaz
Vaqif İbrahimoğlu
Son dövrlərdə postsovet məkanında baş verən bir sıra hadisələrə fikir verəndə vahid “hadisə xətti”ni aşkarlamaq o qədər də naqolay məşqulat olmur. Necə deyərlər, “kor-kor, gör-gör”. Sözügedən hadisələrin görüntülərini nizamlayıb da sistemləşdirəndə vahid qanunauyğunluqları da aşkarlamaq asan olur. Bəzən deyirlər ki, mədəniyyət sahəsində gedən proseslərin alqoritmi dərkedilməzdir, çünki burada “istedadlı insan” amili çox güclüdür və bu amili proqnozlaşdırmaq mümkün deyil. Bununla razılaşmaq olar, amma və lakin… … amma və lakin mədəniyyət və incəsənətin sakral, sehrli-sirli məqamlarını apriori həlledici məqamlar kimi dəyərləndirib də məsələnin institusional (təsisatlı), iqtisadi və sosial-psixoloji səciyyələrinə diqqət yetirəndə istənilən tədqiqat əməliyyatlarından ötrü şəffaf və səmərəli mənzərə açılır. Belə ki, son dövrlərdə postsovet məkanında baş verən mədəniyyət və incəsənət proseslərində gözə çarpan “kommersializasiya” halları gərgin və bəzən barışmaz mübahisələrə, cəmiyyətin, mədəniyyət sahəsinin parçalanmasına və nəticə etibarilə “qurğuların dağılmasına, sanların itməsinə” səbəb olur. Qəribəsi odur ki, sözügedən bu postsovet məkanının mədəniyyət və incəsənət xadimləri başlarına gələn bu haləti nadir, bənzəri olmayan, yalnız onlar üçün səciyyələnən bir “bəla” kimi qəbul edərək səmərəsiz qovğalarda bulunaraq vəziyyəti gərəksiz dərəcədə mürəkkəbləşdirməklə məşğuldurlar. Halbuki, bu vəziyyətə düşənlərin nə ilkin, nə də ki, çox güman, sonuncusuyuq. Yəni ki, ittihamlarla dolu mübahisələrə girişməzdən öncə Avropa mədəniyyət tarixinə nəzər salmaq faydalı olardı. O zaman görərdik ki, indi bizləri bu qədər həyəcanlandıran olaylar Avropada hələ ötən əsrin əvvəllərində başlayıb və bu olayların elmi, fəlsəfi, sosial-psixoloji tədqiqatı aparılıb ki, bunlarla Orteqa-i-Qasset, KyerkYeqor, Rolan Bart kimi ünlü düşünərlərin əsərlərində tanış olmaq mümkündür. Tezisli və xeyli sadələşdirilmiş şəkildə məsələni belə təsvir etmək olar:
- XIX əsrdə elitar, yüksək səviyyəli mədəniyyət “binası”nın qurulması tamamlandı;
- XX əsrin əvvəllərində bu və başqa tarixi səbəblərdən “kütlə” (oxlos) öz mədəniyyətini qurmağa başladı;
- həmin əsrin ortalarında “elitar” və “kütləvi” mədəniyyətlər arasındakı qarşıdurmaya son qoyuldu: hər iki mədəniyyət öz “sərhədləri”ni müəyyənləşdirdi, bir-birini “tanıdı” və dinc-yanaşı yaşamağa başladılar;
- “kütləvi” mədəniyyətin adının dəqiqləşdirilib də onun “kontr-kültür” - “əks-mədəniyyət” kimi müəyyənləşdirilməsinə baxmayaraq, qarşıdurma, müharibə və ölüm-dirim vəziyyətindən düşünüşlü olaraq imtina olunub;
- hər iki mədəniyyət öz yolu ilə gedib də hərə öz ali bildiyi məqsədlərə çatmaqdan ötrü fəaliyyətdə bulunur;
- “cin ayrı, şeytan ayrı” şüarı hər mədəniyyətdən ötrü əsasdır və bir-biriylə işləri yoxdur.
İştə, bu qədər…
Sevgili oxucu! Zaman-zaman ekranda gördüyün, qəzetlərdən oxuduğun qalmaqallara fikir vermə: su bulanmasa, durulmaz. Nə olsun ki, bu xəmir çox su aparacaq…
« Rasim Qaraca Kipr şeir festivalından qayıdıb | Əsas səhifə | Abbas Səhhətin ölümündən 90 il keçir »
Yazıya səs verin
Şərhlər
Bu yazı Bazar, İyul 13th, 2008 tarixində 13:46 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 









Raset Pirisoyu adlı istifadəçi, İyul 13, 2008 tarixində, saat 15:49 yazıb:
Vaqif İbrahimoğlunun müdrik tövsiyələrini elə müdrik tövsiyələr kimi qəbul edib bəlkə də yayın bu cırhacırında üstundən yaxşı bir pivə də vurmaq olardı.
Amma və lakin…
XX əsrin əvvələrində meydana çıxan «kütləvi mədəniyyət» çarçılarının tərcümyei - halında 37-ci il olmasaydı.
Azərbaycanda 90-cı illərdən sonra başlayan çalxalanmada Yazıçlar Birliyi monopolist movqeyindən çıxış etməsəydi,
(mən məsələyə yazıçı kimi yanaşmaq istəyiriəm)
«Yol», «Çeşmə», «Sənət» qəzetlərinin yaradıcılarının taleyində həbs faktları olmasaydı,
Rafiq Tağı və Samir Sədaqətoğlu iyrənccəsinə Yazıçılar Birliyinin SIRALARINDAN kənarlaşdırılmasaydı,
dünyanın hər üzünü görmüş ağır çəkili monopolistlər «Kütləvi ədəbiyyata» qarşı «kütləvi ədəbiyyat» tezisini qoyanların isteriyasının hara aparıb çıxarcağını əvvələcədən bilməsəydi,
neokomsomolçuluğun yeni və ən yeni ədəbiyyatda maymaqcasına at oynatdığını görüb, ağır çəkili ədəbiyyatçılar bunu gəlir mənbəyinə çevirməsəydi,
yeni və ən yeni ədəbiyyatın nəzarətə götürülməsi, yazıçı azadlığının boğulması üçün Azərbaycanda ən müxtəlif proqramlar həyata keçirilməsəydi,
azad istehsalat sahəsi olan mədəniyyətin «kütləvi mədəniyyətdən» «elitar mədəniyyətə» çevirilməsi üçün tamaşaçı, oxucu toplamaq əvəzinə, bu niyyətdə bulunanların utanmadan öz mədəniyyət iddialarını başqalarının siyasət iddialarına qurban verməsəydi…
və ən nəhayət, azad mətbuata qarşı büdcədən maliyyələşən muzdlu mətbut çıxarmasaydı…
Bütün bunlardan göründüyü kimi məsələ heç də Vaqif İbrahimoğlunun təqdim etmək istədiyi kimi sadə və dodaqqaçıran deyil, şərq ölkəsi olan Azərbaycanda azərbaycanlıların da şərqli olduğunu nəzərə alsaq hətta xeyli qəliz və fətəqəlqəldir.
amaravati adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 15:44 yazıb:
men bu yazini oxumuram ve bununla fexr edirem