KultAz: İyul ayının ilk günlərində Şimali Kipr Türk Cümhuriyyətində böyük şeir festivalı var idi. “Kultaz.com”un məlumatına görə, artıq 2-cisi düzənlənən bu festivala dünyanın 8 ölkəsindən şairlər dəvət edilmişdi. Maraqlı proqram çərçivəsi Kipr adasının görməli yerlərinə səyahətlər, təhsil və mədəniyyət sahəsinin tanınmış adamlarıyla, ölkə prezidentiylə görüşlər, ən sonda şeir paneliylə tamamlanıb. Bolqarıstandan gələn musiqi qrupunun müşayiətilə şeirlər oxunub. Kiprli gənc şairə Bəstə Sakallının təşkil etdiyi bu proqram əlbəttə, Şimali Kipr respublikasını bütün dünyada tanıtmaq üçün çox əhəmiyyətli idi. Bununla yanaşı, dünyanın müxtəlif yerlərindən gələrək bir araya toplaşan şairlər üçün də bu çox gözəl şans idi; bir festival özüylə neçə belə festivalı doğuracaq, ölkələr arasındakı ədəbiyyat əlaqələri şübhəsiz artacaqdır.
Uluslararası İskele festivalında ölkəmizi istedadlı şair R.Qaraca təmsil edirdi. //kultaz.com




Bölmə: 








