Qaynar xəbər portalı

Kitab dünyası


Feyziyyə. Analogiya


Bölmə Bölmə: Ədəbiyyat | Göndər Göndər | Çap et Çap et | 348 oxunma

FeyziyyəBakı Slavyan Universitetinin Yaradıcılıq Fakultəsi

Qarabağı erməniyə uduzan sayaq
uduzdun məni.
adamlar didərgin düşəndə itirdiklərini,
sən məni uduzanda itirdin.
Köçkünlər haradan, necə və
nələri qoyub gəldiklərini
unutduqları qədər dəhşətli idi
məni unutmağın.

Xatirələr Xocalıda şəhid olmuşlar kimi.
Ölüsünün də bircə salamatı yoxdu -
başı kəsik,
beyni tökük,
dərisi soyulmuş,
gözləri oyulmuş.

Arzular urvatsız qazilər kimi
çıxılmaz vəziyyətdə-
nə özləri ölə bilir,
nə məni öldürə.

Müasir qəhrəmanlar
itirilmiş torpaqların adlarını
şadlıq saraylarına qoyduqları kimi
adımı qızına qoydun.

İndi mən,
yaddaşında dəhşətli kadrlar gəzdirən,
heç kimin sevmədiyi
SƏNƏDLİ  FİLMƏM.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 4.33 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, İyul 14th, 2008 tarixində 12:02 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

14 şərh var


  1. Çılğın adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 13:06 yazıb:

    Hmmm… maraqlıdır… davamı olsun. Yazarı təbrik edirəm!


  2. Serxan Xezer adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 13:48 yazıb:

    ne zor seirdir.Bravo!


  3. Ryabina adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 15:18 yazıb:

    Çox sevindim…
    Bu şeiri “Proloq”da oxumuşdum və digər uşaqların şeirlərini də həmçinin…
    Əla!
    Feyziyyəni ürəkdən təbrik edirəm və daha gözəl şeirlərin altında və ya üstündə(nə fərqi, hə?)) imzasını görmək ümidilə “Uğurlar olsun!” deyirəm…


  4. Rebiqe adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 17:02 yazıb:

    Mence, bu cur analogiya duzgun deyil…


  5. Qəşəm Nəcəfzadə adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 19:53 yazıb:

    Feyziyye salam, sen istedadlisan.Bu eserin de yaxsidir. Ancaq bir az quramaciliq var, ele bil bu hissler tebii deyil, sonradan qazanilmadir. Anadangelme olsa yaxsi olar. her halda ilk addim kimi uqurludu, ruhdan dusme, size uqurlar…


  6. J. adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 22:07 yazıb:

    Feyziyye, be sen ona tapshirmamishdin ki, adimi qizina qoyma, men adda xanimlarin bexti getirmir?-)

    Maraqli idi.
    Qeshem muellim de haqsiz gorunmur bir qeder.


  7. Elnaz Eyvazlı adlı istifadəçi, İyul 15, 2008 tarixində, saat 12:01 yazıb:

    Feyziyyə, səni də təbrik edirəm, ilk uğurlarına sevinirəm, irəli! Öpürəm səni.


  8. sabutay adlı istifadəçi, İyul 16, 2008 tarixində, saat 20:36 yazıb:

    feyziyyə ilk addımın mübarək.Tənqidimi gözlə…


  9. Zaur adlı istifadəçi, İyul 17, 2008 tarixində, saat 03:08 yazıb:

    Feyziyye heç kese qulaq asma. Ay burasın belə yazdın orasın elə. Lap əladı. Urəy sənin hislərdə sənin. Mən bəyəndim.


  10. Xatirə Fərəcli adlı istifadəçi, İyul 17, 2008 tarixində, saat 23:38 yazıb:

    Feyziyyə, salam. Mən səni tanıyan gündən sənin istedadına əmin olmuşam. Arxayınam ki, sənin uğurların çox olacaq. “Zərif” qadın ədəbi məclisinin “Bizdən sizə qalan sözdü” adlı almanaxına saldığım beş şeirin - “Varlığın bir yuxuydu”, “Nağıl”, “Dəniz”, “Qorxulu olur”, “Qərənfil” - sənin yaşından yaxşı mənada çox-çox yuxarıda olan şeirlərdir. Ruhunu qoru, öpürəm.


  11. Qismət adlı istifadəçi, İyul 17, 2008 tarixində, saat 23:49 yazıb:

    Feyziyyə səni təbrik edirəm .
    Tənqidləri nəzərə al amma heç vaxt şərhləri ciddi qəbul eləmə…


  12. Elman Eldaroğlu adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 13:59 yazıb:

    Deyirlər şairi bir şeirindən də tanımaq olar.Şair dostum İbrahim İlyaslının rəhbərlik etdiyi Ə.Kərim adına Sumqayıt Poeziya klubunda çalışan bu gülərüz,mehriban bacımızın şeir yazdığından xəbərsiz idim.Bu şeirini oxuyandan sonra anladım ki,sən demə Feyziyyə xanım gözəl bir şairə imiş.O,uğursuz bir sevgini Qarabağ probleminə bənzətdərək özünəməxsus bir poetik dillə oxucuda həm nakam sevgiyə təəssüf hissi yaradır və həm də çoxdan mürgüləyən vətən qeyrətini oyatmağa çağırır…Min illərin şeir mövzusu olan nakam sevgini müasirləşdirərək Ümummilli priblemimizin ağrı-acısına bənzətməsi Feyziyyə xanımın tapıntısı və axtarış uğurudur.
    Mən sənə yeni-yeni uğurlar arzulayıram bacım!


  13. qasım adlı istifadəçi, İyul 25, 2008 tarixində, saat 15:39 yazıb:

    Bu qədər şərhlərdən sonra öz fikirlərimi yazsam təkrarçiliğa yol vermiş olaram. Ona görədə demək istəyirəm ki, çox maraqlı, gözəl və hissiyatlı şerdir. Sonluğu isə….(контрольный выстрелл). Təbrik edirəm. uğurlar!


  14. Əsəd Cahangir adlı istifadəçi, Avqust 3, 2008 tarixində, saat 05:12 yazıb:

    Feyziyyə, sənin şeirini oxuyanda təəccübləndim. Çünki çoxdan gözlədiyim bir şeyi gördüm burda. İnsanın içi ilə ətrafın sintezi. Bu, bizim poeziyanın demək olar ki, həll edə bilmədiyi bir şeydir.
    Düzdür, sən bu prosesi hələ elə bil ki, bir az idarə edirsən, elə bil ki, bu səndə hələ öz-özünə doğulmur. Arzu edirəm ki, gələcəkdə buna da nail olasan. Uğurlar.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: