Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakultəsi
***
Qaldır başını, qaldır.
Ömür elə budu-
bu şəhərdi, bu küçədi, bu yoldu
və bu yola paralel küçələrdə
daş hasarlı daş adamlardı.
Təzədən bax dünyaya,
yığışdır sifətlərdən məyus baxışlarını.
Və yığ alnının qırışları arasına
zalımların bu əclaf, dəyyus baxışlarını.
Düşün bir də, dünyadan axı istəyin nədi?
Umub-küsdüyün nədi?…
Eh deyib yellədirsən əlini boş-boşuna,
gəlmədimi xoşuna
bu dünya, bu insanlar?…
Yenə çıxış yolu var.
(bəlkə intihar?…)
bir də axı desənə, kim sənə
bundan artığını vəl eləmişdi?…
***
Sənnən sonra
hər şeyi olduğu kimi saxladım…
Sınmış guldanı da,
otağa dağılmış gülləri də,
alt-üst olmuş yatağı,
cırıb otağa səpdiyin şəkilləri də…
Hər şeyi…
Aşmış stolu, qırılmış güzgünü də,
olduğu kimi saxladım…
Və təkcə adını hər gecə
TƏHRİFLƏ sayıxladım.
Heç olmasa yoxluğunu görüm deyə
hər səhər otaqları yoxladım.
Sənin səs-küyündə itirdiyim sükutda
indi səs-küyünü axtardım,
anladım ki, səni səssiz sevirmişəm,
elə səssiz ki…
özüm də eşitməmişəm…
Saatlarla,
«sənnən maraxlıdı, heç olmasa səsi çıxır»
- dediyin televizorun qara üzünə baxdım…
Və anladım ki, neçə illərdi
bizim evdə televizor işləmirmiş.




Bölmə: 









Ryabina adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 15:23 yazıb:
Təbrik edirəm, İlham…
Çox maraqlı, çox gözəl və çox da ümidverici daha bir imza və daha bir SÖZ təqdimatı…
Qəşəm Nəcəfzadə adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 19:47 yazıb:
Ilham salam, gozeldi. Cox sevinirem. Salavyan unversitetinin yaradiciliq fakultesi Qorki adina edebiyyat institutunun bunovresidir. Uqurlu olsun. Buna gore Kamal Abdullaya, Rustem Kamala, Salama cox saq ol deyirem.
Bu il Size ders kecmeyim hec yadimdan cixmir…Heyatim boyu men o cur muellim olmamisdim… Tesiri hele de canimdadir. Cunki orada sizler var idiniz.
usyankar adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 22:03 yazıb:
Ejder Ol’un “Omur ele budur bu” serini xatirlatdi. zeif seirlerdi.
Salam Sarvan adlı istifadəçi, İyul 14, 2008 tarixində, saat 23:19 yazıb:
Qeşem Necefzadenin Ilhama ünvanlanmiş “Bu il Size ders kecmeyim…” ifadesi çaşqinliq yaratmasin deye bildirim ki, hörmetle yanaşdigim Qeşem Yaradiciliq Fakultesinde müellim işlemeyib. O, Fakultenin YAZARLARLA GÖRÜŞ proyekti çerçivesinde birce defe auditoriyaya devet olunub ve deyim ki, görüş maraqli keçib.Yeri gelmişken, bu proyekt çerçivesinde telebelerle ünsiyyetde olmuş bütün yazarlara teşekkür!
Elnaz Eyvazlı adlı istifadəçi, İyul 15, 2008 tarixində, saat 11:58 yazıb:
İlahm, səni də təbrik edirəm! Sənə uğurlar, yalnız uğurlar! Mənim üçün bu şeirlərin canlı müzakirəsində iştirak etmək daha maraqlıdır, özü də Salam müəllimin iş otağında. Salam müəllimi də salamlayıram, onu da təbrik edirəm!
Novarg adlı istifadəçi, İyul 15, 2008 tarixində, saat 15:08 yazıb:
Deyirem axi…
Qardashim, o boyda universitetin yaradiciliq fakultesinin telebelerine “Yazarlarla Gorush” adi altinda kimi getirib danishdirsaniz sabah - hee, yaman muellimlik idi haaa, deyer də…
Telebeleri tebrik edirem, bitirdikden sonra teshkilatlanmaq, yeni edebi neslin esasini qoymaq olar… Amma indiden ishinizi berk tutun ki, sabah kimse ugurlariniza kolge salib - menden oyrenmisen, demesin…
Nicat Intiqam adlı istifadəçi, İyul 15, 2008 tarixində, saat 17:07 yazıb:
Salam Ilham bey. Serlerin cox maraqli ve tesirlidir. Sozun duzu son vaxtlar ser cox az oxuyuram.Bunun bir sebebi de odur ki tesirli ve menali serler cox azdir. Sonuncu defe ureye yatan seri sehv etmiremse `Edebiyyat` qezetinde oxumusam. Muellifi-Qesem Necefzade idi.Qesem bey sozun heqiqi menasinda Azerbaycanda son kesf etdiyimiz en yaxsi sairlerdendir. Ne ise…
Size yaradiciliginizda ugurlar arzu edirem. Insallah bu gedisle edebiyyatimizda oz yerinizi tapacaginiza eminem.
Coxlu mutalie edin…
Ugurlar. Hormetle, Nicat Intiqam. Turkiyenin `Zaman` qezetinin emekdasi
Novarg adlı istifadəçi, İyul 16, 2008 tarixində, saat 00:04 yazıb:
Keshf etdiyimiz, derken…?
Qurban adlı istifadəçi, İyul 16, 2008 tarixində, saat 16:07 yazıb:
“Qaldır başını, qaldır.
Ömür elə budu-
bu şəhərdi, bu küçədi, bu yoldu
və bu yola paralel küçələrdə
daş hasarlı daş adamlardı”.
Ay İlham Çərkəzoğlu, qadan alım, bu nə dildi, nə ifadə tərzidi, nə şeirdi, nə şeir misralarıdı?
Sən Allah, özün başa düşürsən nə demək istədiyini? “…və bu yola paralel küçələrdə daş hasarlı daş adamlardı”. Yəni demək istəyirsən ki, ömür elə budu? bu yola paralel küçələrdəki daş adamlar ömürdü… özü də daş hasarlı daş adamşlar! Lənət şeytana… Necə yəni daş hasarlı daş adamlar?
Söz var, fikir, özü də poetik fikir bir yana, adi, məntiqi fikir yoxdu.
Mən təsadüfən bu misraları götürmədim. Və təkcə sənə aid deyil, bir çox şairlərimizdə belədi - dilin anasını ağlada-ağlada sözləri hissiyatlı-hissiyatlı düzürlər yan-yana. Allaha-Allaha, arada-bir yaxşı misra da gələndə qoyurlar arasına, sırıyırlar oxuculara.
Saytda səndən sonra şeiri yerləşdirilmiş Narıngüldə də elədi. Fərhadda da… (Fərhadda bəzi tutumlu misralar, daha düzü, nəsr cümlələri də var).
Qurban adlı istifadəçi, İyul 16, 2008 tarixində, saat 16:11 yazıb:
İndi baxacam görüm, digər şərh yazarları nə yazıb. Ancaq qardaş, əzizim, vallah, yaxşı şeirə də, şairə də can qurban. Slavyan Universitetində oxuyanda nə olar…
Qurban adlı istifadəçi, İyul 16, 2008 tarixində, saat 16:16 yazıb:
“Heç olmasa yoxluğunu görüm deyə
hər səhər otaqları yoxladım”.
Yenə bu misralara fikir verin:
Qardaş, yoxluq yeganə şeydi ki, onu görmək olmur. Məhz görmək olmur! Yoxlamaq olur, görmək yox.
sabutay adlı istifadəçi, İyul 16, 2008 tarixində, saat 20:28 yazıb:
İLham hekayələri ilə daha çox güclüdür.amma şeirləri də seçilir…
qasım adlı istifadəçi, İyul 25, 2008 tarixində, saat 15:39 yazıb:
Oxuduğum digər şerlər kimi Ilhamın bu şerləri də xoşuma gəlir. Xüsusilə 1-cisi. Sadacə xoşuma gəlmir, onlari anlayıram. Həmişə maraqlı mövzulara toxunur.
Şerə isə elmi əsər, dissertasiya kimi yanaşmaq məncə yalniş olar.(o qədqr düzgün yazilmiş şerlər var ki…) Əsas məzmun-ideya deyilmi?!
Nə isə, İlham, Sənə uğurlar.
Təəssüf ki, yazdiqlarin düzdür.
Əsəd Cahangir adlı istifadəçi, Avqust 3, 2008 tarixində, saat 05:19 yazıb:
Ilham, salam!
Sənin şeirlərinin yaxşı cəhəti odur ki, realdır. Amma özünü daha çox “ifşa et”sən uğurun daha çox olar. Axıra qədər özünüifşa! Məncə, kim bu ən çətin və ən asan işin öhdəsindən gələ bilsə, müasir şeirin qəhrəmanı o olacaq. Bu yer boşdur (mən özünüifşa xatirinə özünüifşanı ciddiyə almıram. Bizdə isə məhz bu var: səmimiyyət oyunu oynamaq). Sən də buna cəhd edirsən. Amma bir az da irəli get. Əsas odur ki, iç olsun və iztirab görəsən. Bunların hər ikisi səndə var. Qalır bircə “oxumaq”ın kubu!
P.S.Qurbanın sənə tutduğu iradla razı deyiləm. Şair “yoxluğu görə” bilər, çünki onun altıncı hissi olmalıdır. Bu olmasa onun başqalarından elə bir fərqi olmur.
Səni müasir ədəbi gəncliyin təkcə istedadlı yox, həm də ləyaqətli bir nümayəndəsi kimi görmək istəyirəm. Uğurlar olsun.
Qamchi adlı istifadəçi, Sentyabr 12, 2008 tarixində, saat 11:31 yazıb:
Ilham bey gelin sizin bu seirinizi tehlil edek.
“Qaldır başını, qaldır.
Ömür elə budu-
bu şəhərdi, bu küçədi, bu yoldu
və bu yola paralel küçələrdə
daş hasarlı daş adamlardı.
Təzədən bax dünyaya,
yığışdır sifətlərdən məyus baxışlarını.
Və yığ alnının qırışları arasına
zalımların bu əclaf, dəyyus baxışlarını”. (Menbe: Kultaz.com)
Seirdeki mekan: Yol.
Seirdeki fealiyyet: Bir adam basini asagi salib gedir, hec kime ve hec hara baxmir.
Sairin birinci mesaji: Basini qaldir ey insan, etrafa bax.
Sebeb: Omur das yol, kuce, das divar ve onun arxasindaki das adamlardir…
Sairin ikinci mesaji: “Təzədən bax dünyaya,
yığışdır sifətlərdən məyus baxışlarını”.
Mentiqi ziddiyet- “Yigisdir” emr formasinda olduguna gore, bele cixir ki,
1) ya adam basini asagi salib getmirmish, yoldan kecen adamlarin uzune baxirmish. O halda seir fiasko.
2)adamin kellesinin ortasinda daha iki gozu varmish. Cunki ayaginin altina baxan mehz adam ancaq o halda basqalarinin sifetine meyus ve ya qeyri- meyus terzde baxa biler. O halda seir dive yazilib ve insanlarin ozunu dash hasarlarla divden qorumasi labud oldugu ucun, seir yene de fiasko.
3)Eger insan hele basini qaldirandan sonra meyus baxcaqsa adamlara, o zaman “yigishdir” emri zamanla tutushmur.
nehayet, sair haradan bilir ki hemin adam basini qaldiranda adamlarin sifetine meyus nezerlerle baxacaq? En azi “omur” anlayishini izah etdiyine gore adi, cari nezerlerle baxmaliydi. Seir daha iki prizmadan fiasko. Men MW proqraminda hesabladim ki, o metnde 38 soz var. 38 sozde 6 mentiqi ziddiyet var. 38 sozde 6 mentiqi ziddiyyete yol veren “sair”e ancaq YARADICILIQ FAKULTESININ MUELLIMLERI XOS SHERHLER YAZA BILER.