Emin uşaqlıqdan ruhi xəstədir. Onu tanıyanlar ağıllı olmadığını deyirlər. Yəni Emin anadan dəli doğulub. Təxminən 30-33 yaşlarında olan Emin çox zaman qoca anasının yanında gəzər, nadir hallarda uşaqlarla futbol, hərdən isə gecələr qoca, işsiz kişilərə qoşulub domino, nərd oynayardı. Soruşa bilərsiniz ki, anasının yanında gəzən, balaca uşaqlarla futbol oynayan, qocalarla nərd “vuran” insan nə vaxtdan dəli olub? Əgər bunu dəli adlandırıramsa, bəs biz kimik? Davamı…

İyl
16
Turxan. Seçkilərə…
Bölmə: İlk addımlar | ≅ 4 şərh var
İyl
16
Onlar bəlkə bütün dünyanı sevə bilərdilər, ancaq onları heç kim başa düşmədi və onlar hamıya nifrət etməyi öyrəndilər
Divar yazısı
Sənin üzündə insan əzabının son həddini görürəm
“Nəsimi” filmindən
Gecə hamilədir. Hər kəs yataraq səhərin doğmasını gözləyir. Dünən olduğu kimi bu gün də onlar xoruzdan qabaq oyanıblar. Bəlkə də, heç yatmayıblar.
Mən onu və onun kimilərini lap uşaqlıqdan tanıyıram. Davamı…
İyl
16
Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir
Bölmə: Güney Azərbaycan | ≅ 20 şərh var
Səid Muğanlı: “Güney Azərbaycanda da gənclərlə qocalar bir-birini sevmir, amma sizdəki kimi, bir-birlərinə nifrət etmirlər”
Güney Azərbaycanda nəşr olunan “Yaşmaq” dərgisinin baş redaktoru Səid Muğanlı ilə söhbət
- Səid bəy, öncə özünüzü Qüzey oxucularına tanıdardınız.
- Güney Azərbaycanın Muğan bölgəsində anadan olmuşam. Hazırda Tehranda yaşayır və çalışıram. İlahiyyat təhsili almışam. Hazırda “Yaşmaq” jurnalının baş yazarıyam. Bundan başqa, “Yaşmaq” kitab yayını evinin də müdiriyəm. Keçən illərdə isə Güneyin tanınmış yazarlarından Eyvaz Tahanın çıxarmış olduğu “Yarpaq” qəzetinin də baş redaktor müavini kimi çalışmışam. Davamı…
İyl
16
Şair Vaqif Bayatlı Odərlə müsahibə
- Yeni kitabınızla sözü Yerin köləliyindən azad etdiyinizi bildirirsiniz. Bu hansı köləlik və azadlıqdır belə?
- Mən sözləri kitabdan çıxartdım, onları kitabdan və Yer üzündən xilas elədim. Sözlər bu dünyanın bəzi həqiqətlərinə əsir düşmüşdü, onları Yerin mənasız həqiqətlərindən ilk dəfə mən xilas etdim. Yenicə işıq üzü görən “Yupyumru bir eşq ilə” kitabımın ilk səhifəsində mən boş yer qoymuşam və yazmışam ki, əslində bu yer boş deyil. Gündüz görünməyən ulduzlarla dolu göy üzü kimidir Davamı…
İyl
16
NARINGÜL. Şeirlər.
Bölmə: Ədəbiyyat | ≅ 9 şərh var
Mən sənin əsirindim
Sən çox şeyi bilmirsən.
Mən sənə
Tanrıya yaxın olduğum qədər
yaxın oldum.
Fərq etməz,
qadınlar
uzaqdan daha gözəl görünür. Davamı…








