Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir

Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 16 Temmuz, 2008

Səid MuğanlıSəid Muğanlı: “Güney Azərbaycanda da gənclərlə qocalar bir-birini sevmir, amma sizdəki kimi, bir-birlərinə nifrət etmirlər”

Güney Azərbaycanda nəşr olunan “Yaşmaq” dərgisinin baş redaktoru Səid Muğanlı ilə söhbət

– Səid bəy, öncə özünüzü Qüzey oxucularına tanıdardınız.
- Güney Azərbaycanın Muğan bölgəsində anadan olmuşam. Hazırda Tehranda yaşayır və çalışıram. İlahiyyat təhsili almışam. Hazırda “Yaşmaq” jurnalının baş yazarıyam. Bundan başqa, “Yaşmaq” kitab yayını evinin də müdiriyəm. Keçən illərdə isə Güneyin tanınmış yazarlarından Eyvaz Tahanın çıxarmış olduğu “Yarpaq” qəzetinin də baş redaktor müavini kimi çalışmışam.
– Hazırda Güneydə Qüzey şair və yazıçılarının əsərlərini rəhbərlik etdiyiniz dərgidə, eləcə də ayrıca kitab halında və antologiyalarda farsca çap edib yaymaqla məşğulsunuz…
- Yox, yox, farsca deyil, Azərbaycan dilində əski əlifbada…
– Aha, olsun. Necədir Qüzey yazarlarının yaradıcılığına münasibət?
- Ümumi götürsək, yaxşıdır. Xüsusən əgər həmin yazar kifayət qədər tanınıbsa, onların əsərlərinə maraq da böyükdür, yaxşı da satılır. Məsələn, Ramiz Rövşənin kitabını çap etdik, iki ayda satılıb qurtardı və məcbur olduq ki, ikinci dəfə çap edək. Hardasa iki çap üst-üstə 6 min tiraja yaxındır və deyəsən, Ramiz bəyin kitabını üçüncü dəfə də çap etməli olacağıq. Sizin Ramiz Rövşənə tənqidi münasibətinizi bilirəm, amma açıq deyəcəm, onun əsərlərinə belə maraq mənim özümü də təəccübləndirdi. Yəni necə oldu ki, Güneydəki oxucular Ramiz Rövşəni bu qədər sevdi? İndi biz Ramiz bəyin satılan kitablarından əldə etdiyimiz vəsaitlə başqa kitablar nəşr etməyi planlaşdırırıq. Bununla belə, deməliyəm ki, Qüzeyin yeni və müasir ruhlu ədəbiyyatına maraq Güneydə çox böyükdür. Məsələn, Rasim Qaracanın şeir toplusunu buraxanda öz-özümə fikirləşirdim ki, satılmayacaq, kitab əlimizdə qalacaq, baxmayın, Rasim bəyin şeirləri çox moderndir, oxucuya yad görünə bilərdi-filan, amma fikirləşdiyimin əksi baş verdi, yaxşı satıldı…
– Bəyəm Güneydə modern şeirə maraq azdır?
- Yox, bizdə də modern şeir yazılır, bu gün aparıcı istiqamətlərdən biridir, ancaq necə olmasa da, Rasim Qaracanın şeirləri daha irəli gedib. Amma gözlədiyimizin əksinə olaraq, böyük ilgi gördü. Hətta şeirə marağı olmayan adamlar mənə deyirdilər ki, “bax biz belə yazıları oxumaq istəyirdik, nə yaxşı ki, çap elədiniz”. Bir sözlə, Qüzey ədəbiyyatının həm klassik, həm də modern istiqamətlərinə Güneyin ilgisi çox böyükdür. Siz təəccüblənəcəksiniz, amma biz orada nəşr etdiyimiz kitabların arxasında anons vermişdik ki, İsmayıl Şıxlının “Dəli Kür” romanını çap edəcəyik. Ondan sonra elə hey soruşurlar ki, bəs nə oldu, niyə çap etmirsiniz? Sizdə “Dəli Kür” 1950-ci illərin ədəbiyyatı sayılır, artıq unudulmuş ola bilər, amma Güneydə onun çapını intizarla gözləyirlər. Ümumiyyətlə, Güneydə bir dil qarma-qarışıqlığı var, onu aradan qaldırmaq üçün Qüzeyin bir neçə qalım-qayın romanını çap etmək lazımdır deyə düşünürəm.
– Arazın bu tayında ədəbi cameədə bir “atalar-oğullar” dartışması var. Güneydə necə, bunu müşahidə etmək olurmu?
- Olur, bunsuz olmaz ki?!. Orada da yaşlı nəsillə yeni nəsil arasında estetik mübahisələr, bir-birini bəyənməməzlik, bir-birini qəbuletməzlik var, amma daha Qüzeydəki kimi gərgin deyil. Güneyin yaşlı ədəbi nəsli hələ də kənd təsvirləri üzərində çabalayır, bir xeyli əyalətçidirlər, bu da onlarla yeni yaradıcı qüvvələr arasında bir narazılığa səbəb olur. Siz müşahidə etdiyim qədəri ilə, ədəbiyyatdakı “qocalar”a nifrət edirsiniz, amma bizdə nifrət yoxdur, sadəcə, sevmirlər. Hətta mən oxuyuram, siz özünüz də bizim Güneydə əsərlərini sevdiyimiz, çap etdiyimiz adamları da yıxıb-sürüyürsünüz. Mən buna təbii baxıram, ədəbiyyatın inkişafı belə estetik toqquşmalardan çox asılıdır. Güneydə gənclər yaşlı ədəbi nəsildən Şəhriyar və Səhəndi çıxmaq şərti ilə, hamısının üstünə gedirlər, amma Şəhriyar və Səhəndə bir rəğbət var. Bəzən Şəhriyarın da adını dilinə alanlar olur, amma deyirik ki çox dərinə getməyin, bizim danışdığımız, yazdığımız bu dilin formalaşması onun xidmətidir.
– Ümumiyyətlə, bu gün Güney ədəbiyyatın istiqaməti haradır? Məsələn, bizdə klassik ədəbi düşüncədən qopma və Qərb estetikasına qovuşma meyli güclənib…
- Güney ədəbiyyatında Şəhriyar və Səhənd bir cığır açdılar, amma onu modernləşdirə bilmədilər. Sonra Sahir meydana çıxdı və Güney şeirində müasirləşmə meyli qüvvətlənməyə başladı. Doğrudu, Sahir şeirin formasında yeniləşmə aparsa da, amma düşüncə bir o qədər də müasir olmağı bacarmadı. Sonra Əlirza Oqtay meydana çıxdı və kommunist olmasına baxmayaraq, Güney şeirində həm forma, həm məzmunca daha da modernləşməni gücləndirdi. Adını çəkdiklərim Pəhləvi dövründə yaşayıb-yaradıblar. Beləcə, Güney Azərbaycan poeziyasında modernləşmə dönməz bir prosesə çevrildi və Səhər xanımın gəlişi ilə bu proses özünün pik nöqtəsinə çatdı. Səhər xanım Güney şeirini doğrudan da, ölümdən qurtardı, poeziyada əyalətçi düşüncəni tamamilə arxaya atdı. Əziz Salami, Süleymanoğlu kimi şairlərin gəlişi ilə Güney şeirində yeni bir nəfəs açıldı və bu gün bizim gənc yaradıcı nəsil də sonuncu adını çəkdiklərimdən etkilənib tamamilə Qərbyönümlü şeir xətti tutdular. Hətta artıq milli şeirlərdə də Qərb estetik əhval-ruhiyyəsi aydın duyulur. Yəni Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir. Amma biz keçmişdən də qəfil, birdəfəlik qopmaq fikrində deyilik, onlara da sayğı ilə yanaşırıq.
– Kim var ən yeni parlayan gənc imzalardan?
- Məsələn, Duman Ərdəm var, onun şeirlərini çap edəndən sonra bəzi yaşlı şair-yazıçılar mənə zəng eləyib deyirlər ki, “bu nədir, niyə çap edirsiniz?” Onları da qıcıqlandıran Dumanın şeirlərində seksual azadlığın olmasıdır, bu da İranda qadağandır. Yaşlı nəsili də çox qıcıqlandırır. Və yaxud Məmmədrza Ləvayi var. Gənc nəslin ən aparıcı yazarlarındandır. Aydın Araz, Hadi Qaraçay var, hərəsi fərqli cərəyanlara məxsus olsa da, Güney şeirinin yeni sifətləridir. Onları da Qüzeydə tanıtmaq, çap etmək sizin üzərinizə düşür.
– Güneydə Qüzey ədəbiyyatından yeni nə çap etməyi fikirləşirsiniz?
- İstəyirəm Qüzey yazıçılarının hekayələrindən ibarət bir toplu buraxaq, özü də ən cavan nəsil yazıçılarının hekayələri olsun. Sonra sizin gənc xanım şairlərin, – Nərmin Kamal, Sevinc Pərvanə, Günel Mövlud və başqaları, – şeirlərindən bir toplu buraxmaq niyyətindəyik. Qurban Səidin “Əli və Nino” romanını, – klassik əsər olsa da son illər Azərbaycanda çox sevildiyini və dünyada da maraqla qarşılandığını bilirəm, – artıq mətbəəyə verib gəlmişəm, yəqin ki, Tehrana qayıdanda artıq işıq üzü görmüş olacaq. Bir sözlə, işlər çoxdur və yavaş-yavaş da öhdəsindən gələcəyimizi düşünürəm.

Aynur Zeynallı

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 4,00 ilə 5 arası)
Loading ... Loading ...

20 Şərh var
Şərh yazın »

  1. ramiz rovsenle rasim karacanin kitablari eyni ugurla satilibsa burada bir siir olsun gerek
    bunun izahi zor allah gorusun bele dunyani

  2. Bu yazıda mənim diqqətimi cəlb eləyən bir məqam oldu. Müsahibədən görünür ki, Səid Muğanlı İranda yaşayır və hətta Azərbaycanın güneyində «Yaşmaq» adlı jurnalı da çıxarır və bir İran azərbaycanlısı kimi kimi «Güney Azərğbaycan» ifadəsinin çox sərbəst işlədir.

    Amma bir neçə gün əvvəl, elə bu saytda mənim «Güney Ədəbiyyatı həftəsi» çərçivəsində Məhəmməd Rza Ləvainin şeirlərinə yazıdığım şərhə şərh yazan Hadi Qaraçay iddia edirdi ki, guya bu «Güney Azərbaycan termini İran rejimini gözünü oyan, yuxusunu pozan bir termindir»

    Belə olan halda Səid Muğanlı bu «Güney Azərbaycanı» ifadəsini niyə belə qorxusuz- ürküsüz işlədir?
    Deməli məsələ heç də Hadi Qaraçayın dediyi kimi deyil…

    (Bu yerdə adamın yadına Azərbaycan nağıllarındakı məşhur bir ifadə düşür: «Qızı verdilər keçələ…»)

    Sual oluna bilər mən bu məsələnin üzərində niyə bu qədər dayanıram.

    İzah edim.

    Mən öz təcrübəmdən bilirəm ki, siyasi məhbuslarla, ayrı seçkiliyə, təqibə məruz qlamış adamlarla bağlı beynəlxalq təşkiltlara sənəd hazırlayanda, məsələni bütün miqaysı ilə gündəliyə çıxarmağa cəhd göstərəndə, bu sənədlərdə hər şey dəqiqliklə ifadə olunmalıdır.
    Adamın adı, soyadı, atasının adı, doğulduğu yer, yaşı, bir sözlə, hətta «ayaqqabısının ölçüsü». Əks təqdirdə sənəd etimad doğurmur.

    Belə sənədlərdə « Günye Azərbaycanı» kimi bir qeyri – müəyyən bir ifadənin işlədilməsi (bizə görə təbii ki, bu ifadə müəyyəndir), adamın, bəzən hətta bütöv bir təşkilatın çəkdiyi zəhməti yerə vurur.

    Mən milli mənafe uğrunda mübarizəni qurmağa çalışanların diqqətini məhz buna cəlb etmək istəyirdim və yenə də israrla buna cəlb edirəm.

    Tofiq əfəndini sualına gəlincə isə…
    Mən buna da öz münasibətimi bildirmək istərdim. İndi İranda informasiya aclığıdır. Çox güman ki, adamlar ən adi informasiyanı belə gözlərinə təpməyə çalışırlar.

    Bizdə də vaxtı ilə belə idi. Hətta bu hələ də keçməyib.
    Özünü, öz yolunu tapmağı bacarmayan, həyat tərzində ciddi problemlər olan bütün cəmiyətlərdə həmişə belə olur

    Elə bilirəm, İran Azərbaycanındakı soydaşlarımız təşəbbüslərində mütləq bunu nəzərə almalıdırlar.

  3. bu suali verende tebii ki cavabini bilmlis kimiydim
    ve raset beyin yorumu cox agiili cox obyektivdir
    raset coxdanin edebiyat insani kimi deger verdiyim yazardir ve tam aciglama mence onun ozune de bellidir

  4. Əziz Tofiq bəy, mən də Sizi salamlayıram. Əminəm ki, bu ehtiramın qarşılıqlı olduğuna Siz də əminsiniz.

  5. Seid Muganli kimi ogullar cereyan eden milli tariximizin mahiteini olushdururlar. Onlar tarixin yaradicilari ve yazanlaridir.

  6. «Güney Azərbaycan termini İran rejiminin gözünü oyan, yuxusunu pozan bir termindir»
    yazdığımı istədiyiniz kimi yozmaqdansa olduğu kimi görsəydiniz bunca boşboğazlığa nədən olmazdı.
    Ancaq
    Rasət Pirisoyun yuxusunu pozan nədir görəsən?

    Çox bilən adamlar kimi davranmaq sizin sandığınızca da qolay deyil Rasət bəy!
    Mən bu terminin iranda yasaq olduğunu söyləməmişəm.Səid bəyin də bu termini çəkinmədən işlətməsi doğaldır.bu termin milli hərəkəti dəstəkləyənlərin arasında yetərincə yayqındır.və mən yenə deyirəm:Güney Azərbaycan termini iran rejiminin gözünü oyan,yuxusunu pozan bir termindir.Rasət pirisoy fil qulağında yatmışsada biz bildiyimizi yaxşı bilirik.Bu termin niyə və necə iran rejiminin gözünü oyub, yuxusunu pozur deyə cavab axtarırsansa,”GÜNEY AZƏRBAYCAN” termininin qarşısında “İRANE ŞOMALİ”(Azərbaycan respoblikasıni nəzərdə tutaraq,quzey iran anlamında) deyə,iran rəsmilərinin yola saldıqları dərginin yaranma nədənlərini araşdır.bilirəm buna da gücün çatmayacaq.Heç olmasa buna fikirləş:nədən Güney Azərbaycan termini iranlıların heç bir yayım orqanlarında işlədilməz?onlar sənin dediyin kimi daha doğrusu Rasət pirisoyun onların dediyi kimi iran azərbaycanı terminini işlədirlər.Bir çox manqurtların iran azərbaycanı deməklə azərbaycanı iki əlli iranın qoltuğuna verib buyur səninkidir deyirlər.əslində qizi da keçələ verənlər elə bu manqurtlardır.

  7. Mənim bu qeydlərimi çox güman ki, cənublu qardaşlırımzın da oxumaq imkanı var. Söhbət prinsipal məsələdən gedir; azərbaycanlı işinin təşkilindən… Elə buna görə də mən Hadi Qaraçayın heç bir abırsızlığına cavab verəyəcəyəm, zira artıq mən fikrimi bildirmişəm, Hadi Qaraçay heç fatihəlik də deyil, ona baş qoşmağa dəyməz.
    Amma Hadi Qaraçay adı altında mövcud olan fikirlərə mütləq münasibət bildirmək lazımdır. Çünki artıq bu hadiqaraçaylıq məsələsi deyil, bu hətta milli məsələ də deyil, bu, bütövlükdə bizim yaşadağimiz nəhəng bir regonda insan təhlükəsizliyi məsələsidir.

    Biz, yəni azərbaycanlılar, regionun ən böyük xalqıyıq, bizim özümüzü necə aparacağımızdan təkcə bizim taleyimiz deyil, həm də bu regionun taleyi asılıdır. Regionun ən böyük xalqı regionda öz mənafeyi uğurunda mübarizənin necə qurmalıdır? Bu sual bizim hər birimizi düşündürməlidir və elə bilirəm, bu həm də bir yazıçı kimi öz dünyagörüşlərimizi bir – birimizə təqdim etmək deməkdir.

    Yəni saytın məqsədləri ilə ziddiyyət təşkil etmir. Buna görə də mən sizə azərbaycanlı işinin təşkilini necə gördüyümü təqdim etmək istəyirəm. Hər halda tanış olun:

    Sizə təqdim etdiyim ideyanın söykəndiyi başlıca arqumet bundan ibarətdir:
    -Azərbaycan xalqı parçalanmış xalqdır, bu parçalanma nəticəsində regionda altı böyük azərbaycanlı birliyi meydana çıxıb.
    Bu birliklər aşağıdakılardır:
    1.Azərbaycan dövlətinin təsisçiləri
    2.Ermənistan azərbaycanlıları
    3.Gürcüstan azərbaycnlıları
    4.İran azərbaycanlıları
    5.Rusiya azərbaycanlıları
    6.Türkiyə azərbaycanlıları
    Konsepsiya aşağıdakı prinsiplərə əsaslanan yeni iddialar irəli sürür:
    - Azərbaycanlıların dünyanın altı dövlətində -Azərbaycan Respublikasında, İran İslam Respublikasında, Gürcüstan Respublikasında, Ermənistan Respublikasında, Rusiya Fedarasiyasında, Türkiyə Respublikasında – mənfeyi var
    - Azərbaycanlılar bütün dövlətlərin, o cümlədən mənafeyi olduğu altı dövlətin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşır.
    - Azərbaycanlıların mənafeyi yerli xalq kimi təsisində iştirak etdiyi Azərbaycan Respublikasında, İran İslam Respublikasında, Gürjüstan Respublikasında, Ermənistan Respublikasında, Rusiya Fedarasiyasında, Türkiyə Respublikasında insan hüquqları prinsiplərinə uyğun olaraq nəzərə alınmalıdır.

    Bütün bunları həyata keçirmək üçün,
    a) Azərbaycan xalqının indiki vəziyyəti insan hüquqları prinsiplərinə uyğun olaraq araşdırılmalı və izah olunmalıdır,
    b) müxtəlif azərbaycanlı birlikləri bir beynəlxalq qurumda birləşməlidir,
    v) bundan sonra Azərbaycan xalqı regionda inteqrasiya proseslərinə (yeni dövlət tipləri və s. ) təsir göstərə biləcək yeni insan birliyi kimi meydana çıxmalıdır.

    Bu isə öz növbəsində yaşadığımız çox böyük ərazidə yeni prinsiplərə əsaslanan mühitin yaranması deməkdir:

    P.S. Fikirlərinizi bu ünvana da göndərə bilərsiniz: rpirisoyu@mail.ru

  8. Mən də öz xalqımı başqa bir dövlətə mənsub olduğunu, güclərin uyquladığı və beynəlxalq diplomasi adlandırdıqları prinsiplərə uyqun olmaq üçün belə qəbul edən “məsələn aydın və ziyalı”olsaydım özümü biabir hesab edərdim.Biabır,sadəcə sizsiniz.
    İnsan haqlarından danışan Rasət pirisoy məni iran dövlətinin malı kimi görür.Bu iran iran dediyin məmləkət qılınc gücünə yaranmış bir məmləkətdir,onun siyasi xəritəsini də insan duhası deyil qılınclar çözübdür.bu siyasi xəritəni rəsmiyətə tanıyan rasət pirisoya yox hər kəsə nifrətim var.hələ rəsmiyətə tanımaq bir yana qalsın buna hörmətlə yanaşan rasət pirisoy adı altındakıların öz yeri var.
    Başqa altı dövlətlərin adlarını kiçik bir yazıda üç yol deyil üçyüz yolda çəksəniz və bu insan təhlükəsizliyi ilə minlər yol hədələsəniz də Güney Azərbaycan yenə də Güney Azərbaycandır və bütünləşmə yolunda öz döyüşünü sürdürəcəkdir.
    Rəsmi vəzifədə olan siyasət adamları Güney Azərbaycan sorununu bu sayaqda dəyərləndirdisə,
    ölkəsinin dış siyasətində iran hakimiyəti ilə çaxnaşma yaranmasın deyə bir təhər başa düşmək olardı.Ancaq ziyalı,aydın donunda gəlib insan haqları və insan təhlükəsizliyi hədəsi ilə belə dəyərləndirmək iki haldan uzaq deyil:ya bilmir ya da bilir ancaq utanmır.hankısını istəsən götür.

  9. Sevgili Gadi bəy !

    Sizin Rasət pirsoyluyla çəkişməz yersizdir. Burada anlaşılmayan konu Rasetin ərəbcə olan “cənub” sözünün Türkcə qarşılığı ” Güney” sözünü anlamasından qaynaqlanır. Yoxsa o boyda S. Rüstəm, M.Rahim, B.Vahabzadə,… Kimi şairlərə bunun siysi dərsin geçmək rasətin boyunu aşar.Buna görədə “nisgil ədəbiyatını” o yaxşı oxumalıdır. Birdə Türkcəsinin yetərsiz olduğundan da ola bilər.Umarım rasət böyüdükcə Türkcəsini gəlişdirər.

  10. Hadi Garaçayın Güneydə yaranan çağdaş ədəbi hərəkatda öz yeri var, imzasını təsdiq etmiş birisidir. Ancaq Guzey ədəbiyyatına nəzərən Rasət Pirisoy haqqında bunu demək olmaz. Rasətin Güney haqqında uzaqdan-uzağa, bir köynək aralıdan bilincsiz danışması da bir insan və şair kimi ciddi birisi olmadığını göstərməkdədir, bu üzdən onunla mübahisəyə girməyə, ona baş qoşmağa dəyməz.
    r.q.

  11. eziz hadi bey sizin rahatsizliginiz bize dogma
    amma raset pirisoy da her halda sizin dusundugunuz birisi degil yani sokakdan birisi degil belece siz meni de tanimadan adresime bir seyler deye bilersiniz
    amma sizin imza mene tanisdir cunki sexsi adresime mektublariniz gelib
    didismek gerek degil menimle kisa tanislig ucun bunu deyim 1960-larda her iki Azerbaycani butov elemek ucun teskilat yaratmak nedeniyle KGB-ye goturulmus birisiyem
    bu xeberdarliga gore cox uzr isteyirem

    ama indi dak-lar var ve bosuna davalar var maalesef

    kokum eredebile dayanir
    ata dedemin memleketi orasi bilmek isterseniz

  12. Sevimli Rasim:Münasibət bildirdiyin olduqca yerindəydi.sənə qatılıram.Yeri gəlmişkən hələ Rasət Pirisoyu mən çoxlarına tərcih edəcəyimi də bildirim.Örnəyi Seymur Baycandır.Sabir Rüstəmxanlının Molla başı Xameneiyə yazdığı açıq məktuba reaksiya olaraq yazdığı açıq məktubu oxuduqda şaşırdım.Sabirin mollalara məktub yazmasını təsdiqləmirəm,DAK sədri olaraq daha ciddi daha etgili amillərə dayanaraq iş qurmaq yerinə belə belə məktublar yazmaqla sadəcə zaman itiririk.Ancaq Seymur baycanın yanaşma tərzi adamı heyrət və şaşqınlıq içində keiyirdir.Seymur bəyin açıq məktubunun son cümləsinə bax:

    “Hörmətli Sabir bəy! Burda adamları küyləyib, meydanlara çıxarıb, bədbəxt elədiniz. Heç olmasa, imkan verin, ordakılar rahat yaşasınlar.”
    Seymur bəyə elə burdan ,Güneylilər sizin düşündüyünüz kimi heçdə RAHAT yaşamırlar.Güney Azərbaycanda azərbaycanlılar(Güneyli quzeyli) bir çoxlarının görmədiyi ya görmək istəmədiyi bir döyüş içindədilər və bu döyüşün ön sıralarında gedənlərin bir çoxu elə günü bu gün iran islam respoblikasının zindanlarında yatır.Azərbaycanlı qoyun quzu deyil küyləyib meydanlara çıxarsınlar.biz onsuzda meydandayıq.

  13. hadi bey

    rasim kimdir sayet siz meni- TOFIG ABDINI Rasim olarag gorursunuzse bunu yanlislik kimi gebul edek

  14. Sayın Tofiq Abdın
    sizinlə tanışdığıma sevindim.sizin şəxsi adresinizə hansı qonuda məndən e-mail gəldiyini bilmirəm.

    Rasət bəyin də sokakdan birisi olduğunu heç düşünmürəm.doğrusu Rasət bəy demişkən bu qonu hadi qaraçaylılıq ya Rasət Pirisoyluluq deyil.biz ikimiz də gerçək adımızla burda çıxış edirik,deməm burda düşüncələrin və fikirlərin toqquşması gedir.Bizim adlarımız çəkilirsə bu yalnız qaçılmaz olduğundandır.Nə mən nə də Rasət bəy bu fikirlərdə yalnız deyilik,biz burda iki çeşid düşüncəni ortalığa qoymuşuq,o qədər.
    Rasim Qaraca isə ən azı gözəl şairimiz,jurnalistimizdir.sizinlə də yanlış düşməyib.sağ olun.

  15. hadi bey cox uzr isteyirem ama bu bolumde rasimlik bir serh yox ki…siz rasete yazmisiniz men de bunu gesd ederek yazdim siz mubarizenize devam edin

    not : rasim garacani men daha gozel bilirem

    hormrtle

  16. Əziz Tofiq bəy!

    Deyəsən məselə böyüyür. Məncə mübahisələri kəsmək lazmıdr. (Kim istəyir davam etdirə bilər) Ən azı ona görə ki, mətubata çıxarlımalı olan informasya artıq mətbuata çıxarıldı. (Mətbutdan qıraqda mübahisə lazımdırsa, emaillrimizi bir- birimizə verək. Mən artıq bunu etmişəm) Hamı bir – birini mövqeyini başa düşdü. Şəxsən mən fikiləşirdim ki, ola bilər bu mübahisədə hardasa, nədəsə ifrata varmışam. Amma etiraf edim ürəyimdən Hadi Qaraçayın bütün mahiyyətini anlamaq da keçirdi. Mən kiminlə mübahisə etdiymi bilmək istəyirdim.
    Mənim üçün daha hər shey aydındır.
    Mən indii öz mövqeyimi sakit ürəklə müdafiə edə bilərəm.

    Seymur Baycanın da adının ortaya gəlməsi məsələyə daha bir aydınlıq gətirdi.

    Mənim qənatəim belədir; əgər insan azad deyilsə, onun «azadlıq» bağırmasıyla torpağını qoyub qaçması arasında bir elə ciddi məsafə yoxdur.

    Doğrudur, indi Azərbaycanın şimalında bu qışqırıq bir qara qəpik əhəmiyyət də daşımır. Amma Ramiz Rövşənlə Rasim Qaracını enyi həvəslə oxuyan bir mələkətin əhalisinin qəşş edib meydanlara tökülməsi üçün sadəcə bir «azadlıq» kələməsini işlətmək kifayətdir.

    Bu «azadlıqsevərlər» çox adi bir həqiqəti başa düşmürlər. Fars irticasının (İran şiəliyinin) regionu öz təsiri altına almaq imkanları günü – gündən azalır. Bəla türklərin başı üzərindədir. İran azərbaycanlıları elə hərəkət edə bilər ki, bu Azərbaycan və Türkiyə dövlətinin varlığına son qoya bilər.

    Bizə hadisəlrin dinc inkişafı lazımdır. Regionda çox böyük sayda silah yığılıb. Xalqlar üz – üzədir. Regionun silaha, münaqişəyə yox, intellektə, ağıla, bütün xalqların mənafeyini nəzərə alan böyük proyektlərə ehtiyacı var.

    Biz bunun üzərində işləməliyk.

    Sözümü bir rübai ilə bitirmək istəyirəm. Bəlkə gərginlik aradan götürüldü, Sənin də dodaqların qaçdı:

    RÜBAİ

    Ah, Rasim Qaraca, Rasim Qaraca,
    Pahh,Rasim Qaraca, Rasim Qaraca,
    Gah Hadi Qaraçay, Hadi Qaraçay,
    Gah Rasim Qaraca, Rasim Qaraca,

  17. Raset Pirisoyu, bilgi əksikliyiniz chooooxdur. Bilginiz olmayan konu haqqında fikir sahibi olmaq istəyirsiniz və yanilirsiniz. Ayrica olay sizin sandiginiz kimi deyil. Yəni 4-5 kəlmə ordan-burdan əzbərləməklə İranın genəl durumunu və son 15 il çində aktiv olaraq ortaya çıxmış olan “Güney Azərbaycan” anlayışını anlaya bilməzsiniz, əfəndim. Çünkü o mühitin etki və təpkilərinin davranışlarda necə olduğunu bilmiş deyilsiniz. Bu haqda bolluca oxumanız lazım ki, heç olmasa davranış planında olmasa da bilgi planında bir irəliləyişiniz olsun. ya da olmasın. Yoxsa çox dar bucaqdan baxırsınız. Münasibət bildirmək zorunda mısın?
    Nədənsə bəzən belə davranışlara rast gəlrik ki, Bakıda və Ankarada bizə müəllim olmaq istəyən get-gedə çoxalır.

  18. Rasət Pirisoyun əlindən nə gələr?
    Cavab:
    1.iran islam respoblikasının işlətdiyi hədə qorxuları işlətmək.Türkləri Güney Azərbaycan məsələsindən yayındırmaq üçün Türkyənin və Azərbaycan respoblikasının dağılması ilə hədələmək.
    2.rubai yazmaq.Rubaisinin vəzni özü kimi axsaq və məzmunu bütün sözləri ki təkrar.
    Rasət Pirisoya bir söz demişdim,öyrənsəydi ikincini də deyəcəkdim ,ancaq öyrənmədi.Daha doğrusu öyrənənmədi.
    Mübahisəni mübahisəsi gedən qonuya əhatəsi olanlar apara bilər.

  19. Rasət Pirisoy, yenə də ortaya atılıb, məzmunsuz sözlərlə insanların siniri ilə oynama. Hər an ona-buna qanqaraldıcı sayıqlamalar tuşlamaqla ortada görünmək istəyirsənsə, bunu GÜNEY AZƏRBAYCAN-la bağlı eləmə. Bizlərə də dərs keçmək sevdasından daşın. Neçə dəfədir bu boş sözlərlə Güney Azərbaycan ədəbiyyatı mövzusunu Azərbaycanlılar üçün artıq çoxdan məzmununu itirmiş, zibbiliyə tullanmış ibarələrlə, iran mədəniyyət mərkəzinin metodlarına bənzər bir biçimdə başqa yönə çəkməyə çalışırsan. İnsan bildiyindən yazar. Yox, yazdıqlarını bilərəkdən höccələyirsənsə, bunun səbəbi başqadır.
    Guney Azərbaycanla ilgili ortaya sicilləmə bəndlər yazıb-qoyursan, oralarda baş verənləri anlamaq səninçün mümkünsüzdür. Çün, sənin işin-gücün başqadır. Öz işinlə uğraş!

  20. Ellerine sagliq, Aynur!!!

Şərh yazın