Qaynar xəbər portalı

Kitab dünyası


NARINGÜL. Şeirlər.


Bölmə Bölmə: Ədəbiyyat | Göndər Göndər | Çap et Çap et | 304 oxuma

NarıngülMən sənin əsirindim

Sən çox şeyi bilmirsən.
Mən sənə
Tanrıya yaxın olduğum qədər
yaxın oldum.
Fərq etməz,
qadınlar
uzaqdan daha gözəl görünür.
Sən bunları bilmirsən.
Qadınlar çox güclü,
çox sirli olurlar.
Qadınlar zamanı bətnində gizlədirlər.
Qadınlar
bir az da dəlidirlər.
Qadınlar kişilərin səhvlərini sevirlər.
bir də ki,
gözlərinə həsrət çökmüş qadının
atılmaq  qorxusu yox…

sən çox şeyi bilirsən
sən bunları bilmirsən
sən kişisən axı
hardan biləsən ki…

*  *  *

Mən  heç…
Mən bir vasitəyəm
üstümdən yollar keçir,
üstümdən illər keçir
Sən məni tanımırsan.

Mənim
məsafələri enmək qorxum var.
Mənim
uçuş zolağına
əsir olmaq qorxum var.
Mənim
geriyə yıxılmaq qorxum var.
qorxumda sən varsan.

Mən məsafə adamıyam
bu başdan o başa gəzirəm
bu başda sən varsan
o başda sənsizlik.

Sən məni tanımırsan…
mən
fikrin dəyişmiş formasıyam
haldan-hala keçirəm.

***

Xoşbəxtlik
tuta bilmədiyim
ən adi bir şeydir
amma ömür boyu
axtarmağa dəyər.
Azadlıq insanı dəli edə bilir,
görəsən,
xoşbəxtlik necə?
Hər kəs xoşbəxtliyi
duymadığı qədər xoşbəxtdir.
xoşbəxtlik ruhən aclar üçündür.
Bir də ki,
axı, mən
insan kimi yaşamaqdan ötrü doğuldum,
xoşbəxt olmaq üçün
doğulmadım ki…

*  *  *

Adamlar məni sevmirlər
- kobuddur,
adama yovuşmazdır- deyirlər.
Son vaxtlar oxuduğum
fəlsəfə kitabları və adamlar
məni  çıxılmaza aparır.
Çəkilib bir küncdə
adamlardan gizlənmək istəyirəm
utanıram
adamların məni sevməməsindən.

Qaçıb alça çiçəklərini öpürəm.
Alça çiçəkləri səni xatırladır.
Bilirsənmi?
yalnız bizim məmləkət
alça çiçəkləriylə doludur
sənin və mənim.
bu yaz da alça çiçəklərini əridəcək…
yenə də
fəsillər yox kimi xatırlanacaq.

Adamlar məni sevmirlər…
Amma
mən özüm də,
adamlara
yad cismə baxan kimi  baxıram…

*  *  *

Şeirlərimə
öyrəşdiyim gün
dünyanın
ən adi günü olacaq.
Səninlə olmaq
şerlərimə
öyrəşmək kimi bir şey.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, İyul 16th, 2008 tarixində 10:32 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

9 şərh var


  1. amaravati adlı istifadəçi, İyul 16, 2008 tarixində, saat 14:46 yazıb:

    yazıq


  2. Sevnur adlı istifadəçi, İyul 17, 2008 tarixində, saat 22:27 yazıb:

    Xoshum geldi. Eladir. Insanlarin seni sevmemesinden narahat olma. Bu gelen esrde mutlaq bash tutacaq. Chunki tesevvurun zamani chox qabaqlayib. Ugurlar


  3. Naile adlı istifadəçi, İyul 18, 2008 tarixində, saat 10:05 yazıb:

    Eladir. Bele davam et. qadinlarin ich dwnyasini tesvirinde kishiyana movqe tutursan. Yaqin xasyyetinden ireli gelir. Sene yaradiciliq uqurlari…
    Naile


  4. Zöhrə adlı istifadəçi, İyul 18, 2008 tarixində, saat 10:10 yazıb:

    Naringul xanim, seirleriniz cox gozeldi. Cox xosuma geldi.


  5. Sima Ənnağı adlı istifadəçi, İyul 18, 2008 tarixində, saat 19:36 yazıb:

    Nara, “Adamlar məni sevmirlər” şeiri gözəldir…


  6. Qəşəm Nəcəfzadə adlı istifadəçi, İyul 18, 2008 tarixində, saat 20:40 yazıb:

    Naringul xanim, maraqli seirlerdi, hec kese benzemirsen/ tebrik edirem.


  7. Novarg adlı istifadəçi, İyul 18, 2008 tarixində, saat 23:06 yazıb:

    Heyret… Bu qeder elaqesiz cumleler qurmaq uchun xeyli fikirleshmek lazimdir…


  8. Elay adlı istifadəçi, İyul 20, 2008 tarixində, saat 21:30 yazıb:

    Tebrik edirem Çox gözəl şeirlerdir Narıngül! Sən 1 daha hazırkı qadın yazarların içində ən güclülərdən və liderlərdən birini olduğunu sübut etdin Uğur olsun


  9. Naringul adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 11:02 yazıb:

    Serh yazanlarin her birine teskkurler!
    Ayrica,6deq.17saniyelik vaxtini serf ederek sheirleri oxuyanlarin her birine minnetdarliqimi bildirirem.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: