Qaynar xəbər portalı

Kitab dünyası


Turxan. Seçkilərə…


Bölmə Bölmə: İlk addımlar | Göndər Göndər | Çap et Çap et | 209 oxunma

TurxanEmin uşaqlıqdan ruhi xəstədir. Onu tanıyanlar ağıllı olmadığını deyirlər. Yəni Emin anadan dəli doğulub. Təxminən 30-33 yaşlarında olan Emin çox zaman qoca anasının yanında gəzər, nadir hallarda uşaqlarla futbol, hərdən isə gecələr qoca, işsiz kişilərə qoşulub domino, nərd oynayardı. Soruşa bilərsiniz ki, anasının yanında gəzən, balaca uşaqlarla futbol oynayan, qocalarla nərd “vuran” insan nə vaxtdan dəli olub? Əgər bunu dəli adlandırıramsa, bəs biz kimik?Biz Emindən fərqli olaraq hirslənəndə yağ bıçağı ilə adam bıçaqlamır, yaşadığımız evin pəncərəsindən maşınların üstünə butulka atmır, binaların bloklarında olan işıq lampalarını çıxartmırıq. Yəni Emin kimi həşarat- həşarat işlərlə məşğul olmuruq.
Emini yaxından tanıyanlar onu ağıllı “dəli” də adlandırır. Onun dəli olmasına baxmayaq istəkləri uğrunda çox mübarizədən qalib çıxıb. Bəlkə də Emin buna görə ağıllı “dəli” adlandırılır.
… Bir gün Eminin qonşusu Asif toydan kefli gələndə, onun telefonuna kontur göndərməyə söz verir. Emin də Asifin bu üzüyumuşaq sözünü özü üçün bayraq edib, Asifi harada görürdüsə uzaqdan-uzağa “Kontur nə oldu? Adam kişi olar… Konturumu göndər”- deyirdi…
Asif də ağzından bir xoş söz “buraxdığı” üçün artıq peşman olmuşdu.
Axırda Emin Asifin zəhləsini o qədər tökür ki, kontur məsələsi prinsipial bir məsələyə çevrilir. Emin Asifi harada görürdüsə, salamsız-kəlamsız konturunun nə vaxt gələcəyini soruşurdu. Asif də özünə söz vermişdi ki, Eminin “kontur davamiyyətini” yoxlasın. Davamiyyət məsələsi 1-2 ay çəkir. Amma Emin Asifdən əl çəkmir:
- Ver də, konturumu ver…
- Söz vermişəm axı… Emin, vallah verəcəm.
- Nə vaxt, ay xədim?
- Emin, yekə kişisən, söyüş söyüb, dəlilik etmə.
- Dəli xalandır. Konturumu ver. Kişi kimi söz vermisən
- Emin adamsan da. Dedim ki, verəcəm.
- Vermiyən kişi deyil…
- Yaxşı, ayıbdır, söyüş söymə
- Bütün söyüşlər izahlı lüğətdə yazılıb, bu söyüş deyil ki.
Kor tutduğundan buraxmadığı kimi Eminin də Asifdən kontur almayınca əl çəkməyəcəyi aydın görünürdü.
- Emin, konturu nə edirsən e? Dəli adamsan, kontur nəyinə lazmdır?
- Dəli var-yoxundur. Söz vermisən. Konturumu ver.
- Ay kişi, bir qələt edib, demişik də. Əl çək.
- Pulun yoxdur, denən pulum yoxdur.
- Söhbət “sasiskadan” getmir.
- Kolbasadan gedir. Bilmirəm, konturumu ver.
- Emin, bilirsən nə var? Get tullan… Vermirəm…
Emin inadından əl çəkmir:
-  Adam kişi olar, söz vermisən axı.
- Yaxşı daha… Verərəm. Amma başa sal ki, nə edirsən bu konturları…
- Söz vermisən, mən də istəyirəm. Söz verməzdin, istəməzdim mən də.
Bu an Asif əlini cibinə salır. Emin isə tez sevincək olur ki, konturu gələcək. Asif cib dəsmalını çıxardıb xəcalət tərini silə-silə deyir:
- Emin, ona qalsa bələdiyyə, Milli Məclis, prezident seçkilərində bizə çox şey söz verirlər. Hələ xarici təşkilatları demirəm. Bax, bələdiyyə seçkilərində dedilər ki, həyətə asfalt çəkəcəklər. Çəkmədilər. Dedilər ki, su çəkəcəyik. Çəkmədilər… Dedilər ki, iş verəcəklər. Vermədilər… 15 ildi deyirlər ki, Qarabağı alacağıq… Amma nə Qarabağ var, nə də bir zad. Ona qalsa bunlar da səni aldadır. Söz verib, yerinə yetirmirlər. Bunlar səni 15 ildir aldadır, heç “mık” eliyə bilmirsən. Amma mən sənə 1-2 aydır söz verirəm, az qalır belimə minəsən. Belə, əzizim, 15 ilə dözüb oturmusan, 5-6 gün də döz, inşallah, allah qoysa, konturun gələcək… Sən dözümlü adamsan, Emin!
Bundan sonra Asif  dəsmalını cibinə salıb, saymazyana şəkildə fit çala-çala üzünü çevirib, gedir. Xəyala dalmış Emin isə arxadan:
- Hara? Hara?-deyə soruşur…
Asif də fit çalmağı dayandırıb, gülə-gülə cavab verir:
- Seçkilərə…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 3.67 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, İyul 16th, 2008 tarixində 23:13 radələrində İlk addımlar bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

4 şərh var


  1. Çılğın adlı istifadəçi, İyul 17, 2008 tarixində, saat 14:29 yazıb:

    Turxan, ugurlar, balasi!


  2. Natiq adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 12:22 yazıb:

    Tebrikler. Kicik hekayede gizlenen boyuk metleb mene Eziz Nesinin “Taxtalikoyden mektublar”ini xatirlatdi. Nesin yazir ki, “tanidiqim insanlarin coxu oludur, amma olu olduqlarini bilmirler”. Bizim cemiyyetin de yaridan coxu delidir, amma deli olduqlarini derk etmirler. Hekaye cox xoshuma geldi. Uqurlar!


  3. sel adlı istifadəçi, İyul 24, 2008 tarixində, saat 13:03 yazıb:

    hal-hazirda turxan menim en cox sevdiyim koshe yazaridir. o, almanin kesf etdiyi qelemlerden biridir. moddadir, nece deyerler. bir az evvel aqshin moddaydi oxucular arasinda, indi de turxan. men senden cox sheyler gozleyirem? turxan. sen indi bakini ishqal etmish cushkaciliqdan cox uzaqsan. sivil yazirsan! yaradiciliq uqurlari arzulayiram (shablon da olsa) yaz-yarat!


  4. Ali adlı istifadəçi, İyul 29, 2008 tarixində, saat 23:06 yazıb:

    Belke hekaye menalidi…amma cox gobud dilde yazilib…
    meslehet gorerdim bezi sozleri daha edebi sozlerle evez edesiz

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: