KultAz: Yeni nəsil Azərbaycan ədəbiyyatçılarının dərgisi “Alatiran”ın yeni sayı işıq üzü görüb. Dərginin bu sayında da çoxlu maraqlı bədii materiallar və tərcümələr yer alıb. “Jurnal içində jurnal” layihəsinin davamı kimi isə bu dəfə Almaniyanın “Lettre” dərgisi təqdim olunub. Bu layihə çərçivəsində alman yazarlarından bir sıra maraqlı tərcümələr diqqət çəkir.
Bundan əlavə “Alatoran” ənənəsinə sadiq qalaraq, bu dəfə də Güney Azərbaycan ədəbiyyatına da yer ayırıb.
Jurnalı “Metroservis” satış şəbəkəsindən və bizim redaksiyadan əldə etmək olar.

İyl
17
İyl
17
Məşədi haqda qeydlər
Bölmə: Teatr | ≅ 2 şərh var
Musiqili Komediya Teatrında «O olmasın, bu olsun» komediyasının premyerası oldu
Aliyə
Elə bir komediyamız varmı ki, Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» komediyası kimi bu qədər məşhur olsun? Elə komediya qəhrəmanları arasında da Məşədi İbad qədər məşhur olanı yoxdur. Yüz ilin qoca kişisinin bu qədər sevimliliyidir ki, ona dəfələrlə baxmağa həvəsimiz var? Yoxsa evlənmək həvəsli bu qocanın aldadılmaq əhvalatı bizə bu qədər xoş gəlir? Ya əhvalatın bunca şərq koloritidir bizi hayıl-mayıl edən? Yazıq Məşədinin günahı nədir ki? Kişi evlənmək istəyir və heç kimə zor etmədən qızın atasından müsbət cavab alır. Sonra bu vələdüznalar bu hörmətli kişini aldadıb gülünc edirlər. Davamı…








