Qoca şərqin
pəncərəsi
açılmır sonsuz sabahlara…
döyünür yad küləklərin
qəm notlarıyla…
hələ ölüm qorxusu
işğal ritmləri var
şəhərimizdə…
üfunət qoxusu var
səhərimizdə…
hələ bağlıdı üzümüzə
«avropa» qapıları
… və sevirik
mələk qiyafəli
demokratiya kabusunu
zamansa atlı gəzir
piyada nəvazişli şərq küçələrində
daha Qərb küləkləri əsir
Şərq gecələrində.
Tablo
bu əsrin həqiqətidi…
bəlkələrdi, yalanlardı
sındırılmış kişi inamıdı,
güllələnmiş uşaq yuxusudu
zorlanmış qadın ağrısıdı
və faciə qoxuyan it ölüsüdü
bakı gecələri…
***
ilk öncə
arzularımı, ümidlərimi tükətdi
sonra dostlarımı, doğmalarımı
aldı əlimdən
kənd həyatımı uddu
döngələri, dalanları qarğıdı
baxtımı, illərimi…
və bütün sevdiklərimi
aldı məndən…
qorxuram qoynunda ölməkdən
aparın
azdırın bu şəhəri məndən…




Bölmə: 










cinara adlı istifadəçi, İyul 18, 2008 tarixində, saat 14:19 yazıb:
Imzanizin yanina Bakiya nifretle sozlerini yazsaydiniz yerine duserdi,mence.
pishik adlı istifadəçi, İyul 28, 2008 tarixində, saat 11:33 yazıb:
nifret sevdiklerimin son sansidi.
xalid adlı istifadəçi, Avqust 7, 2008 tarixində, saat 22:11 yazıb:
esas odur ki,sen her seyi gora bilirsen.demeli,gora bilirsense sen sairsen.uqurlar.