Üstünə konyak dağılmış məktub
Sən özündən qəhrəman düzəltdin…
mən səndən yaxşı bir oyuncaq…
sən mənim sevimli qəhrəmanım…
mən sənə həyatın özü boyda…
ya da həyat kimi bir şey…
mən sənə özündən bir qarış yaxın…
mən sənin ən gözəl oyuncağın…
kimi yəni…
Mən bir az dəli manyak…
hərdən şipşirin konyak…
acı çaxır kimi…
olsan da sən…
doyulmaz kimi olursan…
deyəsən…
Olmasaydı…
ya da sən bu qədər inad…
mən o qədər qaçqın…
düşərkən…
bir-birimizə…
yəni…
qarışıq budaq cümlələriylə…
konuşurkən…
bir-birimizdən…
sərxoşkən…
nə utanmağa…
nə qaçmağa yer qaldı…
son sığınacaq…
yaxud…
son dayanacaq…
kimi yəni…
bir-birimizə…
Ağlına pis şey gətirmə…
desəm…
istəsəm…
qaçaq gedək buralardan…
onda…
elə mən də onu deyirəm…
desən…
gülüb…
ikimiz də…
bir az dəli manyak…
hərdən şipşirin konyak…
kimi bir şey yəni…
Nə ev…
nə küçə…
nə meydan…
bir dəli şeytan…
bir sən…
yəni ikimiz…
məndə bir az kapriz…
səndə qürur…
olur…
olsa da…
əslində xoşbəxtlikdə…
belə olur formul…
Kişiləri zivədən asın!
Sənmi keçdin bu gün –
məndən
içimdən
bədənimdən
ruh kimi
görünmədən?
mənmi keçdim könlündən? –
orasını bilməm…
köhnə bir zivədən asılan kişimi
yoxsa o kişidən asılan qadınmı
oyatdı məndə səni?
ya da səndə
yenə mən
yenidən mən
oyanmağa ümid varmı deyə düşüncəsi?
burasını biləməm….
heç qapını
ya da yaddaşını döyən xatirən varmı?
sən də köhnə mahnılara
unudulmuş telefon nömrələrinə
sənə yazılmış şeirlərə
(ya da sənə yazdığım şeirlərə)
sığınıb darıxırsanmı?
yoxsa kişilər doğrudan ağlamır?
məndən qalan
mənə qalan şeylər
gəlirmi ağlına?
bir anlıq intihar
arzun olurmu heç?
birini incitmək
hirsinə qurbanlıq seçmək birini
ya da əvəzimə birini sevmək
yadmı sənə?
bilirsənmi burasını?
qurumuş ağacların dibində bitən yamyaşıl otlar
ağaca söyüş kimi…
onlar bilməz…
onlar…
hər olduğun yerdə
mütləq
mütləq unutduğun nəsə var
unutdurmayan…
bütün bunlar
unudulmuşların fəlsəfəsi…
sən bilməzsən orasını…
məsələn unutmayanlara söyüş kimi…




Bölmə: 










Rebiqe adlı istifadəçi, İyul 18, 2008 tarixində, saat 13:13 yazıb:
Birinci sheirde qafieyeler yaxshidi… sheirin ozu barede demeyecem… ikincide evveli maraqliydi, xoshuma geldi
ortada nese o effekt olmadi axir da yaxshidi…
Amma son vaxtlar mende butun metnlere munasibet deyishib ee… izah ede bilmirem nese… belke bu tufanqabagi sakitlikdi? -))))
Tufanin ise neden ibaret olacagini hech kes bilmir
Raqif Raufoglu adlı istifadəçi, İyul 18, 2008 tarixində, saat 13:58 yazıb:
SALAM… MEN ESLINDE BU IMZANI BASHQA CUR TANIYIRDIM. YA O DEYISHIB, YA DA MENIM BAXISHLARIM. BIRINCI SHEIRIN USLUBU GOZELDIR…
Ulviyye Heyderova adlı istifadəçi, İyul 18, 2008 tarixində, saat 16:24 yazıb:
Tebrikler!!!
Ryabina adlı istifadəçi, İyul 19, 2008 tarixində, saat 04:15 yazıb:
Yaman qaralamısan ha kişiləri , Sevinc…-))
Al bu da sənə qahmar üçün…
******
Nə çoxdur bu şəhərdə
sevmədiyi
kişi şalvarlarını
övkələyə-övkələyə
bir ləyən lehmədə
boğulub-batan qadınlar…
asın,
dəmir dişli “şpilkalarla”
paslı məftillərdən asın bunları,
quru yuyub yaş asın,
yaş yuyub quru asın,
ürəyiniz əsla ağrımasın
ürəyinizə
sadəcə
bir ovuc boyda daş basın…-))
Ramin adlı istifadəçi, İyul 19, 2008 tarixində, saat 09:44 yazıb:
Belə şerlərdən acqarına 5-6-nı yazmaq olar. Ferli şer yaza bilmirsen ?
alpan adlı istifadəçi, İyul 19, 2008 tarixində, saat 11:58 yazıb:
Mence o qeder pis deyil. Deli manyak ve sipsirin konyak. Sizi bilmirem amma men manyakin agillisini konyakinda sipsirinini gormemisem. Ugurlar. Birde biraz tenbelsiniz az-az yazirsiniz.
XEZER adlı istifadəçi, İyul 19, 2008 tarixində, saat 13:10 yazıb:
XAHIS EDIREM AZERBAYCAN OXUCUSUNUN ZOVQUNU KORLAMAYIN/BU SERIN OXUCUYA VERDIYI NESE VARMI/sadece soz yigini
tural adlı istifadəçi, İyul 19, 2008 tarixində, saat 13:24 yazıb:
Menasizliqin zirvesi….
Postmodernpərvərpərəst adlı istifadəçi, İyul 19, 2008 tarixində, saat 21:32 yazıb:
Qonuşarkən… qonuşmaq… qonuşun… qonuşsun… -))
Edebiyyat-Peres adlı istifadəçi, İyul 20, 2008 tarixində, saat 13:13 yazıb:
Sevinc xanimin sekli seirlerinden daha ugurludur. Kim cekibse halaldi.
Onsuz da bu cur seirlerle cemiyyetdeki kishi mifini dagitmak mumkunsuzdu. Nahaqdan ozunuzu yorursunuz. Eslinde butun bunlar ALLAHin iradesinin eksine getmekdir.
ALLAH lazim bilseydi ele qadini da kishi yaradardi da…
Meslehetine shukur, ilahi!
kebuter adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 11:22 yazıb:
cox xoshum geldi coxdandi bele sher oxumamishdim beleke seni yenica oxumaqa bashlamisham ondandi?
Gunay adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 12:06 yazıb:
Sevinc, tebrik edirem. Serbest uslubda yazmisan. Maraqlidi.
Ramin adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 12:17 yazıb:
Kişilərə ilişməyinizdən depresiyonda olan qız şeri olduğu bəlli olur
amaravati adlı istifadəçi, İyul 22, 2008 tarixində, saat 08:45 yazıb:
sevic xanım, mümkünsə az yazın. bunun özü də bir faydadı ədəbiyyata.
ilham CH adlı istifadəçi, İyul 23, 2008 tarixində, saat 00:38 yazıb:
Sevinc xanım çox uzun yazırsınız. Bir cümlə belə yadda qalmır. Ryabina daha qısa və maraqlı yazıb. Amma feminist əhval-ruhiyyəniz xoşuma gəlmir, bir az səmimi olsanız və daha böyük hədəflər axtarsanız yaxşı olar.
Chandrika adlı istifadəçi, İyul 27, 2008 tarixində, saat 15:39 yazıb:
Menasiz sher
Men sabah bura sher yazaram, onda baxarsiz sher nece olur