Qaynar xəbər portalı

Akif ƏliAkif ƏLİ,
filologiya elmləri namizədi, yazıçı-publisist

…“Əkinçi” qəzetindən gül ətri gəlir.
Bu bir həqiqətdir. Böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin Azərbaycana gətirdiyi jurnalistika peşəsi sahəsində müəyyən uğurlar qazanmış həssas bir həmkarımızın amma çox kobud bənzətməsinə rəğmən, “Əkinçi” qəzetindən “tövlə” iyi yox, əsil Mədəniyyət Gülüstanının xoş rayihəsi yayılır. Sadəcə bu qəzeti başdansovdu oxumayasan və oxuyanda 133 il (yüz otuz üç il !) arxaya baxıb o zamanın ab-havasını, məmləkətin halını, millətin vəziyyətini və dünyanın gərdişini təsəvvürünə gətirə biləsən. Davamı…


MuğamGüntay Gəncalp

Ərdəbildə muğam yarışması keçirilib və böyük rəğbətlə qarşılanıb. Dəstgahlarda oxunan şeirlər Azərbaycan şairlərindən və ifa tərzləri isə Üzeyir Hacıbəyli məktəbinə aid olub. Ərdəbildəki bu yarışmaya Güney Azərbaycanın müxtəlif  bölgələrindən muğam ifaçıları qatılıb. Ərdəbil Mərkəzli bu mədəni fenomen toplumsal zövqün hansı istiqamətdə gəlişməsi ilə bağlı ipucları verməkdədir. Ulusal kimliyimizin hər şeydən daha çox musiqimizdə barınmış olduğunu nəzərə alsaq, bu yarışmanın nə qədər önəmli olduğunu asanca düşünə bilərik. Davamı…