Qaynar xəbər portalı

1Azərbaycanın xalq artisti Arif Quliyev Özbəkistanda filmə çəkiləcək. Bu barədə məlumat verən aktyor, filmdə dörd qardaşdan birini canlandıracağını deyib: “Bu, olduqca maraqlı bir filmdir. Hələlik filmin çəkilişi üçün maliyyə vəsaiti axtarılır. Əgər hər şey müsbət həll olunsa, sentyabrda Özbəkistana gedəcəyəm və filmin çəkilişlərinə başlanılacaq. Artıq filmin ssenarisi ilə tanış olmuşam”. A. Quliyev deyib ki, filmdəki dörd qardaşdan ikisi rus, biri isə özbəkdir. // APA


1Günel Mövlud

Əvvəla mən bütün ədəbi mühiti “Alatoran” dərgisinin yeni sayının işıq üzü görməsi münasibətilə təbrik edirəm. Doğma dərgini vərəqləyəndən sonra usdufca bir ah çəkərək, bir şeyin fərqinə varıram - bu yüz altmış səhifəlik nəşrdə adamın gözünü sevindirən yeganə mətn “Böyükfırat lahmacun”unun reklam mətnidir. Amma nə yazıq ki, başqası, sadəcə olaraq, yoxdur.
Mən jurnaldakı əsərləri bir-bir saf-çürük etmək niyyətindən bilmərrə uzağam. Amma bu dərgidə ənənəvi olaraq gözdən qaçırmadığım yeganə mətn Azad Yaşarın tərcümələri olur. Azad bəy bu “tərcümə” sözünə həddən artıq həssaslıqla yanaşdığından tezcə də səhvimi düzəldirəm - Azad Yaşarın çeviriləri. Bəri başdan tərcüməçinin (bağışlayın, çevirmənin) qanını qaraltmayaq. Onsuz da çox döşəyəcəyik qabırğasına. Davamı…


Günel Mövlud Bir gözlük…

Kişi ovuclarının
İçi isti
Üstü soyuq
Eybi yox - al əllərimi ovuclarına
Bir az səndən danışım…
Bir də, bir də… yumma gözlərini Davamı…


Qan TuralıÖlüm kimin üçün gəlir?

Mən Rüstəm Behrudini demək olar ki, oxumamışdım. Tələbə olanda onun “Salam, dar ağacı” kitabını almış bir az vərəqləyib dostuma bağışladım. Bu yaxınlarda “Azadlıq” qəzetində Rüstəm Behrudinin şeirlərini gördüm, şeirlər  haqda “Reytinq” qəzetində bir yazı da yazdım. Əlbəttə ki, Rüstəm Behrudini tərifləməmişdim. Amma keçdiyimiz aylarda  Rüstəm Behrudidən müsahibə aldım. Filosof-şair mənə öz kitabını da bağışladı. Bu kitabın da adı “Salam, dar ağacı” idi. Bu kitabı vərəqlədim, ciddi bir şey hesab eləmədiyim üçün ikisini birdən Vüqar Qurdqanlıya bağışladım. Davamı…


mosfilm.jpg«Mənim «Mosfilm»lə müqaviləm var. Ssenarimə əsasən tanınmış rejissor Georqiy Danelinin 80 illik yubileyi ilə əlaqədar film çəkiləcək», -bu sözləri  əməkdar incəsənət xadimi, rejissor Cahangir Mehdiyev söyləyib. Onun sözlərinə görə, Daneli vaxtıkən yerli rejissorun müəllimi olub, bu işə də özü razılıq verib. «Danelinin üç əsəri var: «Biletsiz passajir», «Xidmətçi sona qədər içir», «Çito-Qrito». Bu əsərlərə mən ssenari yazıram»,-deyə C. Mehdiyev bildirib. // Trend