Bir gözlük…
Kişi ovuclarının
İçi isti
Üstü soyuq
Eybi yox - al əllərimi ovuclarına
Bir az səndən danışım…
Bir də, bir də… yumma gözlərini
Mən heç vaxt,
heç vaxt darıxmadım səndən ötrü
Amma həmişə elə bildim ki
Hansısa bir divarda bir mismar darıxır
Ondan köynəyini asmağın üçün
Hansı bir məhəllə dükanındasa
Bir siqaret qutusu darıxır
Onu soyasan deyə
Hansısa bir eyvan küncünə qonmuş sərçə
Ona çörək ovmağını gözləyir
Mən o mismarın,
o qutunun,
o quşun darıxmağını darıxdım səndən ötəri
Onların gözləməyini gözlədim…
Özüm heç darıxmadım, heç!
Yumma gözlərini…
Xoşuma gəlir səndən danışmaq
Səninlə bölüşməyə doğmalıq tapmayanda
Ögeyliyi bölüşmək səninlə
Sevgili kimi incimək səndən
Sonra dost kimi sarılmaq - bərk-bərk
Yumma gözlərini…
Yumma,
Gözlərini açanda
məni görə bilməyəcəyin qədər
genişdi dünya
səndən bir an ayrı
qala biləcəyim qədər uzundu ömür
göz yumub-açınca
çıxıb getməyi bacaran dostdu qadın..
hamısını boşla,
yumma gözlərini
gözlərini yumanda
səndən heç nə qalmır…
ümid
göz yaşı ovcunda olan
qadının içində
solan gülü
donan quşu
uçan evi
ölən adamı
batan günəşi
sovulan yayı
gedən sevgilini
qurtaran kişini
yəni
saxlaya bilməyəcəyi şeyi
yəni saxlaya bilməyəcəyi adamı
bir azca da,
bir azca da,
bir azca da gecikdirmək həsrəti olur
sən də qal, gözəl dost -
bir azdan gedərsən…
Günelin şeiri
ithaflar ögeydi
ithaflar ağrılıdı
ithaflar başqalarınındı
sizsə mənimsiniz
heç kimə həsr olunmayan şeirlər
siz elə doğmasınız ki!




Bölmə: 



(3 səs, təxmini: 3.67 ilə 5)






alpan adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 15:00 yazıb:
Əla.
Tanritanimaz adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 15:43 yazıb:
Günel, gözəldir sözləriniz, qıvrım telləriniz qədər.
fexri adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 17:41 yazıb:
Müqayisələr… yaxşıdı, bir an içində hər şey doğrudan da yaxşı tutulub, ancaq şeir kimi - bədii mətn kimi zəifdi.
Raqif Raufoglu adlı istifadəçi, İyul 21, 2008 tarixində, saat 22:26 yazıb:
FİKİRLƏRƏ,MƏNAYA SÖZÜM YOXDUR. AMMA,GƏLİN BELƏ BİR EKSPERİMENT EDƏK. BU ÜSLUBDA OLAN ŞEİRLƏRİ(MİZİ) QARIŞDIRIB ÇAP EDƏK VƏ OXUCULAR AYIRD ETMƏYƏ ÇALIÇSIN. EDƏCƏKLƏRİNƏ ZƏMANƏT VERƏN VARSA BƏHSƏ HAZIRAM. BAX BURADA NƏ İSƏ ÇATIŞMIR. ONUN ÜZƏRİNDƏ İŞLƏMƏK LAZIMDIR…
zuzu adlı istifadəçi, İyul 22, 2008 tarixində, saat 08:35 yazıb:
maraqli serlerdi
amaravati adlı istifadəçi, İyul 22, 2008 tarixində, saat 08:41 yazıb:
“o quşun darıxmağını darıxdım səndən ötəri” - o biri səhifədə Azad Yaşara dil qüsuru tutan xanım, sənə salamım var.
Ama insafən Sevinc Çılğın, Narıngül, Alov kimi deməyə sözü heqiqeten də olmayan xanımların şeirlərindən çox yaxşıdır.
scorpion adlı istifadəçi, İyul 24, 2008 tarixində, saat 12:57 yazıb:
Hörmətli Günel xanım! Ovucun içi və ya üstü ifadəsini hardan tapmısınız? Ovuc özü elə əlin içidi, daha doğrusu əlin içində yaradılan çökəklikdir… onun içi, çölü ifadəsi gülməli bir şeydi… Elə ilk sətirdə bu ifadələri görəndən sonra şeiri axıra qədər oxumaq həvəsim söndü… Azad Yaşara tutduğunuz iradlarla tam razıyam və fikirlərinizi dəstəkliyirəm… Ancaq başqasının gözündə tük axtaranda özünüzü də yaddan çıxarmasanız yaxşı olardı…
Suleyman Seferov adlı istifadəçi, İyul 24, 2008 tarixində, saat 19:01 yazıb:
“Amaravati,amaravati, çəndirikə.” Şeir duyğu və fikir ifadəsidir, söz tapmaq, misra quraşdırmaq əməliyyatı deyil. Pis və yaxud zəif şair isə, deməyə sözü “heqiqeten de” olmayan adam yox, izhar etməyə yeni duyğusu və fikri olmayan adamdır. Söz xəzinəsinin genişliyi və yaxud məhdudluğu da heç vaxt şairin güclülüyünün-zəifliyinin yeganə göstəricisi olmayıb. Get, Alovun şeirlərini bir də təzədən oxu. Məqsədim səni utandırmaq deyildi, amma görünür ki, sən romantik sms-ler və təntənəli tostlar üçün göyçək sözlər axtarışındasan, “insafən” sənin şeirdən başın çıxmır.
Günel, səni isə təbrik edirəm!!!
kamilla adlı istifadəçi, İyul 24, 2008 tarixində, saat 23:09 yazıb:
Bu sherin kime hesr olundugunu bilmek isterdim
Novarg adlı istifadəçi, İyul 25, 2008 tarixində, saat 12:57 yazıb:
Mence bele sheirleri atmayin, bir deftere yazin, saxlayin, gelecekde ushaqlariniz sizden gizlin belke agzi achiq qalmish murebbe bankasi tapmaq umidi ile dolablari esheleyende tapsinlar ki, ola biler ellerini, uz-gozlerini silmek uchun istifade etsinler…
Yoox, sheirler pisdir, demirem, deyirem ki, siz ushaqlarin bu “cinayetinin” ustunu achdiginiz zaman belke de honkur-honkur aglayaqsiz gencliyinizi xatirlayib… Bax, o aglamaq xeyli yungulleshdirecek sizi, hiss edeceksiz ki, xeyli rahatlamisiz, sanki gozlerinizden asilib qalmish agir bir yukden azad olmusuz… Duzunu deyin, ne vaxtsa birce defe urekden honkur-honkur aglaya bilmek uchun bu sheirleri saxlamaga deymezmi…?
Suleyman Seferov adlı istifadəçi, İyul 25, 2008 tarixində, saat 16:29 yazıb:
Novarq, mənə bilirsən nə maraqlıdı, sən görəsən özünü qıraqdan görə bilirsən, ya yox? Sən ancaq bəyənməməyi bacarırsan və bununla özün-özünə guya sübut edirsən ki, sanki sən hamıdan ağıllısan. Get, psixologiya kitablarını vərəqlə…
Günel, sınıq güzgülərdə özünə məbadə baxasan. Belələrinə qəti fikir vermə. Heç kimdən pis yazmırsan!
amaravati adlı istifadəçi, İyul 25, 2008 tarixində, saat 16:55 yazıb:
Suleyman Seferov muellim, amaravati sozunden sonra chandrika demek ele de boyuk bir keshf deyil. xahish edirem adimi laga qoymayasiniz.
Esil sen git Rasim Karacanin eshyalarini oxu ve bil ki birhuceyreli sheirlerin orijinali nece olur.
Chilgin adlı istifadəçi, İyul 26, 2008 tarixində, saat 10:09 yazıb:
Gunel, weirlerini oxuyub dehwet dolmuwdum, Novarqin werhini oxudum honkurdum lap. ozune de dedim, daha dogrusu, deye bilmedim))), sen menim seve-seve oxuduqlarimdansan ve men butun ureyi olan adamlari sevirem!
Suleyman Seferov adlı istifadəçi, İyul 26, 2008 tarixində, saat 12:36 yazıb:
Çox-çox hörmətli, Amaravati. Əgər “birhüceyrəli şeirlərin” orijinalı Rasim Karacadadırsa, onda gərək biz müasirlərdən heç kimi oxumayaq ki, Müşfiq, Rəsul Rza, Əli Kərim dura-dura. Ancaq orijinalı oxumağa qalsa, onda gərək ancaq qərbliləri oxuyaq ki. Nə isə, incimə, cavab vermək xətrinə cavab vermisən.
amaravati adlı istifadəçi, İyul 28, 2008 tarixində, saat 14:58 yazıb:
SS müəllim, üz vurma, incidim.