İyl
22
“Fikir Antologiyası” seriyasından növbəti kitab
KultAz: “Zəkioğlu” nəşriyyatı “Fikir antologiyası” seriyasından Fridrix Nitsşenin “Hakimiyyət əzmi: bütün dəyərlərin yenidən qiymətləndirilməsi təcrübəsi” kitabını buraxıb. Nəşrə dahi alimin “Yolçu və kölgəsi” əsəri də daxil edilib.
Nəzəri-fəlsəfi əsər olan “Hakimiyyət əzmi”ndə filosof qəribə olduğu qədər fərqli, insan təfəkkürünün üfüqlərini genişləndirən fikirləri çox qabardır. Burada nihilizm, dekadansın mahiyyəti, əxlaq, ağıl, şüur, iradə, hökmranlıq, güc, habelə ideal, reallıq, zəiflik və s. kimi məsələlər, kateqoriyalar geniş fəlsəfi şərhini tapmışdır. Davamı…
İyl
22
Bizim gənclər Ukrayna dilində “Dəniz” mahnısı oxuyacaq
Azərbaycanın tanınmış «Unformal» rok-qrupu sentyabr ayında Ukraynada keçirilən «Rock siege» festivalında iştirak etməyə hazırlaşırlar. Ənənəvi festivalda bütün ukraynalı və xaricdən olan rokkerlər toplanacaq. Bundan əlavə qonaqsevər təşkilatçılar festivalın bütün xərclərini öz üzərlərinə götürüblər. Davamı…
İyl
22
Bir qrup tanınmış kino xadimi- başda gənc rejissor Samir Kərimov olmaqla «Ziyarət» filminin çəklişlərinə hazırlaşırlar. Film dövlət sifarişi ilə çəkiləcək. «Film iki əks xasiyyətli insanlardan bəhs edir. Onlardan biri çox dindar, digəri isə içən, çəkən, qumar oynayan insandır. Lakin filmin sonunda onlar dost olur»,- bu sözləri Samir Kərimov söyləyib. Ümumi layihənin bədii rəhbəri Rüstəm İbrahimbəyov, ssenari müəllifi rejissor, ssenariçi Yavər Rzayevdir. Davamı…
İyl
22
ƏJDƏR OL – 50
Əjdər Ol mənə, kənardan təəccüblü görünəcək tərzdə, yaxın insandır. Xarakterimiz yerlə göy qədər fərqli; yəqin elə bizi birləşdirən də vəhdətdə olan bu dialektoloji əksliklərdir. Təsadüfi coğrafilik-zad yox, onu mənə “Alın yazıma düzəliş” (1991) kitabı doğma etmişdir. Şeirlərini oxuyub, sanki dostluğa gecikərəm deyə, tez-tələsik özüm onu tapdım. Davamı…