Bir qrup tanınmış kino xadimi- başda gənc rejissor Samir Kərimov olmaqla «Ziyarət» filminin çəklişlərinə hazırlaşırlar. Film dövlət sifarişi ilə çəkiləcək. «Film iki əks xasiyyətli insanlardan bəhs edir. Onlardan biri çox dindar, digəri isə içən, çəkən, qumar oynayan insandır. Lakin filmin sonunda onlar dost olur»,- bu sözləri Samir Kərimov söyləyib. Ümumi layihənin bədii rəhbəri Rüstəm İbrahimbəyov, ssenari müəllifi rejissor, ssenariçi Yavər Rzayevdir. Rejisorun fikirlərinə görə, «Ziyarət» filminin çəkişləri Məkkədə baş tutacaq. «Tezliklə biz seçimə başlayacağıq. Baş rolu ifa etmək üçün gənc akytorlar dəvət olunacaq. Onlar ya yeni başlayanlar, ya da teatr aktyorları da ola bilər. Bir sözlə tamaşaçılar üçün bu aktyorlar yeni olacaq»-, Samir Kərimov sözlərinə əlavə edib.
«Ziyarət» filminin çəklişləri gələn il başa çatacaq. Bu, S.Kərimovun artıq ikinci tammetrajlı filmidir. Buna qədər isə o, «Sirat körpüsü» filmini lentə almışdır. Bundan əlavə o, «Kəpənək qanadları» işi ilə «Bu meydan, Bu ekran» qısa metrajlı film müsabiqəsinin qalibi olub. // Trend




Bölmə: 








