Qaynar xəbər portalı

Kitab dünyası


Nitşe“Fikir Antologiyası” seriyasından növbəti kitab

KultAz: “Zəkioğlu” nəşriyyatı “Fikir antologiyası” seriyasından Fridrix Nitsşenin “Hakimiyyət əzmi: bütün dəyərlərin yenidən qiymətləndirilməsi təcrübəsi” kitabını buraxıb. Nəşrə dahi alimin “Yolçu və kölgəsi” əsəri də daxil edilib.
Nəzəri-fəlsəfi əsər olan “Hakimiyyət əzmi”ndə filosof qəribə olduğu qədər fərqli, insan təfəkkürünün üfüqlərini genişləndirən fikirləri çox qabardır. Burada nihilizm, dekadansın mahiyyəti, əxlaq, ağıl, şüur, iradə, hökmranlıq, güc, habelə ideal, reallıq, zəiflik və s. kimi məsələlər, kateqoriyalar geniş fəlsəfi şərhini tapmışdır.Üç kitabdan ibarət əsərdə Avropa nihilizmi araşdırılır, əxlaqi qiymətlərin yaranmasından, əxlaqi idealdan, filosofların həqiqəti və yalanından, təbiətdə hakimiyyət əzmindən söz açır, fəzilətin üstünlüyünü necə təmin etməli sualına cavab verir, idrakın və məntiqin mənşəyinə nüfuz edir, şüur haqqında fikirlərini bölüşür.
“Tam olmasa da, imkan dərəcəsində bütün zəruri tələbatlarını ödəmək ruh və şəxsiyyət azadlığına can atma əlamətidir. Lakin çoxlu izafi tələbatlarını mümkün qədər çox təmin etmək cəhdi artıq qeyri-azadlığa dəlalət edir”, “Həqiqətin xoşagələn bir formada deyilməsi heç də hamının xoşuna gəlmir, lakin qoy heç kəs fikirləşməsin ki, xoşagəlməz tərzdə deyildikdə yanlışlıq həqiqət ola bilər”. Hər iki sitat qeyri-adi düşüncə tərzinə malik filosofun “Yolçu və kölgəsi” əsərindən götürülüb. Əsər 350 belə aforizmdən ibarətdir.
Dünya fəlsəfəsi korifeylərinin əsərlərindən ibarət 100 cildlik “Fikir antologiyası” seriyasından bu səkkizinci kitabı rus dilindən Şakir Qurbanov və Yusif Rəhimoğlu çeviriblər.
Layihənin redaktoru Qardaşxan Əzizxanlıdır.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə axşamı, İyul 22nd, 2008 tarixində 12:01 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Aynur adlı istifadəçi, İyul 24, 2008 tarixində, saat 13:41 yazıb:

    Felsefeye filosoflrin fikirlerile tanis olmaq menim ucun hedsiz maraqlidi. Hemcinin de Nitsse. Redaktora ve tercumecilere tesekkurumu bidirirem.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: