Rejissoru Asif Rüstəmov olan «Ev» Azərbaycan filmi İspaniyada və Fransada keçirilən kinofestivala dəvət alıb. «Mənə Madriddən müraciət ediblər. Oktyabr ayında orada beynəlxalq kinofestival keçiriləcək. Bu, ümumi kinofestival olacaq». Bu sözləri filmin rejissoru A. Rüstəmov söyləyib.
Bundan əlavə «Ev» filmini Tuluzda keçirilən qısametrajlı filmlər festivalına dəvət ediblər.
Xatırladaq ki, «Ev» filminin ssenari müəllifi Asif Rüstəmov və Ramiz Fətəliyevdir. Bu iş artıq bir neçə beynəlxalq mükafatlara layiq görülüb. // Trend



Bölmə: 





