Qaynar xəbər portalı

1Qan Turalı: “Sovetlər xalqa yazıb oxumaq öyrətdilər, ziyalının əlindən isə fikir azadlığını aldılar”

- Bir az özünüz haqqında danışa bilərsinizmi?
- 1984-cü ildə Əli Bayramlıda anadan olmuşam. Bu şəhərin dünyagörüşümün formalaşmasına  təsiri çox olub. Bildiyiniz kimi Əli Bayramlı yalnız 1954-cü ildə şəhər statusu alıb. O vaxta qədər isə Əli Bayramlı şəhərinin yerləşdiyi yerdən bir neçə kilometr aralı qatar stansiyası vardı.  Sonradan bu yerlərdə neft tapıldı və ölkənin bütün yerlərindən bura axın başladı. Davamı…


9Rauf Afşar: “Kuklalar arasında intriqa yoxdur, onlar nə danışır, nə etiraz edir, nə də bir-birlərinə paxıllıq duyurlar”

Estoniyadakı «Rauf Avşar adına kukla teatrı» rəhbərinin “Kultaz”a eksklüziv müsahibəsi

Rauf Muxtar oğlu Avşar 1952-ci ildə Gəncə şəhərində doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika bölümünü bitirib. Estoniyanın Tallin şəhərində Lasname və Extes gimnaziyalarında müəllim işləyib. 26 ildir ki, Estoniyada yaşayır. 1996-cı ildən etibarən yaratdığı kukla teatrına rəhbərlik edir. Davamı…


1Abbas Atilay təqdim edirYüksək inkişaf etmiş 8 div ölkənin liderləri “Böyük 8-lər”-in illik zirvə görüşü üçün 3 günlük Yaponiyaya, Hokkaido adasına toplaşdı. Yenə Qlobal İstiləşmə, Afrikanın yoxsulluğu, bəzi aftoritar ölkələrdəki seçki saxtakarlığı, neft qiymətlərinin durmadan artımı, yeni doğulmuş qida böhranı - yəni hamımızın anladığımız kimi dəyişməyən, nəticəsiz problemlər uzun-uzadı müazkirə edildi. Keçən il də belə olmuşdu, o biri il də, gələn il də belə olacaq, o biri il də. Davamı…


Nadir ƏbdürrəhmanovKultAz: Azərbaycan rəngkarlığının görkəmli nümayəndəsi, xalq rəssamı, Dövlət mükafatı laureatı, Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sabiq sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Nadir Qəmbər oğlu Əbdürrəhmanov 2008-ci il iyul ayının 26-da ömrünün 83-cü ilində vəfat edib. Davamı…


KultAz: Mədəniyyət və Turizm Nazirliyindən bildirirlər ki, 2 avqust - Kino gününə həsr olunmuş tədbirlərə hazırlıq tam sürətlə gedir.
Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva deyib ki, avqustun 2-də “Azərbaycan” kinoteatrında “Qala” tammetrajlı bədii filminin ilk nümayişi olacaq. Davamı…