Qaynar xəbər portalı

Kitab dünyası


1Abbas Atilay təqdim edirYüksək inkişaf etmiş 8 div ölkənin liderləri “Böyük 8-lər”-in illik zirvə görüşü üçün 3 günlük Yaponiyaya, Hokkaido adasına toplaşdı. Yenə Qlobal İstiləşmə, Afrikanın yoxsulluğu, bəzi aftoritar ölkələrdəki seçki saxtakarlığı, neft qiymətlərinin durmadan artımı, yeni doğulmuş qida böhranı - yəni hamımızın anladığımız kimi dəyişməyən, nəticəsiz problemlər uzun-uzadı müazkirə edildi. Keçən il də belə olmuşdu, o biri il də, gələn il də belə olacaq, o biri il də. Amma aramızda dolaşan reallıq odur ki, insan hələ də azad deyil dünyamızda. O dünyada ki insanlar sözün, çörəyin, fikirin, suyun, bir sözlə, əllərindəki qidanın acıdır - demək istəyirəm ki, bu dünyanın insanının əlindəki, əslində bu dünyanın insanının əlində deyil. Yəni sonradan intihar etmiş Kevin Carterin fotoaparatının gözlüyündən baxsaq, qarşıdakı dünyada acından diz çöküb ölmək üzərə olan bir uşaq var və bir də o uşağın başı üzərində dayanıb onun ölümünü səbirsizliklə gözləyən böyük bir “Ölü Quşu”. Üzü görünməyən qarabəniz uşaq bir az da A. Kamyunun Sizifinə bənzəyir, üzündə bir təbəssüm var - “Nəticə”ni özləri seçə bilmələrinin gizlində yaşatdığı təbəssüm. Sizif hələ də daş qaldırır uca dağın zirvəsinə, o uşaq isə indi “Ölü Quşu”nun mədəsindədir. Amma içəri qorxulu deyil, M.S-un N.H-ə aid bir şerdə söylədiyi kimi:
“Yəni içəridə on il, on beş il
daha da artığı hətta
keçirilməz deyil,
geçirilir.
solmasın yetər ki
sol məmənin altındakı cəvahir”

“The Rany City News” dərgisində dərc olunan bu mətnə fotoları da əlavə edirəm. Opera binasına bənzər Norveç Parlamentinin qarşısıdır və bir də sizsiniz.
1

2

3

4

5

6






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, İyul 27th, 2008 tarixində 16:43 radələrində Foto bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. guler_miryahya adlı istifadəçi, İyul 27, 2008 tarixində, saat 23:20 yazıb:

    Abbas….:)))

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: