Qaynar xəbər portalı

Kitab dünyası


9Rauf Afşar: “Kuklalar arasında intriqa yoxdur, onlar nə danışır, nə etiraz edir, nə də bir-birlərinə paxıllıq duyurlar”

Estoniyadakı «Rauf Avşar adına kukla teatrı» rəhbərinin “Kultaz”a eksklüziv müsahibəsi

Rauf Muxtar oğlu Avşar 1952-ci ildə Gəncə şəhərində doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika bölümünü bitirib. Estoniyanın Tallin şəhərində Lasname və Extes gimnaziyalarında müəllim işləyib. 26 ildir ki, Estoniyada yaşayır. 1996-cı ildən etibarən yaratdığı kukla teatrına rəhbərlik edir. «Rauf Avşar adına kukla teatrı»nın təkcə rəhbəri deyil, rejissoru, ssenaristi, libretto müəllifi, hətta kuklaların yaradıcısıdır.
Rauf Avşarovun emalatxanasında apardığımız eksklüziv müsahibəni «Kultaz» oxucularına təqdim edirik.
R. A: Rəhmətlik atam da aktyor idi. Onun yolunu davam etdirmək istəsəm də, o, hər vəchlə buna mane olmağı, niyyətimdən yayındırmağa çalışdı. Buna qismən nail oldu da, amma uzun sürmədi. Hər şeyə rəğmən qismət elə gətirdi ki, teatrla bağlı oldum, atam kimi aktyor olmasam da.
Bu sənətdə peşəkarlaşlıq qazanmağımda müəllimim, Estoniyanın canlı klassiki Ferdinand Vəykeyə minnətdaram. Eston teatrının yaradıcılarından biridir. Bütün Avropada məşhurdur. Rejissorluğu, kuklaçı sənətini mənə o öyrədib. Bəzən düşünürəm ki, o olmasaydı, bu sənətdə uğur qazanmazdım. Təbii ki, sənətə olan həvəs, məhəbbət də rol oynayır. Reklam xatirinə olmasın, ancaq təkcə Pribaltika və Skandinaviyada deyil, ümumiyyətlə, bütün Avropada mən yeganə azərbaycanlıyam ki, kukla teatrı, sənətlə məşğul oluram. Əsasən biznes sahəsini seçən həmyerlilərimdən fərqli olaraq, mənim stimulum da məhz teatra olan həvəsim və məhəbbətimdir. Əlbəttə, hər yerdə olduğu kimi Estoniyada da teatr sənətilə dolanmaq çox çətindir. Nəzərə alın ki, teatrım həm özəldir, həm də ilkin növbədə uşaqlara, daha sonra isə böyüklərə ünvanlanıb. Elə ona görə də bu sənətdə yalnız və yalnız qəlbindəki böyük məhəbbət insana uğur qazandıra bilər.
- Nə üçün məhz kuklalarla işləməyi seçdiniz? Canlı aktyorlarla tamaşa qoymağın çətinliyi vadar etdi, yoxsa…
R.A: Düzdür, kuklalarla işləmək daha asandır, nəinki insanlarla. Çünki, kuklalar arasında intriqa yoxdur, onlar nə danışır, nə etiraz edir, nə də bir-birlərinə paxıllıq duyurlar. Kuklaları çamadanda gizlədib, lazım olanda götürmək olur. Baxmayaraq ki, kuklalar hərdən «xəstələnir» və bərpa tələb edir. İnsanlarla işləmək maraqlı olsa da, olduqca çətindir.
- Tələbələriniz varmı?
R.A: Əlbəttə. Ətrafımda istedadlı gənclər çoxdur. Aralarında ötəri həvəsə düşənləri də var, özünü kukla sənətinə həsr etmək istəyən sadiqlər də. Məsələn, Oleq Polozov adlı bir gənc var. Fəxr hissilə deyə bilərəm ki, teatra, sənətə sadiq tələbələrimdəndir. Oleq, «Arzular fabriki»nə (teatr əvvəl belə adlanırdı – S. B.) teatrın ilk yarandığı gündən gəlib. Yadımdadır, elə balacaboy idi ki, əvvəlcə onu qəbul etmək istəmədik. Ancaq onda olan həvəs, inadkarlıq məni heyran etdi. İndi maşallah, teatrımızın gənc aparıcı kuklaçılarından biri sayılır.
- Eston və Azərbaycan tamaşaçısı arasında fərqi nədə görürsünüz?
R.A: Azərbaycan tamaşaçısında hər çıxışa reaksiya müxtəlifdir - öz hisslərini alqışla, mimikalarla izhar edirlər. Estoniya seyrçisi isə hər şeyi sakit qarşılayır, hətta təsirləndiyini belə hiss etdirmir. Tamaşanın sonunda fikrini sadəcə minnətdarlıqla bildirir.
- Ümumiyyətlə, estonların Azərbaycan mədəniyyətinə maraqları hansı səviyyədədir?
R.A: Əlbəttə, müəyyən maraq var, amma postsovet dönəmindəki kim deyil. Bu da mədəniyyət mübadiləsinin passiv şəkildə olmasıdır. Sonuncu dəfə Alim Qasımov Estoniyaya gəlmişdi, çox yüksək səviyyədə qarşılandı. Amma bununla kifayətlənmək olmaz. Azərbaycan dövləti özü mədəniyyətimizin təbliğində maraqlı olmalıdır.
- Qastrol səfərləriniz olurmu?
R.A: Etdiyimiz qastrol səfərləri Estoniya Respublikası çərçivəsində, ya da yaxın qonşu ölkələrə – Rusiya, Latviya, Litvaya olur. Çünki tamaşalarımızı əsasən rus və eston dilində nümayiş etdiririk. Uzaq ölkələrə getmək üçün dil baryeri təəssüf ki, mane olur.
- Bəs Azərbaycanda sonuncu dəfə nə vaxt olmusunuz?
R.A: Sonuncu dəfə 2007-ci ilin sentyabr ayında Gəncədə oldum. Təşəbbüs məndən gəldi. Mədəniyyət və Turizm Nazirliyi, eləcə də yerli icra hakimiyyəti də məni dəstəklədi. Gəncə Dövlət Kukla Teatrında «Qız qalası» əfsanə-tamaşasını göstərdik. Özümlə 8 kukla aparmışdım, tamaşaya Gəncə teatrının aktyorları ilə quruluş verdim. Ümumilikdə, 10 sayda tamaşa göstərildi. Bütün tamaşalar anşlaqla keçdi. Mətbuatda bu barədə çox yazıldı, çox deyildi. Hər kəs razı qaldı.
- «Rauf Avşar adına kukla teatrı»nın dövlət statusu almaq niyyəti varmı?
R.A: Dövlət teatrı statusu almasaq da, UNİMA-nın (Beynəlxalq Marionet Teatr Birliyi – S. B.) tərkibinə daxilik. Dünya kukla teatrları bu birliyin üzvdür. Bu təşkilat vasitəsilə dünya teatr prosesində yaxından iştirak edə bilirik. Həmçinin informasiya mübadiləsində, festivalların müəyyənləşdirilməsində və iştirakında teatrlara kömək edir.
- «Aktyorlar»ınızı hansı materialdan hazırlayırsız?
R. A: Kuklalarımı papye-maşedən (yapışqan, gips və təbaşirlə qarışdırılmış kağız kütləsindən ibarət bərk maddə – S. B.) hazırlayıram. Hazırlanma prosesilə tanış olanlar üçün bu, çətin deyil. Sadə, hərəkətsiz üz cizgiləri olan kuklalarla yanaşı, bəzən, gözü, dodaqları hərəkətə gətirən xüsusi mexanizmlər də əlavə etmək lazım olur. Ümumiyyətlə, kukla sənəti Estoniyada inkişaf etməkdədir. Bu sənətin ən maraqlı özəlliyi isə eksperimentlər üçün imkanların mövcudluğudur.
- Repertuarınızda əsas etibarilə Azərbaycan nağılları yer alır…
R.A: Əvvəla ona görə ki, milli folklorumuza, nağıllarımıza müraciəti mənəvi borcum sayıram. Yəni, bir azərbaycanlı olaraq nağıllarımızı tanıtmaq, sevdirmək, təbliğ etmək baxımından. Digər tərəfdən, Azərbaycan nağıllarının ruhunu, kökünü, daşıdığı məna yükünü Estoniyada məndən yaxşı bilən yoxdur.

SEVDA BABAYEVA
Bakı-Tallin-Bakı

1

2

3

4

5

6

7

8

10

11

12

9

13

14

15

16

17






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, İyul 27th, 2008 tarixində 18:26 radələrində Teatr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Dr. Eldeniz Abbaslı adlı istifadəçi, Oktyabr 1, 2008 tarixində, saat 20:26 yazıb:

    Çok güzel yazı. Rauf Avçar’la nasıl irtibat kura bilirim?
    Saygılarımla…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: