Heyvanlar haqqında yeni veriliş başlayacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 Temmuz, 2008

«Yeni dalğa» prodüser mərkəzi iki yerli kanalla Azərbaycanda yoxa çıxmış heyvanlar haqqında verilişin nümayişinə başlanması üçün danışıqlar aparır. «Bizdə çəkilmiş lentlər var ki, həmin kadrlardan «Heyvanlar aləmi» verilişinə bənzəyən gözəl proqram hazırlamaq olar. Bu proqrama mütəxəssisləri dəvət etmək olar ki, onlar bizim çəkdiyimiz kadrlar haqqında öz fikirlərini söyləsinlər». Bu sözləri mərkəzin direktoru Rasim Həsənov söyləyib. Bundanə əlavə prodüser mərkəzinin bazasında Azərbaycanda yoxa çıxmış heyvanlar haqqında bir neçə filmlər yaradılacaq.
«Yeni dalğa»prodüsser mərkəzi artıq beş ildir ki, kino sahəsində fəal işlər görür. Onların ən çox səs-küyə səbəb olan filmi «Cavid həyatı» olub. Bədii film dövlət sifarişi ilə lentə alınıb. // Trend

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın