Məhəmməd Əsəd bəyin daha iki romanı Azərbaycan dilində çap olunacaq
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 Temmuz, 2008Məhəmməd Əsəd bəyin daha iki romanı Azərbaycan dilində dərc olunacaq. Tərcüməçi-alim Çərkəz Qurbanov yazıçının “QPU (Qlavnıe Politiçeskie Upravlenie) – dünyaya qarşı qəsd” romanının tərcüməsini tamamlamaq üzrə olduğunu bildirib: “Kitab yaxın vaxtlarda nəşr olunacaq. Bu əsərdə dəhşətli məqamlar, sovet rejiminin insanlara verdiyi əzablar çılpaqlığı ilə təsvir edilib. Ona görə də müəllif belə bir qeyd yazıb ki, əsəbləri zəif adamlar bu əsəri oxumasın”. Ç. Qurbanov yazıçının dünyada məşhur olan “Stalin” romanını da Azərbaycan dilinə çevirir: “Stalin” romanı da alman dilində yazılıb. ABŞ-da bir milyon tirajla çap olunan kitab üç aya satılıb. Tarixi faktlar, sənədlər əsasında yazılan bu əsərdə gürcü reallığı geniş əks edilib. Stalin əsərində Mikoyana homoseksualist deyən adam hökmən öz adını gizlətməli idi”.
Qeyd edək ki, yazıçının “Allahü-Əkbər”, “Son peyğəmbər”, “Şərqdə neft və qan”, “Ağ Rusiya”, “Əli və Nino” və “Altunsaç” əsərləri Azərbaycan dilində çap olunub. // APA





Yüklənir...