Azərbaycan filmi İtaliya festivalının qalibi oldu
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Temmuz, 2008KultAz: Azərbaycanın gənc və istedadlı rejissorlarından biri olan Alina Abdullayevanın “Çalış nəfəs alma” filmi İtaliyada keçirilən beynəlxalq film festivalının qalibi olub. Film “Ən yaxşı qısametrajlı film” nominasiyasında “ən yaxşı rejissor işinə görə” mükafatlandırılıb.
Qeyd edək ki, film “Dərviş” prodüsser mərkəzinin istehsalıdır. Baş rollarda Fəxrəddin Manafov və və “Unformal” rok qrupunun solisti Dilarə Kazımova çəkilib.





Yüklənir...