Qaynar xəbər portalı

Kitab dünyası


Axırıncı sıralarda əyləşənlər aktyorların hətta pıçıltısını da ön sıralarda oturanlar kimi eşidirlər

KultAz: ABŞ-ın Corciya ştatındakı Texnologiya İnstitutunun Epidavr şəhərinin qədim yunan teatrında qazıntılarla məşğul olan tarixçiləri və arxeoloqları teatrın təkrarolunmaz akustik effektinin sirrini açmağa yaxındırlar.
“KultAz”-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, sistemin nadirliyi ondadır ki, axırıncı sıralarda əyləşən tamaşaçılar aktyorların hətta pıçıltısını belə səhnənin düz qabağında əyləşən insanlar kimi yaxşı eşidirlər. Alimlər müxtəlif mənbələri müqayisə edərək belə nəticəyə gəlmişlər ki, bu effekti tamaşaçılar üçün əhəngdaşından hazırlanmış “kürsülər” və onların sıralarının düzülüşü yaradır.
Oturacaqlar bir növ süzgəc rolunu oynayır. Aşağıtezlikli akustik titrəyişləri “kəsir” və tamaşa salonunun fon küyünü batırır, “kürsülərin” sıraları isə yüksəktezlikli akustik titrəyişləri əks etdirir və onları auditoriyaya tərəf yönəldərək effekti gücləndirir.
Qədim yunan teatrı özünün çiçəklənmə dövründə olduğu kimi, bugünkü meyarlar baxımından da kifayət qədər heyrətamiz bir tikilidir.
Teatr kürsülərində on dörd min tamaşaçı yerləşə bilirdi. Teatrın binası eramızdan əvvəl 350-ci ildə tikilmişdir.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: